F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Beynəlxalq Əlillər Günü, (1992)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə134/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   130   131   132   133   134   135   136   137   ...   146

402 

 

3 Dekabr – Beynəlxalq Əlillər Günü, (1992) 

Ümumdünya  Səhiyyə  Təşkilatnın  məlumatına 

görə,  dünya  üzrə  fiziki  qüsurlu  insanların  faiz 

göstəricisi  10%-dir.  Bu  göstərici  Azərbaycan  üzrə 

4,4% təşkil  edir  ki, bu  da  MDB  məkanında  ən  aşağı 

göstərici  hesab  edilir.  Respublikamızda  dörd  yüz 

mindən  artıq  əlil  insan  var.  Onların  bir  hissəsi  II 

Dünya  müharibəsi,  bir  hissəsi  erməni  təcavüzü 

nəticəsində  əmək  qabiliyyətlərini  itirən  şəxslərdir. 

Əlillərin sosial müdafiəsinin gücləndirilməsi haqqında 

dövlət  proqramına  uyğun  olaraq,  onların  xaricdə 

müalicəsi təşkil edilir. Bu yöndə işlər davam etdirilir.  

Əlil insan dedikdə  hər kəsin ağlına müəyyən orqanlarını itirmiş insanlar gəlir. 

Unudulmamalıdır  ki,  bu  onların  işləməyinə,  həyat  fəaliyyətlərinə  və  ya  insani 

keyfiyyətlərinə əngəl deyil və olmamalıdır. Fiziki deyil, mənəvi cəhətdən qüsurlu 

olmamaq gərəkdir. İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla 

yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: 

anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində 

qazanılmış əlillik və şikəstlik vardır. Əlillik eyib sayılmamalıdır. Çünki bu insanlar 

fiziki  cəhətdən  tam  olmasalar  da,  onlarda  da  nəcib  ürək,  saf  insani  keyfiyyətlər, 

yüksək  bilik, bacarıq  və intellektual qabiliyyətlər vardır. Bu  insanlar  hətta  maddi 

cəhətdən  təmin  olunsalar  belə,  isti  münasibət,  doğmalardan  və  yadlardan  qayğı, 

mərhəmət və diqqət umurlar. 

Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra 

dövlət  əhəmiyyətli  proqramlar  həyata  keçirilmişdir.  Əlillər  mənzil,  maşın,  əlil 

arabaları  ilə  təmin  olunur,  müxtəlif  ölkələrdə  dövlət  vəsaiti  hesabına  müalicə  və 

bərpa kursları keçirlər.  

Beynəlxalq  aləm  də  əlillərə  qayğı  və  diqqəti  artırıb.  Onların  hüquqlarının 

qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT 

tərəfindən  1983-1992-ci  illərdə  həyata  keçirilmiş  Əlillər  Onilliyidir.  1992-ci  il 

oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-

nü  Beynəlxalq  Əlillər  Günü  kimi  qeyd  olunması  haqqında  Bəyannamə  qəbul 

etmişdir.  Bu  günün  məqsədi  cəmiyyəti  əlillik  problemlərinin  həllinə  cəlb  etmək, 

əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. 

 

İnternetdə: 



www.books.google.com 


403 

 

6 Dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006)



 

 

Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti  

İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə 

təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər 

və  informasiya  texnologiyaları  sahəsinin  işçiləri  öz 

peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz 

bu  gündə  qeyd  olunması  Azərbaycanda  ilk  telefon 

xəttinin  yaradılması  ilə  bağlıdır.  Belə  ki,  1881-ci  il 

dekabrın  6-da  Bakıda  “Nobel  qardaşları”  cəmiyyəti 

tərəfindən ilk telefon xətti çəkilmişdir. Azərbaycanda 

rabitə sahəsi ümummilli lider  Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf 

etməyə başlayıb. Rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. 

1976-cı  ildə  təkcə  Bakı  telefon  şəbəkəsinin  gücü  1927-ci  illə  müqayisədə,  20 

dəfədən  çox  artmış,  telefon  Azərbaycan  əhalisinin  məişətinin  ayrılmaz  hissəsinə 

çevrilmişdir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri 

də  diqqətəlayiq  inkişaf  yolu  keçmişdir.  1979-cu  ildə  Heydər  Əliyevin  şəxsi 

rəhbərliyi  altında  yaradılmış  komissiya  tərəfindən  Bakıda  –  köhnə  teleqüllənin 

yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq 

edilmiş  və  1981-ci  ildə  obyektin  tikintisinə  başlanmışdır.  Həmçinin  90-cı  illərdə 

Azərbaycanda  informasiya  kommunikasiya  texnologiyaları  sektoru  da  inkişaf 

etməyə  başlamış,   ölkədə  bu  yeni  sektorun  inkişafı  prosesi  sürətlənmiş, 

Azərbaycanın internet seqmenti genişlənmişdir. 

 

  

Respublikamızda  rabitə  və  informasiya-kommunikasiya  texnologiyaları 



sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin kursunu davam etdirən ölkə 

Prezidenti  İlham  Əliyevin  şəxsi  diqqəti  və  qayğısı  nəticəsində  əldə  olunmuşdur. 

2012-ci  il  ərzində  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondunun, 

Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması 

haqqında  sənədlər  imzalanmışdır.  Həmin  ilin  noyabrında  illik  “Bakutel”  sərgi-

konfransı  ilə  yanaşı,  Bakıda  dünya  əhəmiyyətli  İnternet  İdarəçilik  Forumu  (IGF 

2012)  da  keçirilmişdir.    Bütün  bunlar  hökumət  tərəfindən  İKT  sektoruna  böyük 

diqqətin yetirilməsini bir daha sübut edir.  



İnternetdə: 

www.books.google.com 

 

 

 


404 

 

7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günü, (1996) 

     1944-cü il dekabrın 7-də Beynəlxalq Mülki 

Aviasiya  haqqında  Konvensiya  imzalanmışdır.  6 

dekabr  1996-cı  ildə  BMT  Baş  Assambleyası 

tərəfindən  7  dekabr  Beynəlxalq  Mülki  Aviasiya 

Günü  elan  olunmuşdur.  Azərbaycanda  ilk  mülki 

hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində 

həyata  keçirilmişdir.  Lakin  hələ  1918-ci  ildə 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yarandığı 

gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər 

görülmüşdür.  Azərbaycan  mülki  aviasiyasında  ilk  dəfə  1923-cü  il  avqustun  8-də 

“Yunkers”  təyyarəsi  ilə  sərnişin  daşınmaları  həyata  keçirilmişdir.  Ölkəmizdə  ilk 

hava  limanı  1931-ci  ildə  Binə  qəsəbəsinin  yaxınlığında  tikilmiş  və  2  ildən  sonra 

istifadəyə verilmişdir. 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb ki, bu 

tarix  2006-cı  ildə  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı  ilə 

Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Sergey Utoçkinin idarə etdiyi 

uşaqsayağı  yöndəmsiz  və  möhkəm  olmayan  “Farman-4”  sistemli  fransız  biplanı 

heyrətdən  yerində  donmuş  tamaşaçıların  başı  üzərində  bir  neçə  dairə  vuraraq, 

alqışlar  altında  yerə  enib.  Azərbaycanın  aviasiya  ilə  ilk  tanışlığından  sonra  hava 

nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il ötüb. 1923-

cü ildə “ZAKAVİA” – Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. 

Artıq 1923-cü ilin aprel ayında “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu 

ilə uçuş həyata keçirilib. İki il sonra isə Keşlədə aerodrom tikilib və mülki “Hava 

stansiyası”  yaradılıb.  Bu,  aviaparkı  müasir  “Boeing-757”  təyyarələri  ilə 

təkmilləşdirməyə,  uçuşları  idarəetmə  vasitələrini  yeniləməyə,  iyirmiyədək  ixtisas 

üzrə  kadrların  hazırlanması  sistemini  yaratmağa  və  bu  gün  altmışdan  yuxarı 

aviaşirkətin  təyyarələrini  qəbul  edən  beynəlxalq  təyyarə  vağzalının  1999-cu  ildə 

Bakı şəhərində açılmasına imkan verib. Növbəti illərdə “Naxçıvan” beynəlxalq hava 

limanı, “Gəncə” beynəlxalq hava limanı və “Zabrat” hava limanında yeni təyyarə 

vağzalının binası istismara verilib.  

2008-ci  ildə  “Lənkəran”  və  “Zaqatala”  beynəlxalq  hava  limanları  açılıb. 

Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər, müvafiq olaraq 2008-

ci  ilin  sentyabr  və  oktyabr  aylarında  açılıb.  Qeyd  edək  ki,  hazırda  AZAL  ölkə 

daxilində  Bakı-Naxçıvan,  Bakı-Gəncə  və  Gəncə-Naxçıvan  və  Bakı-Qəbələ 

marşrutları  üzrə  uçuşlar  yerinə  yetirir.“Azərbaycan  Hava  Yolları”  QSC  Avropa, 

MDB,  Yaxın  Şərq  və  Asiya  ölkələrinə  sərnişin  daşımaları  həyata  keçirir.  İndi 

“Azərbaycan  Hava Yolları”  QSC  Azərbaycanın Milli  Daşıyıcısı kimi  Beynəlxalq 

Hava  Nəqliyyatı  Assosiasiyasında  (İATA)  layiqli  yer  və  MDB  ölkələrinin 

aviaşirkətləri arasında lider mövqe tutur.                  



İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə