F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Noyabr – Xalq rəssamı Tahir Salahovun 90 illiyi, (1928)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə132/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   128   129   130   131   132   133   134   135   ...   146

395 

 

29 Noyabr – Xalq rəssamı Tahir Salahovun 90 illiyi, (1928) 



 

      Tahir  Salahov  1928-ci  il  noyabr  ayının  29-da 

Bakı  şəhərində  anadan  olub.  1957-ci  ildə 

V.İ.Surikov  adına  Moskva  Dövlət  İncəsənət 

İnstitutunu rəssam nəqqaş peşəsi üzrə bitirib. 1960-

1961-ci  illərdə   Azərbaycan  Rəssamlar  İttifaqının 

məsul  katib  vəzifəsində,  sonra  1963-74-cü  illərdə 

isə  M.Ə.Əliyev  adına  Azərbaycan  Dövlət  Teatr 

institutunda dosent, professor vəzifələrində çalışıb. 

Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə V.İ.Surikov 

adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının 

müdiri olub. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də 

V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. Sənətinə 

dövlət  qayğısı  göstərilən  bu  böyük  sənətkar  saysız-hesabsız  mükafatlar  alıb.  Fırça 

ustası  Sovet  İttifaqının  ən  yüksək  təltifləri  və  ordenlərinə  layiq  görülüb,  Sosialist 

Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci 

və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan 

"İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, 

müxtəlif medallara və mükafatlara layiq görülüb. Tahir Salahov Amerika Birləşmiş 

Ştatlarının  bir  neçə  şəhərinin  və  Montana  ştatının  fəxri  vətəndaşıdır.  Sənətkarın 

fırçasının  məhsulları  olan  "Səhər  eşelonu"  və  "Rezervuar  parkı"  adlı  sənaye 

peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət 

daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul 

Rzanın,  bəstəkar  Fikrət  Əmirovun  portretləri  də  istər  peşəkarlar,  istərsə  də 

sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Tahir Salahovun şah əsərlərindən 

biri  sabiq  prezident  Heydər  Əliyevin  portretidir.  Bakıda  yaşadığı  dövrdə  isə 

Azərbaycan  Rəssamlar  İttifaqının  sədri, respublika  Ali  Sovetinin  deputatı, 1973-cü 

ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov, eləcə də YUNESKO-

nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildə 

Rusiya  İncəsənət  Akademiyasının  vitse-prezidenti  seçilib.  Elə  buna  görə  də  çox 

zaman  onu  "incəsənətin  səlahiyyətli  səfiri"  də  adlandırırlar.  Azərbaycan 

Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" 

ordenini təqdim  etmişdir. 8 iyul 2011-ci  il  tarixində  Tahir  Salahov  Avropa  Elm  və 

İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilib.  



          Filmoqrafiya:  Əllər  və  rənglər  (film,  1974),  Arzuya  doğru  (film,  1983),  Səttar 

Bəhlulzadə  (film,  1988),  Ürək  nəğməsi  (film,  1989),  Həsrətli  gözlərin  rəsmi  (film, 

2003), Bakı bağları. Buzovna (film, 2007), Qəlbi ilə çəkən rəssam (film, 2011). 

 

          



İnternetdə: 

https://az.wikipedia.org

 


396 

 

Milli Qəhrəmanlar Zirvəsi 



1 Noyabr – Azərbaycanın Milli Qəhrəmanı Şahbazov Yavər Əlibala oğlunun 

45 illiyi, (1973-1995) 

 

 



 

 

 

 

 

Şahbazov  Yavər  Əlibala  oğlu  1  noyabr 1973-cü  ildə Xaçmaz 

rayonunun Qıraqlı  kəndində  anadan  olmuşdur. 1981-1991-ci  illərdə  burada  orta 

məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının 

diqqətini  çəkən  Yavər  müharibəyə  getmək  və  torpaqlarımızın  bütövlüyü  uğrunda 

savaşmaq  istəyirdi. 1994-cü  il 8  iyunda   o,  öz  arzusuna  çatdı.  Rayon  hərbi 

komissarlığı  tərəfindən Milli  Ordu sıralarına  çağırıldı. 1995-ci  il 13-17  mart 

hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə 

qoymadı. Milli  Ordu işə  qarışmalı  oldu  Yavər  də  bu  silahlı  dəstənin 

zərərsizləşdirilməsində  iştirak  edirdi.  Güclü  atışma  başlayanda  o,  bir  neçə  yaralı 

döyüşçünü  xilas  etdi,  özü  isə  qəhrəmancasına  həlak  oldu.  Subay  idi.  Xaçmaz 

rayonunda dəfn  edilmişdir.  Oxuduğu  orta  məktəb  qəhrəmanımızın  adını  daşıyır. 

Məktəbin  önündə  və Xaçmaz  şəhərində  qəhrəmanımızın  büstü  qoyulub.  2003-cü 

ildə onun xatirəsinə Alekseyevka kəndində Şəhidlər abidəsi ucaldılıb. 



Azərbaycan  Respublikası  Prezidentinin 4  aprel 1995-ci  il  tarixli  307  saylı 

fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adı verilmişdir. 

 

İnternetdə: 



https://az.wikipedia.org

 

 



 

 

 



 


397 

 

17  Noyabr  –  Azərbaycanın  Milli  Qəhrəmanı  Murtuzəliyev  Sergey  Murtuzəli 



oğlunun 55 illiyi, (1963-1993) 

 

Sergey  Murtuzəli  oğlu  1963-cü  il 17  noyabr Bakının  Pirallahı  qəsəbəsində 

anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur. 

Daha  sonra  Yeysk  Ali  Hərbi  Aviasiya  Məktəbində  təhsil  alır.  Sergey  polkovnik-

leytenant  rütbəsi  də  almışdır.  Qəlbi  hər  an   Vətən   eşqi  ilə  döyünən 

Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlar 

etmiş,  silah-sursat,  ərzaq  və  dinc  sakinlərin  daşınmasında  rəşadət  göstərmişdi. 

Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı. 

Vətən  övladının  adı  dilləri  gəzirdi,  əfsanəyə  çevirilmişdi.  O,  havaya  qalxanda 

əvvəlcə  təyyarəsini  havada  oynadar  sonra  istiqamət  alardı  hamı  onun  Sergey 

olduğunu bilərdi. 30 avqust 1993-cü il təlim uçuşu zamanı kursantlara təyyarənin 

sirlərini öyrədərkən qəzaya uğradılar faciədən xilas olmaq mümkün olmadı... Evli 

idi,  iki  övladı  yadigar  qalıb.  Sergey  Murtuzəliyev Suleyman rayonun  Darğuş 

kəndində dəfn edilmişdir. "N" saylı Hərbi Aviasiya alayında qəhrəmanımızın büstü 

qoyulub. 

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı 

fərmanı  ilə  Murtuzəliyev  Sergey  Murtuzəli  oğluna  ölümündən  sonra 

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. 

 

İnternetdə: 



https://az.wikipedia.org

 

 



 

 

 



 

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə