«f a t I h ə» s u r ə s I (1)


«Bal arısı» surəsi (16) 103 -110 -cu ayətlər



Yüklə 2,11 Mb.
səhifə33/78
tarix11.04.2018
ölçüsü2,11 Mb.
#37422
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

«Bal arısı» surəsi (16) 103 -110 -cu ayətlər

(103).Əlbəttə, Biz bilirik ki, onlar deyirlər: «Həqiqətən, onu bir bəşər öyrədir!» Onların dedikləri o kəsin dili əcəmidir və bu isə aşkar ərəb dilidir. (104).Həqiqətən, o kəslər ki, inanmırlar ayətlərilə Allaha, hidayət etməz onları Allah və onlar üçün ələmli əzab var! (105).Həqiqətən, iftira edirlər yalanı o kəslər ki, inanmırlar ayətlərilə Allaha və həmin onlardır yalançılar! (106).Kim iman gətirəndən sonra Allah ilə kafir olarsa - ancaq o kəsdən başqa ki, məcburiyyət qarşısında qala və qəlbi isə imanla doludur – lakin kim ki, öz ürəyini küfrə açarsa, Allahın qəzəbi o kəslərin üzərinədir və onlar üçün əzəmətli əzab var. (107).Bu, onlara ondan ötrüdür ki, dünya həyatını axirətdən artıq sevdilər və həqiqətən, Allah kafir qoumu hidayət etməz. (108).Həmin onlar o kəslərdir ki, Allah möhür vurub onların qəlblərinə və eşitmələrinə və bəsirətlərinə və həmin onlardır qafillər! (109).Şübhə yoxdur ki, onlar axirətdə xəsarətdə olanlardır! (110).Sonra, həqiqətən, Rəbbin o kəslərə ki, sınağa məruz qaldıqdan sonra hicrət etdilər, sonra çalışdılar və səbrli oldular, həqiqətən, Rəbbin bundan sonra Ğəfurdur, Rəhimdir!




«Bal arısı» surəsi (16) 111 -118 -ci ayətlər

(111).O gün külli nəfs gələrək öz nəfsi ilə mücadilə edər və külli nəfsə öz əməlinin mükafatı verilər və onlara zülm olunmaz! (112).Allah məsəl vurur bir kəndi ki, onda əmin-amanlıq vardı. Külli məkandan ona bol ruziləri gəlirdi və onlar Allahın nemətlərinə küfr etdilər. Daddırdı ona Allah etdikləri əməllərə görə aclıq və qorxu libası. (113).Əlbəttə, onlara özlərindən rəsul gəldi və onu yalançı saydılar. Yaxaladı onları əzab və onlar zalim idilər. (114).Yeyin nədən ki, ruzi verib sizə Allah halal, pak olaraq və şükr edin Allahın nemətlərinə, əgər təkcə Ona ibadət edirsiniz. (115).Həqiqətən, haram etdi sizə meyyiti və qanı və donuz ətini və nə ki, Allahdan qeyrisi üçün kəsiləni. Ancaq kim məcbur olarsa, zülm və düşmənçilik etməyərək… Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (116).Dillərinizlə vəsf edərək yalandan deməyin ki: «Bu, halaldır və bu, haramdır!», ta Allahın üzərinə iftira edəsiniz yalanı. Həqiqətən, o kəslər ki, Allahın üzərinə iftira edirlər yalanı, nicat tapmayacaqlar! (117).Mətahdır az və onlar üçün ələmli əzab var! (118).Üzərinə o kəslərin ki, hidayət olunublar, haram etmişdik nə ki, hekayət etdik üzərinə sənin qabaqcadan. Biz onlara zülm etmədik və lakin onlar öz nəfslərinə zülm edən oldular.


«Bal arısı» surəsi (16) 119 -128 -ci ayətlər

(119).Sonra, həqiqətən, Rəbbin o kəslər üçün ki, cəhalət üzündən pis əməl etdilər və bundan sonra qayıtdılar və islah etdilər, həqiqətən, Rəbbin bundan sonra Ğəfurdur, Rəhimdir! (120).Həqiqətən, Ibrahim hənif olaraq Allaha müti olan bir ümmət idi və müşriklərdən deyildi. (121).Onun nemətlərinə şükr edərdi. Seçdi onu və hidayət etdi onu tərəfinə yolun düzünün. (122).Biz ona dünyada yaxşılıq əta etdik və həqiqətən, o, axirətdə salehlərdəndir! (123).Sonra Biz sənə vəhy etdik: «Tabe ol hənif Ibrahim millətinə və olmadı o, müşriklərdən! (124).Həqiqətən, qərara alındı səbtə üzərində o kəslərin ki, ixtilaf etdilər onda və həqiqətən, Rəbbin qiyamət günü onların arasında hökm edəcək, nədə ki, oldular onda ixtilaflılar. (125).Dəvət et Rəbbinin yoluna tərəf hikmətlə və yaxşı moizə ilə. Mücadilə et onlarla yaxşı tərzdə. Həqiqətən, Rəbbin - O yaxşı bilir kim zəlalətə düşüb Onun yolundan və O bilir hidayət olunanları! (126).Və əgər cəza verəsi olsanız, sizə cəza verilənin misli qədər cəza verin. Əgər səbr etsəniz, həqiqətən, bu, səbr edənlər üçün xeyirlidir. (127).Və səbr et və sənin səbrin ancaq Allah ilədir. Onlara görə hüznlü olma və etdikləri məkrlərə görə darıxma! (128).Həqiqətən, Allah o kəslərlədir ki, müttəqidirlər və o kəslərlədir ki, onlar yaxşılardır!



«Gecə vaxtı seyr» surəsi (17)


15 –ci cüz

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Sübhandır – Odur ki, seyr etdirdi bəndəsini gecədə, qadağan olunmuş səcdə yerindən qısa səcdə yerinə tərəf ki, bərəkətli etmişik onun ətrafını, ta göstərək ona ayətlərimizdən. Həqiqətən, O Səmidir, Bəsirdir! (2).Əta etdik Musaya kitabı və etdik onu Israil oğulları üçün hidayət edən ki: «Məndən başqasını özünüzə vəkil götürməyin, (3) ay o kəslərin zürriyyəti ki, Nuhla birlikdə götürdük. Həqiqətən, o, şükr edən bəndələrdən oldu!» (4).Qəzavat etdik Israil oğullarına kitabda: «Fəsad edəcəksiniz ərzdə iki dəfə və böyüklük iddiasında olacaqsınız!» (5).Onda ki, ikisindən əvvəlinci vədə gəldi, qaldırdıq üzərinizə şiddətli qüvvət sahibi olan bəndələrimizi və onlar diyarları arasına daxil olarlar və əməl olunar vədəyə. (6).Sonra qüdrətinizi sizə qaytardıq bir daha onların əleyhinə və imdad etdik sizə mal və oğullarla və etdik sizi çoxlu nəfərlər. (7).Əgər yaxşılıq edirsiniz, öz nəfsiniz üçün yaxşılıq edirsiniz və əgər pislik edirsiniz, özünüz üçündür. Onda ki, axırıncı vədə gəldi, ta sizin üzünüzü qaraltmaq üçün və daxil olmaq üçün səcdə yerinə, nə qədər əvvəldə daxil olmuşdular və hər nə üzərində üstünlük tapsalar həlak edərdilər.

«Gecə vaxtı seyr» surəsi (17) 8 -17 -ci ayətlər
(8).Ola bilsin, Rəbbiniz sizə rəhm etsin! Əgər siz qayıtsanız, Biz də qayıdarıq və kafirlər üçün cəhənnəmi hasar edərik. (9).Həqiqətən, bu Qur’an hidayət edir ona ki, doğrudur və bəşarət verir inananlara – o kəslərə ki, saleh əməllər edirlər ki, onlar üçün böyük əcr var (10) və o kəslər ki, axirət ilə inanmırlar, onlar üçün ələmli əzab hazırlamışıq! (11).Insan özünə şər istəyər, nə qədər, xeyir istəyir və insan çox tələsəndir. (12).Və etdik gecə və gündüzü iki ayət. Gecə ayətini silərək və gündüz ayətini edirik görmək üçün, ondan ötrü ki, axtarasınız fəzli Rəbbinizdən və illərin sayını və hesabını biləsiniz. Və külli şeyi müfəssəl təfsil etdik. (13).Biz külli insanın boynuna quşunu bərkitdik. Və xaric edərik qiyamət günü onun üçün kitabı ki, onu hazır olmuş görər: (14).«Qiraət et kitabını! Kafidir bu gün öz nəfsinlə sənin hesabın!» (15).Kim hidayət tapıbsa, öz nəfsi üçün hidayət tapıb və kim zəlalətdədirsə, öz əleyhinə zəlalətdədir və yoxdur vəzirlik vəzirliknən vəzir axıra. Biz əzab etmədik, ta rəsul qaldırmamış. (16).Onda ki, iradə edək bir kəndi həlak etməyə, əmr edərik sərvətlilərinə orada və onlar fisq edərlər orada və haqq olar üzərində onların söz və Biz onu bütünlüklə məhv edərik. (17).Biz Nuhdan sonra nə qədər qərinələrdən həlak etdik! Kafidir sənin Rəbbinin bəndələrinin öz günahı ilə Xəbir, Bəsir olması!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə