F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Ümumdünya Futbol Günü



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə135/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   131   132   133   134   135   136   137   138   ...   146

405 

 

10



 Dekabr – Ümumdünya Futbol Günü 

 

 



 

10 dekabr – Ümumdünya Futbol Günü Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 

qeyd olunur. Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, 

bu,  milyonlarla  insan  üçün  sadəcə  oyun  deyil,  həm  də  həyat  tərzidir. Futbol  – 

“ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə 

Çin  mənbələrində  rast  gəlinib.  O,  çsu-çyu  adlandırılıb,  mənası  “ayaqla  itələmək” 

deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. 

Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar 

olub.  Onlar  döyüş  meydanında  vuruşmadan  sonra  düşmənlərin  kəsilmiş  başlarını 

təpikləyirdilər. Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan 

əvvəl  oynayıblar.  Yunanıstanda  bu  oyun  “top  uğrunda  mübarizə”  adlandırılıb.

 

 



     Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır. Futbol Günü 

idmançıları  və  idmanın  bu  növünün  sadiq  azarkeşlərini  birləşdirən  bayramdır. 

Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının "Cənub 

inşaatçısı" komandası olub.  



İnternetdə:  

arxiv.az

 

 

 



 

 

 



 

 

 




406 

 

10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü, (1950)  



 

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. 

                                                                                                           Ümummilli lider Heydər Əliyev 

 

 



 

 

 



 

1948-ci  ilin  10  dekabrında  BMT-nin  Baş  Məclisi  tərəfindən  “İnsan  hüquqları 

haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il 

dekabr  ayının  10-u  bütün  dünyada  Beynəlxalq  İnsan  Hüquqları  Günü  kimi  qeyd 

olunur.  İnsan  hüquqları,  insanların  təbii  və  dərrakədən  irəli  gələn  subyektiv 

hüquqlarını  təsvir  edir.



 

İnsan  hüquqlarının  əsas  konsepsiyası  ondan  ibarətdir  ki, 

bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha 

ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Avropada əsas insan hüquq 

və  azadlıqlarının  qorunması  üçün  Azərbaycan  Respublikasının  da  qoşulduğu   4 

noyabr  1950-ci  il  tarixli  Avropa  İnsan  Hüquqları  Konvensiyası  mövcuddur.  Bu 

konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada 

bu  sənədə  əsaslanan  və  eyni  zamanda  real  işləmə  mexanizminə  malik  əsas  insan 

hüquq  və  azadlıqlarını  qoruyan  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  fəaliyyət 

göstərir.  İnsan  haqqları  çox  hallarda  bütün  insanların  eyni  haqqa  malik  olması 

ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə edilir: “Hər bir insan onun malik olduğu 

irqdən,  cinsdən,  dildən,  dindən,  siyasi  və  digər  baxışlardan,  milli  və  sosial 

mənşəyindən,  mülkiyyətdən,  doğum  və  başqa  hallardan  asılı  olmayaraq,  təmin 

edilmiş insan hüquqlarına malikdir”.



 

İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 


407 

 

11 Dekabr – Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)

 

   “Uşaqlara  qayğı  göstərmək,  uşaqların  təhsili,  tərbiyəsi  üçün  şərait  yaratmaq 

uşaqlara  həyatda  sərbəst  yaşamaq,  sərbəst  inkişaf  etmək  adət-ənənələrini 

aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır”. 

                        

Ümummilli lider Heydər Əliyev

   

                                              

 

Ötən  əsrin   sonlarından  BMT  tərəfindən hər 

il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya 

və Radio  Günü  kimi  qeyd olunur. BMT Uşaq 

Fondunun  (YUNİSEF)  təşəbbüsü  ilə  1994-cü 

ilin aprelində  Kann şəhərində təsis olunmuşdur. 

Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 

1998-ci  il  mayın  19-da  imzalanmış  “Uşaq 

hüquqları  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  3-cü  maddəsində  deyilir:  “Uşaqlar 

barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb 

tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş 

kimi  formalaşmasının  təmin  edilməsinə  yönəldilir”.  Uşaqlara  göstərilən  qayğının 

daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini 

itirmiş  və  valideyn  himayəsindən  məhrum  uşuqların  sosial  müdafiəsi  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunudur.  Ulu  öndərimiz    Heydər  Əliyev  həmişə 

uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev 

Uşaqların Beynəlxalq Televiziya və Radio  Günü  ilə əlaqədar onların hazırladığı 

mərasimdə  iştirak  etməkdən  böyük  zövq  alırdı.  Fərəhlə  demək  olar  ki,  uşaq  və 

gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham 

Əliyevin xidməti çoxdur.  

Təbii  ki,  uşaqların  diqqətini  çəkən,  onların  maraq  dairəsinə  daxil  olan 

vərdişlərdən  biri  də  televiziyadır.    Buna  görə  də  respublikamızda  bir  telekanalın 

uşaqlar üçün ayrıca redaksiyası fəaliyyət göstərir. Bu sarıdan Azərbaycan Televiziya 

və  Radio  Verilişləri  Qapalı  Səhmdar  Cəmiyyətinin  ənənələrə  söykənərək  uşaqlar 

üçün  proqramlar  hazırlanması  diqqət  çəkir.  İstər  AzTV-də,  istərsə  də  onun 

“Mədəniyyət” kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir 

verək:  “Təmas  nöqtəsi”,  “Tələbə  dünyası”,  “Mən  də  uşaq  olmuşam”, 

“Çoxbilmişlərdənsinizmi?”,  “Mən  azərbaycanlıyam”,  “Müasir  Azərbaycan 

gəncliyi”,  “Biləyən”,  “Bəbək”,  “Ana  dili”  və  s.  əlbəttə,  bu  verilişlərin  hər  biri 

haqqında ayrıca danışmaq da olar.  

 

İnternetdə: 



www.azerbaijan-news.az

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə