F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Noyabr – Ümumdünya Ev Heyvanları Günü, (1931)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə127/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   123   124   125   126   127   128   129   130   ...   146

381 

 

30 Noyabr – Ümumdünya Ev Heyvanları Günü, (1931) 

Hər  il  noyabrın  30-u  bir  çox  ölkələrdə  Ümumdünya  Ev  Heyvanları  Günü 

(World Day Pets) qeyd olunur. Bu günün təsis olunması ideyası Təbiətin qorunması 

hərəkatı  tərəfdarlarının  1931-ci  ildə  Florensiyada  (İtaliya)  keçirilən  Beynəlxalq 

konqresində səslənmişdir. Həmin vaxtdan bu bayram dünyanın bir çox ölkələrində 

qeyd olunur və insanlar tərəfindən ev heyvanlarına çevrilən “balaca dostlarımıza” 

görə bütün bəşəriyyətin cavabdeh olduğunu xatırladır. Təsadüfi deyil ki, bu günün 

devizi Antuan de Sent Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin 

bütün  insanlara  ünvanlanmış  sözləridir:  “Sən  əhliləşdirdiklərin  üçün  hər  zaman 

cavabdehsən”.   

Bu günlə əlaqədar keçirilən tədbirlər çox rəngarəng və müxtəlifdir və hər bir 

ölkədə  fərqli  şəkildə  düzənlənir.  Bu  günün  hansı  şəkildə  qeyd  edilməsindən  asılı 

olmayaraq,  əsas  məqsəd  insanları  ev  heyvanlarının  problemlərinə  biganə 

qalmamağa çağırmaqdır.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 



382 

 

Bu tarixi unutmayaq 



20 Noyabr – Qarakənd faciəsi, (1991) 

 

 



 

 

 



 

 

 



 

Qarakənd  faciəsi və  ya 20  noyabr    faciəsi  Xocavənd  rayonunun  Qarakənd 

yaxınlığında,  Ağdam rayonunun Mərzili kəndi  ərazisində  erməni  həbiləşdirilmiş 

dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsidir. Hesablamalara 

görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-

ci  il  noyabrın  20-də,  saat  14:42  dəqiqədə  vurulub. Həlak  olanlar 

arasında Azərbaycan  Respublikasının  Dövlət  katibi   Tofiq  İsmayılov,  baş 

prokuror İsmət  Qayıbov,  dövlət  müşaviri,  sabiq  daxili  işlər  naziri Məhəmməd 

Əsədov,  millət  vəkilləri Vaqif  Cəfərov və Vəli  Məmmədov,  baş  nazirin 

müavini   Zülfü  Hacıyev,  Prezident  Aparatının  şöbə  müdiri,  jurnalist   Osman 

Mirzəyev, Qazaxıstan  Respublikası   daxili  işlər  nazirinin  müavini   Sanlal 

Serikov,   Azərbaycan  Dövlət  Televiziyasının   jurnalisti   Alı  Mustafayev   və 

başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdur. 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 



383 

 

Yubilyar yazıçı və şairlər



 

1 Noyabr – Şair, publisist Muxtar Əhmədin 70 illiyi, (1948) 

 

 



Əhmədov  Muxtar  İsmayıl  oğlu  1948-ci  il  noyabrın  1-də  Azərbaycanda 

Biləsuvar  rayonunda  anadan  olmuşdur.  Burada  1  saylı  şəhər  orta  məktəbini 

bitirmişdir. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil 

almışdır  (1970-1975).  Biləsuvar  rayon  təhsil  şöbəsində  Filmoteka  üzrə  müdir, 

inspektor  (1995-2003),  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  orqanı  “Məhsul” 

qəzetinin  baş  redaktorunun  müavini  (2003-2005),  “Region  -  press”  qəzetinin  baş 

redaktoru (2005-ci ildən), “Biləsuvar töhfələri” ədəbi ictimai birliyinin sədri (1999-

2009)  olmuşdur.  Respublika  Kitabsevərlər  Cəmiyyətinin  medalına  layiq 

görülmüşdür.  ədəbi  fəaliyyətə  tələbəlik  illərindən  başlamışdır.  Şeir,  oçerk  və 

məqalələri  “Qala”,  “Yol”, Məhsul”,  “Mübarizə”,  “Qələbə”  qəzetlərində,  “Ulduz”, 

“Şəfəq”, “Azərbaycan” jurnallarında vaxtaşırı dərc edilmişdir. Azərbaycan Yazıçılar 

Birliyinin “Aran şöbəsi” üzrə əlaqələndiricisi, eyni zamanda “Biləsuvar töhfələri” 

ədəbi birliyinin sədridir.  

 

Kitabları: “Analar yanar ağlar” (1996), “Fövqəladə uzaqgörücü” (2000), “İçimdən 

bir haray keçdi”  (2000), “Havası gələndə şeirin, sözündə...” (2003).

  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 


384 

 

2 Noyabr – Alim, şair və jurnalist Əhmədov Əminin (Əmin Abid) 120 illiyi,  



(1898-1937) 

Əmin  Abid  Gültəkin  1898-ci  ildə  Bakıda  anadan 

olmuşdur.  İlk  təhsilini  burada  almışdır.  Türkiyəyə  səfər 

etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra 

İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam 

etdirmişdir (1919-1926). İlk gənclik dövründən sərbəst və heca 

vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu 

yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi 

şeirlərində  Azərbaycan  Milli  Demokratik  Cümhuriyyətinin 

bolşevik  ordusu  tərəfındən  vəhşicəsinə  işğalına,  Sibirə 

sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha – üç 

rəngli  ay-ulduzlu  bayrağın  müstəqil  Azərbaycan  üzərində 

dalğalanacağı günə inam güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan 

gənclərinin  konfrans  və  toplantılarında  oxunmuş,  hamını  birliyə,  mübarizəyə 

ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi 

ilə  "Buzlu  cəhənnəm"  adı  altında  ayrıca  kitabda  nəşr  edilmişdir.  1919-cu  ildə 

Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə 

"Azərbaycan  türklərinin  ədəbiyyat  tarixi"  monoqrafik  əsərini  qələmə  almışdır. 

Təhsildən  sonra  doğma  Bakıya  qayıtmış,  burada  qəzet  və  jurnallarda  müasir  və 

klassik  ədəbiyyata,  şifahi  xalq  yaradıcılığına  dair  ədəbi-elmi  məqalələrlə  çıxış 

etmişdir.  Eyni  zamanda  Bakı  darülfununda,  eləcə  də  Bakı  maarif  evi  ədəbiyyat 

dərnəyində  "Oğuznamə",  "Azərbaycan  ədəbiyyatının  başlanğıcı"  mövzusunda 

məruzələr  etmişdir  (1927-1928). 

"

Azərbaycan  türklərinin  ədəbiyyat  tarixi",  "Türk 



ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", 

"Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda 

"Kitabi-Dədə  Qorqudun  mətni  haqqında  məlumat",  "XVII  əsr  Azərbaycan 

ədəbiyyatı",  "Ədəbiyyatımız  tarixində  Sabirin  mövqeyi",  "Mirzə  Şəfi  haqqında 

yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi 

milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş 

erudisiyalı  alimin  zəngin  irs  yaratdığını  sübut  edir.  Axundovşünaslıq  elminin 

yaranmasında  xidmətləri  misilsizdir.  M.F.Axundov  ədəbi  irsinə  həsr  etdiyi 

məqalələri,  monoqrafiya  və  tərtibləri,  eləcə  də  tərcümələri  vardır.  Məhəmməd 

Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır.  



İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə