F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Noyabr – Xalq artisti, aktyor Həsən Məmmədovun 80 illiyi, (1938-2003)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə131/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   127   128   129   130   131   132   133   134   ...   146

393 

 

20 Noyabr – Xalq artisti, aktyor Həsən Məmmədovun 80 illiyi, (1938-2003) 



 

Həsən  Ağaməmməd  oğlu  Məmmədov  1938-ci  il 

noyabr  ayının  22-də  Salyan  rayonunda  doğulmuşdur. 

1962-ci  ildə  Mirzağa  Əliyev  adına  Azərbaycan  Dövlət 

İncəsənət  İnstitutunu  bitirmişdir.  H.Məmmədov  məşhur 

səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə 

bitirib  və  təyinatla  Akademik  Milli  Dram  Teatrına 

göndərilmişdir.  H.Məmmədov  50-dən  çox  filmdə 

çəkilmişdi.  Həsən  Məmmədov  1972-ci  il  2  fevralda 

köçürmə  yolu  ilə  Akademik  teatrdan  çıxaraq 

"Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 

1989-cu  il  17  mayda  dəvətlə Cəmil  Əlibəyovun 

"Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında 

İlyas  İbrahimov  rolunu  oynamışdı.  H.Məmmədov  Akademik  teatrın  direktoru  və 

bədii  rəhbəri  Həsən  Turabovun  dəvəti  ilə  1992-ci  il  21  noyabrdan  ömrünün 

sonunadək  doğma  kollektivin  aktyor  truppasında  çalışmışdı.  Aktyorun  rollar 

siyahısında  milli  və  Avropa  klassiklərinin,  çağdaş  Azərbaycan  və  əcnəbi 

dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var. Kinoda çəkildiyi 

çoxsaylı  rollar  Həsən  Məmmədovun  yaradıcılığında  xüsusi  yer  tutur.  O, 

"Azərbaycanfilm"də  istehsal  olunmuş  "Böyük  dayaq"  (Qaraş),  "Arşın  mal  alan" 

(Əsgər),  "Gün  keçdi"  (Oqtay),  "Arxadan  vurulan  zərbə"  (Qəmərlinski),  "Dədə 

Qorqud"  (Dədə  Qorqud),  "Axırıncı  aşırım"  (Abbasqulu  ağa  Şadlinski),  "Sevil" 

(Balaş),  "Yeddi  oğul  istərəm"  (Bəxtiyar),  "Bir  cənub  şəhərində"  (Murad),  "Qızıl 

qaz" (Fərman), "İstintaq davam edir" (Əzimov), "Qəm pəncərəsi" (Məmmədhəsən 

əmi),  "Papaq"  (Mirzə  Səfər)  və  s.  filmlərində  aparıcı  rollar  oynamışdı. 

H.Məmmədov  2003-cü  il  26  avqustda  vəfat  etmiş,  II  Fəxri  Xiyabanda  dəfn 

edilmişdir.  Həsən  (Əbülhəsən)  Ağaməmməd  oğlu  Məmmədov  teatr  və  kino 

sənətində  göstərdiyi  xidmətlərə  görə  1971-ci  il  18  noyabrda  Azərbaycan 

Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına 

layiq görülmüşdü. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci 

ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün 

Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilmişdi.  

           Filmoqrafiya: Böyük dayaq (1962), Arşın mal alan (1965), Sevil ( 1970), Yeddi 

oğul istərəm... (1970), Axırıncı aşırım (1971), Gün keçdi (1971), Arxadan vurulan 

zərbə (1977), Sevinc buxtası (1977),  Üzü küləyə (1977) və s.  

 

İnternetdə:

https://az.wikipedia.org 

 



394 

 

22 Noyabr – Xalq artisti, kinorejissor Rasim Ocaqovun 85 illiyi, (1933-2006) 



 

Rasim  Ocaqov 1933-cü  il   noyabr  ayının  22-

də   Azərbaycanın   Şəki   şəhərində  anadan  olub. 1951-

1956-cı  illərdə   Moskvada   ÜDKİ-nin  kinooperatorluq 

fakültəsində  təhsil  alıb. Daha sonra M.A.Əliyev adına 

ADİİ-nun  rejissorluq  fakültəsini  bitirib. 1956-cı  ildən 

"Azərbaycanfilm" 

kinostudiyasında 

quruluşçu-

operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. "Onun 

böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. 

Film 


Sumqayıt 

metallurqlarının 

həyatına 

həsr 


olunmuşdu.  Bu  ağır  peşə  adamlarının  ekran  həyatı 

operatorun  kamerası  ilə  romantik  və  cəzbedici  bir 

formaya  salınmışdır.  Bundan  sonra  lentə  aldığı  "Əsl 

dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın 

sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin 

ən layiqli nümunələrini yaratdı. Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış 

"Gəncəbasarlı  qisasçı"  filmini  tamamlamaq  olmuşdur.  Bu  tarixi-qəhrəmanlıq 

janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. 

Qatır  Məmmədin  obrazını  isə  görkəmli  aktyor  Şahmar  Ələkbərova  tapşırdı.  Film 

ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu 

mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək 

səsi"  öz  orijinal  səhnələri,  çəkiliş  manerası,  mövzunun  bədii  həlli  baxımından 

Azərbaycan  kinosuna  xeyli  yeniliklər  gətirdi.  Bundan  sonra  çəkdiyi  "Ad  günü", 

"Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", 

"İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları 

ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa 

çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, 

yenə  də  insanın  ətraf  aləmə  münasibəti  mövzusunda  söhbət  açır.  Rasim 

Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib. 

Filmoqrafiya: Qatır Məmməd (film, 1974), Tütək səsi (film, 1975), Ad günü (film, 

1977) ,  Bağlı  qapı  (film,  1981),  Özgə  ömür  (film,  1987),  Ölsəm...  bağışla  (film, 

1989), Qətldən yeddi gün sonra (film, 1991), Təhminə (film, 1993), Həm ziyarət, 

həm ticarət... (film, 1995), Otel otağı (film, 1998) və s.  



 

İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə