F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


  Noyabr – Yazıçı, dramaturq İmran Qasımovun 100 illiyi, (1918-1981



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə130/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   126   127   128   129   130   131   132   133   ...   146

390 

 

25  Noyabr – Yazıçı, dramaturq İmran Qasımovun 100 illiyi, (1918-1981) 

İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı 

ailəsində doğulub. İmran 1934-cü ildə orta məktəbi bitirdikdən 

sonra  əvvəlcə  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 

fakültəsində,  sonra  Moskvada  kinossenaristlər  kursunda 

oxuyub.  Vətənə  döndükdən  sonra  Azərbaycan  SSR  Nazirlər 

Soveti  yanında  Kinematoqrafiya  Komitəsi  sədrinin  birinci 

müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 

1975-ci  ildən  ömrünün  sonuna  kimi  (1981)  Azərbaycan 

Yazıçılar  İttifaqının  birinci  katibi  vəzifələrində  çalışıb.  Xalq 

yazıçısı  fəxri  adına,  Azərbaycan  Dövlət  mükafatına  layiq 

görülüb,  “Şərəf  nişanı”  ordenləri  ilə  təltif  olunub.  İmran 

Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən 

biridir.  O,  nasir,  dramaturq  və  ssenarist  kimi  zəngin  ədəbi-bədii  irsə  malikdir. 

Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün 

ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. 

Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə 

birlikdə), “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini 

misal  göstərmək  olar.  Ədəbi  yaradıcılığında  müasirlərinin  mənəvi  zənginliyini, 

əxlaqi keyfiyyətini əks etdirib. İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun 

ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman 

əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət 

qazanıb.  Film  dünyanın  25  dilinə  tərcümə  olunub,  Asiya  və  Afrika  ölkələrinin 

festivallarında  birinci  yer  tutub,  Kanadada  mükafata  layiq  görülüb.  İmran 

Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə 

əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. 

“Onun böyük ürəyi”, “İnsan məskən salır” və s. filmləri bu gün də sevilərək baxılır. 

İmran  Qasımov  63  il  ömür  yaşayıb.  Bu  ömürdə  zəngin  yaradıcılığı  ilə 

ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 

20-də vəfat etmişdir. 

Kitabları: “Xəzərin şəfəqləri”, “Uzaq sahillərdə”, “İllər keçir” və s. 

Filmoqrafiya: Sovqat (film, 1942), Əbədi odlar ölkəsi (film, 1945), Bakıdan Göy-

gölədək  (film,  1947),  Xəzər  nefti  (film,  1948),  Qocaman  Xəzərin  gəncliyi  (film, 

1972), Zirvə buludu (film, 1972), Yaz harada, biz orada (film, 1984). 

Haqqında  çəkilən  filmlər:  Kamillik  (film,  1979),  Ömür  elə  qısadır  ki...  İmran 

Qasımov (film, 2016). 

 

İnternetdə: 

https://az.wikipedia.org

 

 



391 

 

Xarici yazıçılar  



9 Noyabr – Rus yazıçısı İvan Sergeyeviç Turgenevin 200 illiyi, (1818-1883) 

 

İvan Sergeyeviç Turqenev 1818-ci il noyabr ayının 9-da Rusiya imperiyasının 



Oryol  şəhərində  anadan  olmuşdur.  1827-ci  ildə  Sergey  Turgenev  ailəsi  ilə  birgə 

Moskvaya  köçmüş,  1833-cü  ildə  15  yaşlı  Turgenev  Moskva  Universitetinin 

filologiya fakültəsinə daxil olmuşdur. Bir il sonra onlar Peterburqa köçmüş və buna 

görə Turgenev təhsilini Peterburq Universitetində davam etdirməli olmuşdur. 1838-

ci  ildə  elmlər  namizədi  dərəcəsinə  yiyələnən  şair  Almaniyaya  köçmüş,  Berlində 

qədim  latın  və  yunan  dillərini  dərindən  öyrənmişdir.  1842-ci  ildə  vətəninə 

qayıtmaqla yazıçı, ədəbiyyat sahəsində fəaliyyətə başlamışdır. 1846-cı ildə “Bretter” 

və  “Üç  portret”  povestlərini,  daha  sonra  “Mumu”,  “Yakov  Pasınkov”,  “Sakitlik” 

kimi məşhur əsərlərini qələmə almışdır. O ən böyük romanlarının toplandığı “Nov” 

adlı kitabını 1860-cı ildə artıq Parisə köçdüyü zaman dərc etdirmişdir. Böyük rus 

yazıçısı İvan Sergeyeviç Turgenev Puşkin, Lermontov və Qoqoldan sonra XIX əsrin 

ikinci yarısında realist rus ədəbiyyatı və ictimai-siyasi fikir tarixində özünəməxsus, 

əzəmətli  yer  tutmuşdur.  Onun  mənsur  şeirləri,  hekayə  və  povestlərində  çar 

Rusiyasının əsas təzadı-kəndlilərlə mülkədar təsərrüfatının böhranının sərtliklə yox, 

dünyagörüşünün  liberal  təbiətinə  uyğun  bir  yumorla  göstərmişdir.  Turgenevin 

romanlarında harınlıq, avara həyata aludəçilik, rus dvoryanlarının çürüməkdə olan 

mənəviyyatını səciyyələndirən əsas əlamətlər kimi pislənilmiş və qarşıya XIX əsr 

rus  mühitinin  müsbət  qəhrəmanını  yaratmaq  probleminin  həlli  məsələsi 

qoyulmuşdur.  İvan  Sergeyeviç  Turgenev  1883-cü  il  sentyabr  ayının  3-də  Parisdə 

dünyasını dəyişmişdir.  

 

Kitabları: “Atalar və oğullar”, “Mumu”, “Ovçunun xatirələri”, “Seçilmiş əsərləri”  

İnternetdə: 

www.deyerler.org 

 

 

 

 



392 

 

İncəsənət 



17 Noyabr – Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə 

Əziz qızı Əliyevanın 85 illiyi, (1933-1991)   

   


 

 

 

 

 

 

 

 

 

Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-

ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq 

çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında 

çalışmışdır. 1966-cı  ildən  özünün  təşkil  etdiyi "Dan  ulduzu"  instrumental 

ansamblının  rəhbəri  idi.  Eyniadlı  muğamlar  əsasında  "Şüştər"  rapsodiyası, 

"Humayun"  süitası,  "Bayatı-kürd",  "Şur"  fantaziyalarının  müəllifidir.  Ansambl 

ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindista

n, Finlandiya və  s.  xarici  ölkələrdə  çıxış  etmişdir.  Azərbaycan  Mədəniyyət  və 

İncəsənət  Universitetində  pedaqoji  fəaliyyət  göstərmiş, 1966-1988 illərdə  musiqi 

nəzəriyyəsi  kafedrasının  müdiri  olmuşdur.  "Dan  ulduzu"  ansamblına  onun  adı 

verilmişdir.   1991-ci  ildə  həyat  yoldaşı,  kulturoloq Adil  Adilovu,  Moskva 

klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının 

istedadlı  violonçelisti  Minirə  ilə  birgə  balkona  çıxır  və  köhnə  balkon  uçması 

nəticəsində həlak olur. 

Filmoqrafiya:Nəğməkar torpaq (film, 1981), Dan ulduzu, tale ulduzu (film, 2001) 

İnternetdə: 

https://az.wikipedia.org

 

 

 



 

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə