F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə124/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   120   121   122   123   124   125   126   127   ...   146

371 

 

17 Noyabr – Milli Dirçəliş Günü, (1988) 



 

     “Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər 

mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın 

da  Milli  Dirçəliş  günü  onun  özünü  təsdiqi  idi.  XX  əsr  xalqımızın  yaddaşında 

dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır!” 

                                                  



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

  

1988-ci  ilin  ilk  günlərində  Ermənistanın 



Azərbaycana  qarşı  açıq  təcavüzü  başlandı.  SSRİ-

nin o vaxtkı rəhbərliyinin buna biganə münasibətini 

görən  ermənilər  planlı  şəkildə  Ermənistan 

hökumətinin  tapşırığı  və  göstərişilə  Ermənistanda 

yaşayan  200  mindən  çox  azərbaycanlını  öz  ata-

baba  yurdlarından  kütləvi  surətdə  qovdular.  Elə 

həmin  ilin  fevral  ayında  Azərbaycanın  Dağlıq 

Qarabağ  bölgəsində  ixtişaşlar  törətdilər.  Onlar 

Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın 

Azərbaycandan  qoparılıb  Ermənistana  birləşdirməsi  haqqında  məsələ  qaldırdılar. 

Belə  bir  vaxtda  Azərbaycan  xalqı  ayağa  qalxdı.  Xalq  öz  etirazını  sakit  şəkildə 

rəhbərliyə  bildirdi.  İlk  zamanlar  Azərbaycan  vətəndaşları  Moskvaya,  yerli 

hakimiyyət  başçılarına  inanırdılar.  Onların  şüarları,  gəzdirdikləri  portret  və 

bayraqlarda bunu  sübut  edirdi. 1988-ci ilin  noyabrın  17-də  Bakının  əsas  meydanı 

sayılan  Azadlıq  meydanında  Sovet  dövlətinin  xalqımıza  qarşı  apardığı 

antiazərbaycan  siyasətinə  etiraz  əlaməti  olaraq  Azərbaycan  ictimaiyyətinin 

uzunmüddətli mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. 

Bu,  əsl  xalq  hərəkatı,  milli  azadlıq  hərəkatı  idi.    Dekabrın  əvvəllərində  sovet 

qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.  

Azərbaycanda  bu  hadisələr  milli  azadlıq  hərəkatı  kimi  qiymətləndirilir  və 

Vətənizmin  istiqlaliyyət  qazanmasında  əsas  amil  sayılır.  “Milli  dirçəliş”  deyəndə 

buna  yalnız  siyasi  aspektdən  yanaşmaq  olmaz,  çünki  milli  dirçəliş  yalnız  ictimai 

baxımdan  yox,  həm  də  mədəni-mənəvi  əxlaqi  dəyərlərin  xalqın  özünün  təməl 

prinsipləri üzərində inkişaf edən ənənələrinin təcəssümüdür, onun yaşadılmasıdır və 

onun yaşaması məhz Milli dirçəlişin təməlidir. 

İnternetdə: 

www.books.google.com 

 

 

 



372 

 

19 Noyabr – Ümumdünya Fəlsəfə Günü, (2002)  

  

 

 



 

 

 



 

 

 



Ümumdünya  Fəlsəfə  Günü  YUNESKO-nun  qərarına  əsasən  2002-ci  ildən 

başlayaraq noyabr ayının 3-cü cümə axşamı günü qeyd olunur. Ümumdünya Fəlsəfə 

Gününün  yaranmasının  əsas  ideyası  dünyada  baş  verən  qlobal  ictimai-mədəni 

dəyişiklikləri  müzakirə  etmək  üçün  platforma  tapmaq,  insanları  fəlsəfi  irsə 

yaxınlaşdırmaq, məişət təfəkkürünün aləmini yeni ideyalar üçün açmaq və bu gün 

cəmiyyət  qarşısında  duran  çağırışlarla  bağlı  olan  ictimai  müzakirələri 

stimullaşdırmaqdan  ibarətdir.  Mütəfəkkirlərin  çoxu  qeyd  edirdilər  ki,  fəlsəfənin 

məğzi  təəccüblənməkdədir.  Doğurdan  da,  fəlsəfə  insan  varlıqlarının  özləri  və 

yaşadıqları dünya  ilə  maraqlanmağa  olan təbii  istəkdən doğulur.  Müdrikliyə  olan 

sevgi qismində çıxış edərək, fəlsəfə bizi düşüncələr haqqında düşünmək, müxtəlif 

fundmental  həqiqətləri  dərindən  öyrənmək  və  şəxsi  nəticələr  çıxarmağı  öyrədir. 

Əsrlər ərzində fəlsəfə müxtəlif konsepsiyalar və ideyalar əmələ gətirmiş və kritik, 

müstəqil və yaradıcı düşünməyin təməlini qoymuşdur.  

Fəlsəfə Günü YUNESKO-nun 70-dən çox ölkəsində qeyd olunur. Hər il fərqli 

mövzulara həsr olunan bu gündə mütəfəkkirlərin, alimlərin, müəllimlərin, tələbə və 

şagirdlərin,  mədəniyyət  və  təhsil  nümayəndələrinin  iştirakı  ilə  müxtəlif  tədbirlər 

keçirilir: fəlsəfi diskussiyalar, “dəyirmi masalar”, konfranslar, seminarlar, sərgilər, 

təqdimatlar və s. 



İnternetdə: 

www.books.google.com

 

 

 



 

 



373 

 

20 Noyabr – Ümumdünya Uşaqlar Günü, (1956) 



     “Uşaqlar  –  bizim  sabahkı  hakimlərimizdir,  bizim  dünyagörüşümüzün, 

əməllərimizin tənqidçiləridir”. 

                                                                                           

M. Qorki, 

rus yazıçısı 

Ümumdünya  Uşaqlar  Günü  (Ümumdünya 

Uşaq Hüquqları Günü ) (ing. Universal Children's 

Day)  – 1954-cü  ildə BMT-nin  Baş  Assambleyası 

tərəfindən  (№836,  (IX) saylı  qətnamə) 1956-cı 

ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi 

tövsiyə olunan bayramdır.  

Baş  Assambleya  öz  qətnaməsində  qeyd 

edirdi ki, Ümumdünya  Uşaqlar Gününün ümumi 

bayram  kimi    qeyd    edilməsi    millətlər  arasında  

həmrəyliyin  və  əməkdaşlığın    bərkidilməsinə 

xidmət edəcək. BMT  tərəfindən  1959-cu ilin  20 

noyabrında "Uşaq Hüquqları Bəyannaməsi", 1989-

cu  ildə  isə  "Uşaq  Hüquqları  Konvensiyası"  qəbul 

etmişdir.  Uşaq  Hüquqları  Konvensiyası  (UHK) 

uşaqların  insan  hüquqlarını  təsdiq  edən  ilk  icbari  hüquqa  malik  beynəlxalq 

konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına 

üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK, 

demək olar ki, bütün dünyada qəbul edilib.  

1924-cü  ildə  ilk  dəfə  olaraq  uşaqların  hüquqlarını  təmin  edən  bəyannamə 

qəbul edilmişdir. Bu bəyannamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları 

ən yaxşı şeylərlə təmin etsin". Bu bəyannamənin qəbulu ilə bağlı ilk işlər Eglantyne 

Djebb tərəfindən  görülmüşdür.  Birinci  Dünya  müharibəsinin  dəhşətlərinin  şahidi 

olan Eglantyne  Djebb  müharibənin  dəhşətlərindən  sarsılaraq  uşaqların  xüsusi 

müdafiəyə  ehtiyac  duyduqlarını  anlayıb.  O,  bacısı Doroti  Bakstonun köməyi 

ilə 1919-cu ildə uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək 

üçün Londonda “Uşaqlara Yardım Fondu”nun əsasını qoyub.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə