F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Noyabr – Ədəbiyyatşünas Firidun Hüseynovun 85 illiyi, (1933-1986)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə129/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   125   126   127   128   129   130   131   132   ...   146

387 

 

15 Noyabr – Ədəbiyyatşünas Firidun Hüseynovun 85 illiyi, (1933-1986) 

 

 

 



 

 

 



 

 

 



 

Hüseynov  Firidun  Cəlal  oğlu  1933-cü  ildə  anadan  olmuşdur.  O,  Naxçıvan 

Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya 

fakültəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında 

professor, filologiya fakültəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi 

məktəbi  F.Hüseynovun  araşdırmalarının  əsas  obyektidir.  Firidun  Hüseynov  "Əli 

Nəzminin  həyatı  və  yaradıcılığı"mövzusunda  namizədlik  (1964)  "Cəlil 

Məmmədquluzadə  nəsrində  əsas  problemlər"(1978)  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi"(1970), "Adi əhvalatlarda 

böyük  həqiqətlər"(1977),  "Satirik  gülüşün  qüdrəti"(1982),  "Molla  Nəsrəddin"  və 

mollanəsrəddinçilər"(1986)  monoqrafiyalarının  və  məqalə  toplularının,  "Molla 

Nəsrəddin  jurnalı",  "İdeya-bədii  körpü",  "C.Məmmədquluzadənin  bədii  nəsrində 

ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", 

"İntibah carçısı" və s. məqalələrin müəllifidir. Mollanəsrəddinçi şair Əli Nəzminin 

"Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Mollanəsrəddinçilərin əsas yer tutduğu 

"XX  əsr  Azərbaycan  ədəbiyyatı"  dərsliyinin  (professor  Mir  Cəlala  birlikdə) 

müəllifidir. 

Kitabları:  “XX  əsr  Azərbaycan  ədəbiyyatı”  (1969),  “Əli  Nəzmi”  (1970),    “Adi 

əhvalatlarda böyük həqiqətlər” (1977), “Satirik gülüşün qüdrəti” (1982) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 


388 

 

22 Noyabr – Yazıçı, dramaturq Firidun Ağayevin 85 illiyi, (1933-1995) 

     Firidun  Ağayev  1933-cü  il  noyabrın  22-də  Lənkəran 

şəhərində  fəhlə  ailəsində  doğulmuşdur.  Burada  orta  məktəbi 

bitirdikdən  sonra  ADU-nun  fılologiya  fakültəsində  təhsil 

almışdır  (1953-1958).  Əmək  fəaliyyətinə  Azərbaycan 

Televiziya  və  Radio  Verilişləri  Komitəsində  redaktor  kimi 

başlamış  (1958),  sonra  radio  uşaq  verilişləri  redaksiyasında 

baş  redaktor  (1960-1963),  televiziya  uşaq  verilişləri 

redaksiyasında  baş  redaktorun  müavini  (1963-1966),  bədii 

verilişlər redaksiyasında baş redaktorun müavini (1966-1968), 

uşaq  və  gənclər  verilişləri  redaksiyasında  baş  redaktor  (1968),  səhnə  verilişləri 

redaksiyasının  redaktoru  (1968-1969),  "İncəsənət"  redaksiyasının  baş  redaktoru 

(1969-1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970-1971), baş 

redaktoru (1971-1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973-1976), 

əyləncəli  proqram  redaksiyasının  böyük  redaktoru  (1976),  "Gənclik"  redaksiya 

proqramını  hazırlayan  qrupun  redaktoru  (1976-1978)  olmuşdur.  Ədəbiyyat 

verilişləri  redaksiyasında  şöbə  müdiri  (1978-1991),  kinoverilişləri  baş 

redaksiyasının  böyük  redaktoru  (1991-1995)  vəzifələrində  çalışmışdır.  Ədəbi 

yaradıcılığa  1953-cü  ildə  universitetin  "Lenin  tərbiyəsi  uğrunda"  qəzetində  çıxan 

oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə 

"Azərbaycan  gəncləri"  qəzetində  dərc  edilmişdir.  Bundan  sonra  oçerk,  hekayə, 

roman,  pyes  və  ssenari  sahəsində  fəaliyyət  göstərmişdir.  Onun  "Skripkanın 

qayıtması",  "Həyat,  söylə  sən  kiminsən?",  "Leyla  və  onun  dostları"  ssenarilərinə 

telefilm  çəkilmiş,  "Qayğı",  "Səməndər  quşu",  "Cırtdanın  sərgüzəştləri",  "Xoruz" 

pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970). Firidun Ağayev 

1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir. 

 Kitabları:  “Qayıq  dənizə  çıxır”  (1961),  “Qardaşlar”,  “Səni  düşünürəm”  (1970), 

“İldırım  dənizə  çaxır”  (1975),  “Mən  uşaq  olmamışam”  (1985),  “Skripkanın 

sərgüzəşti” (1988) və s.  



Filmoqrafiya: Quzu (film, 1967), Leyla və onun dostları (film, 1971), Həyat, sən 

kiminsən?  (film,  1972),  Skripkanın sərgüzəşti (film,  1972),  Ülviyyənin  mahnıları 

(film, 1973),

 İşarəni dənizdən gözləyin (film, 1986). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 



389 

 

23 Noyabr – Yazıçı Əmrah Əmrahovun 95 illiyi, (1923-1988) 

Əmrah  Əmrahov  1923-cü  ildə  Bakının  Kürdəxanı 

kəndində  anadan  olub.  Kürdəxanı  kənd  məktəbinin  1-ci 

sinfində  bir  neçə  ay  oxuduqdan  sonra  göz  həkimləri  ona 

oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 

1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi 

bitirərək  Azərbaycan  Dövlət  Universitetinin  hazırlıq 

şöbəsinə  daxil  olub.  1945-ci  ildə  ADU-nin  filologiya 

fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda 

"Azərbaycan  pioneri"  qəzeti  redaksiyasında  xüsusi  müxbir 

işləyib.  1950-ci  ildə  universiteti  müvəffəqiyyətlə  bitirib  və  həyatını  həmişəlik 

"Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-

il  bu  qəzetdə  çalışıb.  Əbədi  işçi,  şöbə  müdiri,  məsul  katib,  nəhayət,  qəzetin 

redaktoru.  Onun  sayəsində  "Azərbaycan  pioneri"  o  dövrdə  nəinki  məktəblilərin, 

hətta böyüklərin də ən sevimli qəzetinə çevrilib. Əmrah Əmrahov əbədi fəaliyyətə 

şeirlə başlayıb. İlk şeirləri 1938-ci ildə "Azərbaycan pioneri", "Abşeron kolxozçusu" 

qəzetlərində çap olunub. Sonra oçerk və hekayələri dövri mətbuatda dərc olunub. 

Bədii tərcümə ilə də məşğul olub. "Ürək Vətən üçün döyünəndə", "Əbədi şöhrət", 

"Zastavaya  gedən  yol",  "Sənin  həyatının  qanunu",  "Ulduzlar  gecə  parlar", 

"Ölməzlər",  "Dağ  bənövşəsi",  "Gizli  aləmlər",  "Lalələr  apreldə  açır",  "Tapılmış 

kitab",  "Yaxşıların  dünyası"  kimi  əsərlərində  yazıçı-jurnalist  illərlə  ürəyində 

gəzdirdiyi,  beynində  yaşatdığı  düşüncələri,  vətənpərvərlik  duyğularını  oxucuya 

çatdırmağa  çalışıb.  Ə.  Əmrahov  Azərbaycan  LKGİ-nin  bütün  qurultaylarında 

komsomolun Mərkəzi komitəsinin üzvü seçilib. 1960-cı ildən ömrünün sonuna kimi 

respublika pioneri Mərkəzi Şurasının üzvü olub. Yazıçı Azərbaycan SSR Ali Soveti 

Rəyasət  Heyətinin  Fəxri  Fərmanı  ilə  təltif  olunub.  Əmrah  Əmrahov  1988-ci  il 

noyabrın 18-də Bakıda vəfat edib. 



Kitabları: “Ürək vətən üçün döyünəndə” (1958), “Əbədi şöhrət” (1961), “Ulduzlar 

gecə  parlar”  (1966),  “Tapılmış  kitab”  (1967),  “Dağ  bənövşəsi”  (1968),  “Nailənin 

sevinci” (1978), “Yaxşıların dünyası” (1984), “Gizli aləmlər” (1986) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə