411
15 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005)
Hər il dekabrın 15-də aparıcı dünya çay istehsalçısı statusuna malik bütün
ölkələrdə Beynəlxalq Çay Günü (International Tea Day) qeyd olunur. Bu günün
qeyd olunmasının məqsədi – hökumətlərin və insanların diqqətini çay satışı
problemlərinə, çay istehsalı sahəsində işləyən işçilərin, kiçik istehsalçıların və
istehlakçıların vəziyyətinə cəlb etməkdir. Bayramın bir məqsədi də bu içkinin
populyarlaşdırılmasıdır. 15 dekabrda Çay sənayesi işçilərinin hüquqlarının dünya
bəyannaməsi elan olunmuşdur. Beynəlxalq Çay Gününün məhz dekabrın 15-də qeyd
edilməsi qərarı 2004-cü ildə Mumbayda (Hindistan) və 2005-ci ildə Porte Alleqredə
(Braziliya) keçirilmiş Ümumdünya ictimai forumunun gedişi zamanı beynəlxalq
təşkilatlarda və həmkarlar ittifaqlarında müzakirələrdən sonra qəbul edilmişdir. Bu
günü, əsasən, iqtisadiyyatında çay istehsalının önəmli yer tutduğu ölkələr –
Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Çin və s. qeyd edirlər.
Çayın bir içki kimi ilk dəfə Çin imperatoru Şen Nunq tərəfindən təxminən e.ə
2737-ci ildə aşkar olunduğu hesab olunur. Belə ki, imperator çay yarpağını qaynar
su olan fincana salmış və beləcə çay içkisi yaranmışdır. Eramızın 400-600-cü
illərində Çində çaya maraq artır və bunun nəticəsində çay bitkisinin kultivasiyası
prosesləri inkişaf edir. Rusiya və Avropada çay XVII əsrin birinci yarısında məlum
olur. Çay tarixində ən məşhur hadisələrdən biri isə 1773-cü il dekabrın 16-da baş
verən “Boston çayiçməsi” olmuşdur. Həmin vaxt Amerika müstəmləkəçiləri Böyük
Britaniya tərəfindən çaya tətbiq olunan vergiyə etiraz işarəsi kimi Boston sahilinə
çay yeşikləri atmışlar.
Bir çox ölkələr özlərinin çayiçmə ənənələrinə malikdirlər. Bəzi xalqlar çayı süddə
dəmləyirlər. Bəzi yerlərdə isə çaya xüsusi ədviyyatlar qatılır. Amma bir fakt
danılmazdır ki, çay dünyada ən çox sevilən içki olaraq qalır. Bu bayram da hələ ki,
rəsmi olmasa da, çaysevərlər tərəfindən getdikcə daha çox qeyd olunur. Çay
günündə müxtəlif sərgilər, reklam aksiyaları və s. keçirilir.
İnternetdə:
http://www.calend.ru/holidays
412
25 Dekabr – “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925)
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun
13-də
Bakıda
Azərbaycan
Yazıçılarının
I
qurultayında
yaradılmışdır.
O
vaxta
qədər
Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin
tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə
Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək
zərurəti meydana çıxarkən bir neçə yazıçı çap
etdirdikləri müraciətdə Türk Ədib və Şairlər İttifaqı
Dərnəyi təsis etdiklərini bildirdilər. Həmin ədəbi
birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi
cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz
ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət
əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də
Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. "Qızıl qələmlər"
cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir,
tədbirlər həyata keçirirdi. "Maarif və mədəniyyət" jurnalında, "Kommunist" və
"Gənc işçi" qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər",
"Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi
surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan
yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında
birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti
İdarə Heyəti yarandı. 13 yanvar 1928-ci ildə Bakıda Ümumazərbaycan yazıçılarının
birinci və 20 oktyabr 1929-cu ildə ikinci qurultayı çağrıldı. Ümumittifaq Kommunist
(bolşevik) Partiyası Mərkəzi Komitəsinin ədəbi-bədii təşkilatların yenidən
qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar
Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan
Yazıçılar İttifaqı yaradıldı.
İnternetdə:
www.azyb.net
413
28 Dekabr – Beynəlxalq Kino Günü, (1895)
XX əsrin 30-cu illərində kinematoqrafiya
inkişaf etməyə başladı. Belçikada Cozef Plato
və Avstriyada Simon fon Ştampfer demək olar
ki, eyni anda “fenakistoskop” adlı, hərəkət edən
rəsm effekti verən fırlanan iki çarxlı cihaz kəşf
edirlər.
İlk kinematoqrafiya sistemini Tomas
Edison və Uilyam Dikson hazırlayıb. 1890-cı
ildə ilk dəfə olaraq kinokamera ixtira edilib.
1891-ci ildə ilk çəkilən lenti nümayiş etdirmək
üçün kineskop kəşf olunur.
Dekabrın 28-də
dünyada Beynəlxalq Kino günü qeyd olunur.
1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin
bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu
nümayişini təşkil etmişlər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer
fabrikindən çıxması” filmi də var idi. Lümyer qardaşları hesab edirdilər ki, kino
həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq
tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino
körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-
gözünü büzməsi ilə əyləndirirdi.
1896-cı ildə ilk dəfə montajdan istifadə edərək,
fransız rejissoru Jorj Meles “Çaydan xilas” filmini lentə alır. Meles həm də kinoda
bir neçə yeniliklərin banisi sayılır. XX əsrin əvvəllərində filmlərin vaxtı uzadılaraq
15-20 dəqiqəyə çatır. Bütün dünyada kino zalları açılmağa başlayır.
Azərbaycan kino sənətinin tarixi isə 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər
fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri
("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq
gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət olub.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət
evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-
ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun
"Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii
filminin çəkilişinə başlayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal
alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı
film ekranlarda nümayiş etdirildi.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |