F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Beynəlxalq Dağlar Günü, (2003)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə136/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   132   133   134   135   136   137   138   139   ...   146

408 

 

11 Dekabr – Beynəlxalq Dağlar Günü, (2003) 



 

 

 

 

 



 

 

 



 

 

 



BMT-nin 2003-cü ilin yanvarında keçirilmiş 57-ci Baş Assambleyasının qərarı 

ilə    hər  il  dekabrın  11-də  Beynəlxalq  Dağlar  Günü  (International  Mountain  Day) 

qeyd olunur.  

BMT-nin Baş Assambleyası planetin dağlıq regionlarının inkişaf problemlərinə 

və onların əhalisinə yardımın zəruriliyinə diqqəti cəlb etmək məqsədi ilə beynəlxalq 

birliyi həmin gün müxtəlif tədbirlər keçirməyə çağırmışdır. Bu günlə bağlı adətən 

tematik  kitab  yarmarkaları,  simpoziumlar,  mühazirələr,  seminarlar,  məktəblərdə 

məşğələlər keçirilir.  

Dağlar  Yer  kürəsinin  quru  səthinin  dörddə  birini  təşkil  edir,  dünyanın  daimi 

iqtisadi inkişafında mühüm rol oynayır və əhalinin demək olar ki, 10%-nin daimi 

yaşayış məskənidir. Dağlar yalnız dağlıq rayonlarda yaşayan 720 milyon insan üçün 

mövcudluq və rifah mənbəyi deyil, həm də dağətəyində yaşayan milyardlarla insanın 

yaşayış tərzinə müsbət təsir göstərir. Dağlar həm də bir çox nadir bitki və heyvan 

növlərinin qoruğu, Yerin bütün əsas çaylarının su mənbəyidir. Dağlar eyni zamanda 

populyar  turizm  və  istirahət  məskənləridir.  Lakin  ətraf  mühitin  vəziyyətinin 

pisləşməsi  dağlarda  quraqlığa,  sürüşmələrə  və  digər  təbii  fəlakətlərə,  dağlıq 

rayonlarda  siyasi  vəziyyətin  kəskinləşməsi  isə  yerli  münaqişələrə,  terrorçuluğun, 

qaçqınların  artmasına,  aclığa  və  xəstəliklərə  səbəb  olur.  Bütün  bunlar  isə  dağlıq 

regionların nadir təbiət və insan potensialının itirilməsinə gətirib çıxarır.  

Hər  il  Beynəlxalq  Dağlar  Günü  üçün  mövzu  müəyyən  olunur.  Həmin  mövzu 

çərçivəsində informasiya materialları işlənib hazırlanır və tədbirlər keçirilir. 

 

İnternetdə:



 

http://www.calend.ru/holiday/

 

 

 



 


409 

 

12 Dekabr – Ümummilli lider Heydər Əliyevin Anım Günü, (2003) 

 

Dekabrın  12-si  xalqımızın  ümummilli  lideri,  çoxəsrlik  Azərbaycan  tarixində 



misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım 

günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi 

iradəsi  və  müdrikliyi  mənsub  olduğu  xalqın,  onun  yaratdığı  dövlətin  həyatında 

əvəzedilməz  rola  malikdir.  Bu  şəxsiyyətlər  arasında  müasir  müstəqil  Azərbaycan 

dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.  

Türkiyənin  tanınmış  dövlət  xadimi  Bülənt  Ecevit  siyasət  nəhəngi  Heydər 

Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini 

qiymətləndirərkən fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola 

bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu 

min ildən bir yetişən dahilərdəndir”. 

Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər ulu öndəri 

XX  əsrin  siyasət  nəhəngləri,  mənsub  olduqları  xalqlar  üçün  əvəzsiz  xidmətlər 

göstərmiş  Şarl  de  Qoll,  Corc  Vaşinqton,  Uinston  Çörçill,  Konrad  Adenauer  və 

digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət 

hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi formasiyanın verdiyi 

imkanlardan  məxsus  olduqları  xalq  üçün  maksimum  istifadə  etməyə  çalışmış  və 

buna  nail  olmuşlar.  Heydər  Əliyev  isə  həm  keçmiş  sovet,  həm  də  müstəqillik 

dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini 

tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün 

adını əbədi olaraq tarixə yazmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik 

dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun 

azad  inkişafı  və  yüksəlişi  naminə  apardığı  mübarizələr  və  qələbələr  tarixidir.  Bu 

parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə 

sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük 

sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Heydər Əliyevin 



410 

 

dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı 



həmin  vaxt  SSRİ-nin  tərkibində  olan  bütün  xalqlar  tərəfindən  yüksək 

qiymətləndirilmişdir.  Ümummilli  liderimiz  böyük  uzaqgörənliklə  dünyanın  enerji 

tələbatının  günbəgün  artdığını  görür, neft  diplomatiyası  dövrünün  başlandığını  və 

bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. 

Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar 

başlandı.  1994-cü  il  sentyabrın  20-də  “Əsrin  müqaviləsi”  imzalandı.  Bunun  çox 

böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan 

dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. 

Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) 

neft  kəməri  layihəsi  oldu.  Bəzi  dövlətlərin  qısqanclıqla  yanaşdıqları  və  hətta 

reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti 

Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması 

dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən BTC 

yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu. Ümummilli lider 

müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının 

da  gələcəkdə arzuolunan  nəticələr verməyəcəyini bilirdi. Postsovet  məkanında ilk 

dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz 

və  sovxozların  şəxsi  və  fermer  təsərrüfatlarına  çevrilməsi  kənd  təsərrüfatının 

inkişafında yeni üfüqlər açdı. 

Ulu  öndərin  təşəbbüskarlığı,  qətiyyətli  və  prinsipial  qərarları  Azərbaycan 

iqtisadiyyatını  tədricən  dirçəltdi,  ona  yeni  nəfəs  verdi.  Qısa  müddətdə  bazar 

iqtisadiyyatına  keçidin  qanunvericilik  bazası  formalaşmağa,  iqtisadi  həyatımızda 

sahibkarlıq fəaliyyəti yaranmağa başladı. 

1995-ci  ildə  müstəqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  qəbul 

edildi.  Ümummilli  liderin  təşəbbüsü  və  rəhbərliyi  ilə  hazırlanan  bu  ali  sənəd 

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni 

mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv 

olundu.  Heydər  Əliyev  üçün  müstəqil  Azərbaycan  fəlsəfəsinin  təməlində  azadlıq, 

demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı 

olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı. 

Ulu  öndər  özünün  başladığı  nəhəng  işlərin  uğurlu  icrasını  kimin  təmin  edə 

biləcəyini  də  müəyyənləşdirdi.  Fiziki  imkanlarının  tükəndiyi  bir  vaxtda  həmişə 

inandığı  və  etibar  etdiyi  xalqına  müraciət  ünvanladı:  “İnanıram  ki,  mənim  axıra 

çatdıra  bilmədiyim  taleyüklü  məsələləri,  planları,  işləri  sizin  köməyiniz  və 

dəstəyinizlə  İlham  Əliyev başa  çatdıra  biləcək. Mən  ona  özüm  qədər inanıram  və 

gələcəyinə  böyük  ümidlər  bəsləyirəm”.  Bu  uğurların  əsasını  qoymuş  ulu  öndər 

Heydər  Əliyevin  adı  isə  qədirbilən  Azərbaycan  xalqının  qəlbində  daim 

yaşayacaqdır.  



İnternetdə: 

www.books.google.com 

Mənbə: AzərTAc

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə