F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə137/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   133   134   135   136   137   138   139   140   ...   146

411 

 

15 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005) 



 

Hər  il  dekabrın  15-də  aparıcı  dünya  çay  istehsalçısı  statusuna  malik  bütün 

ölkələrdə  Beynəlxalq  Çay  Günü  (International  Tea  Day)  qeyd  olunur.  Bu  günün 

qeyd  olunmasının  məqsədi  –  hökumətlərin  və  insanların  diqqətini    çay  satışı 

problemlərinə,  çay  istehsalı  sahəsində  işləyən  işçilərin,  kiçik  istehsalçıların  və 

istehlakçıların  vəziyyətinə  cəlb  etməkdir.  Bayramın  bir  məqsədi  də  bu  içkinin 

populyarlaşdırılmasıdır.  15  dekabrda  Çay  sənayesi  işçilərinin  hüquqlarının  dünya 

bəyannaməsi elan olunmuşdur. Beynəlxalq Çay Gününün məhz dekabrın 15-də qeyd 

edilməsi qərarı 2004-cü ildə Mumbayda (Hindistan) və 2005-ci ildə Porte Alleqredə 

(Braziliya)  keçirilmiş  Ümumdünya  ictimai  forumunun  gedişi  zamanı  beynəlxalq 

təşkilatlarda və həmkarlar ittifaqlarında müzakirələrdən sonra qəbul edilmişdir. Bu 

günü,  əsasən,  iqtisadiyyatında  çay  istehsalının  önəmli  yer  tutduğu  ölkələr  – 

Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Çin və s. qeyd edirlər.  

Çayın bir içki kimi ilk dəfə Çin imperatoru Şen Nunq tərəfindən təxminən e.ə 

2737-ci ildə aşkar olunduğu hesab olunur. Belə ki, imperator çay yarpağını qaynar 

su  olan  fincana  salmış  və  beləcə  çay  içkisi  yaranmışdır.  Eramızın  400-600-cü 

illərində  Çində  çaya  maraq  artır  və  bunun  nəticəsində  çay  bitkisinin  kultivasiyası 

prosesləri inkişaf edir. Rusiya və Avropada çay XVII əsrin birinci yarısında məlum 

olur. Çay tarixində ən məşhur hadisələrdən biri isə 1773-cü il dekabrın 16-da baş 

verən “Boston çayiçməsi” olmuşdur. Həmin vaxt Amerika müstəmləkəçiləri Böyük 

Britaniya tərəfindən çaya tətbiq olunan vergiyə etiraz işarəsi kimi Boston sahilinə 

çay yeşikləri atmışlar.  

Bir çox ölkələr özlərinin çayiçmə ənənələrinə malikdirlər. Bəzi xalqlar çayı süddə 

dəmləyirlər.  Bəzi  yerlərdə  isə  çaya  xüsusi  ədviyyatlar  qatılır.  Amma  bir  fakt 

danılmazdır ki, çay dünyada ən çox sevilən içki olaraq qalır. Bu bayram da hələ ki, 

rəsmi  olmasa  da,  çaysevərlər  tərəfindən  getdikcə  daha  çox  qeyd  olunur.  Çay 

günündə müxtəlif sərgilər, reklam aksiyaları və s. keçirilir. 

 

 

İnternetdə: 

http://www.calend.ru/holidays

 



412 

 

25 Dekabr – “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925) 



 

     Azərbaycan Yazıçılar  İttifaqı  1934-cü il iyunun 

13-də 

Bakıda 


Azərbaycan 

Yazıçılarının 

qurultayında 



yaradılmışdır. 

vaxta 



qədər 

Azərbaycan  yazıçıları  ayrı-ayrı  ədəbi  birləşmələrin 

tərkibində  fəaliyyət  göstərirdilər.  1923-cü  ildə 

Azərbaycan  yazıçılarını  bir  təşkilatda  birləşdirmək 

zərurəti  meydana  çıxarkən  bir  neçə  yazıçı  çap 

etdirdikləri  müraciətdə  Türk  Ədib  və  Şairlər  İttifaqı 

Dərnəyi  təsis  etdiklərini  bildirdilər.  Həmin  ədəbi 

birlik  "İldırım"  adlanırdı.  "Qızıl  qələmlər"  ədəbi 

cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz 

ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət 

əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də 

Bakıda  yaradıldı,  ədəbi  dərnəkləri  öz  ətrafında  birləşdirdi.  "Qızıl  qələmlər" 

cəmiyyəti  tez-tez  müşavirələr,  ədəbi  gecələr,  görüşlər,  məruzələr  təşkil  edir, 

tədbirlər  həyata  keçirirdi.  "Maarif  və  mədəniyyət"  jurnalında,  "Kommunist"  və 

"Gənc  işçi"  qəzetlərində  müntəzəm  verilən  ədəbi  materiallar,  "Qızıl  qələmlər", 

"Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi 

surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının  əvvəllərində Azərbaycan 

yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında 

birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti 

İdarə Heyəti yarandı. 13 yanvar 1928-ci ildə Bakıda Ümumazərbaycan yazıçılarının 

birinci və 20 oktyabr 1929-cu ildə ikinci qurultayı çağrıldı. Ümumittifaq Kommunist 

(bolşevik)  Partiyası  Mərkəzi  Komitəsinin  ədəbi-bədii  təşkilatların  yenidən 

qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar 

Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan 

Yazıçılar İttifaqı yaradıldı. 

 

İnternetdə: 



www.azyb.net

 

 

 



 

 

 



 

 

 



 

 



413 

 

28 Dekabr – Beynəlxalq Kino Günü, (1895) 



 

     


  XX  əsrin  30-cu  illərində  kinematoqrafiya 

inkişaf etməyə başladı. Belçikada Cozef Plato 

və Avstriyada Simon fon Ştampfer demək olar 

ki, eyni anda “fenakistoskop” adlı, hərəkət edən 

rəsm effekti verən fırlanan iki çarxlı cihaz kəşf 

edirlər.


 

İlk  kinematoqrafiya  sistemini  Tomas 

Edison  və  Uilyam  Dikson  hazırlayıb.  1890-cı 

ildə  ilk  dəfə  olaraq  kinokamera  ixtira  edilib. 

1891-ci ildə ilk çəkilən lenti nümayiş etdirmək 

üçün  kineskop  kəşf  olunur.

 

Dekabrın  28-də 



dünyada  Beynəlxalq  Kino  günü  qeyd  olunur. 

1895-ci  il  dekabrın  28-də  Lui  və  Oqyust  Lümyer  qardaşları  Parisin  Kapusin 

bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu 

nümayişini  təşkil  etmişlər.  Filmlərin  arasında  46  saniyəlik  “Fəhlələrin  Lümyer 

fabrikindən  çıxması”  filmi  də  var  idi.  Lümyer  qardaşları  hesab  edirdilər  ki,  kino 

həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq 

tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino 

körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-

gözünü  büzməsi  ilə  əyləndirirdi.

 

1896-cı  ildə  ilk  dəfə  montajdan  istifadə  edərək, 



fransız rejissoru Jorj Meles “Çaydan xilas” filmini lentə alır. Meles həm də kinoda 

bir neçə yeniliklərin banisi sayılır. XX əsrin əvvəllərində filmlərin vaxtı uzadılaraq 

15-20 dəqiqəyə çatır. Bütün dünyada kino zalları açılmağa başlayır. 

 

Azərbaycan kino sənətinin tarixi isə 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər 



fotoqraf  və  nasir  Aleksandr  Mişon  tərəfindən  çəkilmiş  xronika  süjetləri 

("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq 

gəzintisi",  "Qafqaz  rəqsi"  və  s.)  və  bir  bədii  kinosüjetdən  ("İlişdin")  ibarət  olub.

 

1915-ci  ildə  Qafqazda  Pirone  qardaşlarının  açdığı  səhmdar  cəmiyyətləri  (ticarət 



evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-

ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun 

"Neft  və  milyonlar  səltənətində"  romanı  əsasında  eyni  adlı  ilk  Azərbaycan  bədii 

filminin çəkilişinə başlayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal 

alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə 

Azərbaycanın  müstəqilliyinin  ildönümü  münasibətilə  "Təntənə"  adlı  tammetrajlı 

film ekranlarda nümayiş etdirildi.

 

 



 

İnternetdə:

 

www.books.google.com

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə