F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə122/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   118   119   120   121   122   123   124   125   ...   146

366 

 

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü, (1995) 



       “Bizim  konstitusiyamız  xalqın  konstitusiyasıdır.  Hər  bir  vətəndaşın 

konstitusiyasıdır. 

Məqsədimiz 

xalqımızın  mənəviyyatını 

qorumaq 

və 

zənginləşdirməkdir”. 

                                                         



Ümummilli lider Heydər Əliyev 

Hazırkı  Konstitusiya  12  noyabr  1995-ci  ildə 

ümumxalq  referendumu  əsasında  qəbul  edilmişdir.  Bu, 

Azərbaycan 

Respublikasının 

müstəqilliyi 

bərpa 

edildikdən sonra  ilk Konstitusiyası  idi.



 

Konstitusiya  (lat. 

constitutio – "quruluş") – ölkənin əsas sənədi, dövlətin ali 

hüquqi qüvvəyə  malik  hüquqi-normativ aktıdır, dövlətin 

siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi 

statusunu müəyyən edir.

 

Azərbaycanın  dövlətinin  birinci 



Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan 

Sovetlər  Qurultayında  qəbul  edilib.  Azərbaycan  SSR 

Konstitusiyasının  1921-ci  il  SSRİ  Konstitusiyasına  uyğunlaşdırılmış  yeni 

redaksiyası  1925-ci  il  martın  14-də  IV  Ümumazərbaycan  Sovetlər  Qurultayında 

qəbul  edilib.  Azərbaycan  SSR-nin  1978-ci  il  aprelin  21-də  qəbul  edilmiş  son 

Konstitusiyası  SSRİ  Konstitusiyasına  uyğunlaşdırılmış  olsa  da  müəyyən 

özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən 

sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident 

Heydər  Əliyev  sədrliyi  ilə  Konstitusiya  komissiyası  fəaliyyətə  başladı  və  layihə 

1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq 

referendumu  ilə  Azərbaycanın  Respublikasının  ilk  Konstitusiyası  qəbul  olundu. 

Azərbaycanın  yeni  Konstitusiyası  5  bölmədən,  12  fəsildən  və  158  maddədən 

ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və 

dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 

6-da  Prezident  Heydər  Əliyevin  sərəncamı  ilə  12  noyabr  Azərbaycan 

Respublikasının Konstitusiya Günü elan edilmişdir.  

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 

 


367 

 

13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günü, (1745) 



 

13  noyabr  1745-ci  ildə  anadan 

olmuş görkəmli fransız pedaqoqu Valentin 

Hayuinin şərəfinə bir çox Avropa ölkələri 

13  noyabr  tarixini  Beynəlxalq  Korlar 

Günü  kimi  qeyd  etməklə,  mövcud 

ictimayyətin,  dövlət  qurumlarının  və 

vətəndaş  cəmiyyətinin  diqqətini  görmə 

qüsurlu  insanların  problemlərinə  və 

onların  inteqrasiya  məsələlərinə  cəlb 

etmişlər.  Birləşmiş  Millətlər  Təşkilatı  və 

Dünya  Səhiyyə  Təşkilatının  tövsiyəsi  ilə  13  noyabr  Ümumdünya  Gözdən  Əlillər 

Günü  kimi  qeyd  edilir.  Ümumdünya  Səhiyyə  Təşkilatının  statistik  göstəricilərinə 

əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Azərbaycanda da, beynəlxalq 

təcrübədə olduğu kimi, aidiyyatı dövlət orqanları tərəfindən gözdən əlil insanların 

sosial  müdafiəsinə,  onların  təhsil,  səhiyyə,  idman,  məşğulluq,  sosial  adaptasiya, 

istirahət və bu kimi problemlərinə daha çox diqqət yetirilir. 5 dekabr 2014-cü ildə 

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  Gənc  Ana  və  Uşaqların  

Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm 

Nazirliyi,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  bilavasitə  maliyyə  və 

texniki  dəstəyi  və  TİKA-nın  Bakı  Ofisinin  əməkdaşlığı  çərçivəsində  görmə 

qabilliyyəti  zəif  və  məhdud  uşaqlar  üçün  Dil  kursları  və  İnformasiya  Mərkəzi 

açılmışdır.  Son  illər  ölkəmizdə  xüsusi  qayğıya  ehtiyacı  olan  insanlara  dövlət 

tərəfindən  daha  çox  diqqət  artırılıb.  Ölkə  başçısının  imzaladığı  sərəncamlar  bu 

təbəqədən  olan  insanların  həyat  şəraitinin  yaxşılaşmasında  və  onların  cəmiyyətə 

inteqrasiyasında  əhəmiyyətli  rol  oynayır.  Həmçinin  bu  insanları  öz  sıralarında 

birləşdirən, onların problemlərini işıqlandırıb, həllinə çalışan ictimai təşkilatların da 

fəaliyyətləri üçün geniş imkan yaranıb.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 




368 

 

14 Noyabr – Ümumdünya Diabet Günü, (1991) 



 

Bəşəriyyətin  diqqətini  şəkərli  diabetlə  bağlı  

problemlərə  yönəltmək  məqsədi  ilə 1991-ci ildən 

Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST-ın)  və 

Beynəlxalq  Diabet  Federasiyasının  (BDF-nın) 

tövsiyələrinə  görə  bu  tarix  Ümumdünya  Diabet 

Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr 

BMT  günü  elan  edilərək  bütün  üzv  dövlətlərdə 

xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli 

diabet  ətrafında  hamının  birləşməsini  simvolizə  edir.  Hər  il  müxtəlif  şüar  altında 

keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Qeyd etmək 

lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş 

həddini  əhatə  etməsi,  əhali  arasında  geniş  yayılması,  ağır  fəsadların  meydana 

gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun 

həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal 

psixoloji  duruma  və  bütün  bunları  tənzimləyə  biləcək  hüquqi  bazaya  ehtiyac  var.

 

Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Güman 



olunur  ki,  50  %-i  öz  xəstəliyi  haqqında  məlumatsızdır.  Azərbaycanda  da  bu 

xəstəlikdən əziyyət çəkənlərin sayı 182 min nəfərdən çoxdur. Bu xəstəliyin yayılma 

tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion 

epidemiya kimi dəyərləndirir.

 

  

Azərbaycan  dövləti  bu  xəstəlikdən  əziyyət  çəkən  insanlara  xüsusi  diqqət 



ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü 

il 12 fevral tarixli Fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 iyun 

tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət 

proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 

noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə 

Tədbirlər  Proqramı”  təsdiq  edilmişdir.  Bu  proqram  çərçivəsində  respublikada  ilk 

dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər 

pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən 

problem  aradan  qaldırılmışdır.  Həmçinin  görülən  işlərin  nəticəsi  kimi  şəkərli 

diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir. 

  

İnternetdə: 



www.books.google.com

 

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə