F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Noyabr – Azərbaycan Fotoqraflar Birliyi (AFB) yaradılmışdır, (1998)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə125/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   121   122   123   124   125   126   127   128   ...   146

374 

 

20 Noyabr – Azərbaycan Fotoqraflar Birliyi (AFB) yaradılmışdır, (1998) 

 

Azərbaycan  Fotoqraflar  Birliyi  həvəskar  və 



professional  fotoqrafları  bir  araya  gətirən,  Azərbaycan 

Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə 

edilən  nailiyyətlərin  qorunub  saxlanması  və  ölkə 

daxilində və xaricdə təbliğindən ibarətdir. 

Azərbaycan  Fotoqraflar  Birliyi  (AFB)  ictimai, 

yaradıcılıq,  qeyri-kommersiya  təşkilatı  olub  açıq  cəmiyyət,  könüllülük  və 

özünüidarə  prinsiplərinə  əsaslanır.  Birlik  AR-nin  konstitusiyasına  və  təşkilatın 

Nizamnaməsinə  uyğun  fəaliyyət  göstərir.  AFB  1998-ci  il  noyabrın  20-də 

Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyində  1073  nömrəli  şəhadətnamə  ilə 

qeydə  alınmışdır.  1990-cı  ilin  əvvəlində  SSRİ-nin  dağıldığı  vaxt  işlək  strukturlar 

fəaliyyətdən  düşdü  və  tamamilə  aydın  bir  zərurət  yarandı  ki,  təcrübəli,  həvəskar, 

peşəkar,  bir  sözlə,  fotoqrafiyanı  sevən  hər  kəsi  birləşdirmək  iqtidarında  olan  bir 

təşkilat  qurmaq  lazımdır.  O  zamanlar  təşkilatlanmaqda  Fransanın  Nant  şəhərində 

"Azərbaycan  fotoqrafları"  sərgisinin  nümayişi  bizim  üçün  ciddi  və  səfərbəredici 

amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri 

göstərildi.  Nümayişin  uğuru  gözlənildiyindən  də  artıq  oldu,  fotoqraflarımız 

yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə 

münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-

müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu 

yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq 

işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı. 

AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə 

və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu 

qorumaqdır.  AFB  foto  sənətimizin  təbliği  və  inkişafı  məqsədilə  sərgilər, 

müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan 

və  xarici  fotoqrafların  iştirakı  ilə  konfranslar,  simpoziumlar  təşkil  edir,  həmçinin 

həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir. 

Bu gün AFB inkişafının yeni mərhələsinə qədəm qoyur. Həm təşkilati, həm 

də birliyin simasını formalaşdırmaq baxımından hələ çox işlər görülməlidir. Bütün 

maraqlı tərəflərdə münasibətlər qurulmalı, birlik üzvlərinin yaradıcılıq fəaliyyətləri 

üçün maddi zəmin və şərait yaradılmalıdır. 

AFB-nin yaranmasından 10 il keçir. Yaradıcılıq birliyinin üzvləri bu zaman 

kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər. Sərgilərdən 30-

u  xaricdə  baş  tutmuşdur  (AFB,  Böyük  Britaniya,  Fransa,  Türkiyə,  Almaniya, 

Belçika,  Ukrayna,  Yunanıstan,  Rusiya,  Monqolustan,  Özbəkistan,  Qazaxıstan, 

Gürcüstan və s.). AFB-nin idarə heyətinin sədri Mirnaib Həsənoğludur. 



İnternetdə: 

www.books.google.com

 



375 

 

21 Noyabr – Ümumdünya Televiziya Günü, (1999) 

1999-cu  ilin  mart  ayında  Birləşmiş  

Millətlər    Təşkilatının  qəbul  etdiyi  qərara 

əsasən  21  noyabr  Dünya Televiziya Günü 

kimi qeyd olunur. İstər dünyada, istərsə də 

ölkəmizdə aparılan araşdırmalar göstərir ki,  

uşaqların  şəxsiyyətinin  formalaşmasında, 

qazanılan  uğurlarda  televiziyanın  rolu 

böyükdür. Bəli, televiziya xəbər, əyləncə və  

düşüncələri    ifadə  etmək  üçün  ən  gözəl 

vasitədir.   



İnternetdə: 

www.books.google.com 

 

21 Noyabr – Ümumdünya Salamlaşma Günü, (1973) 

 

Ümumdünya  Salamlaşma  Günü  (World  Hello  Day)  hər  il  noyabrın  21-də 



keçirilir. Onun əsas məqsədi  sülhün qorunması üçün şəxsi ünsiyyətin vacibliyini 

geniş  ictimaiyyətin  diqqətinə  çatdırmaqdır.  Çünki  yalnız  xeyirxah  ünsiyyət 

vasitəsilə  və  güc  tətbiq  etmədən  bütün  münaqişələri  həll  etmək  olar.  Salamlaşma 

bayramını  1973-cü  ildə,  soyuq  müharibənin  ən  qızğın  dövründə,  Misir  və  İsrail 

arasındakı  münaqişəyə  cavab  olaraq  iki  amerikalı  qardaş  –  Maykl  və  Brayen 

Makkomak  düşünmüşlər.  Salamlaşma  günü  beynəlxalq  gərginliyin  güclənməsinə 

etiraz  kimi  çox  zəruri  aksiyadır.  “Sadə,  lakin  təsirli  addım  atmaq  lazımdır”  deyə 

düşünən qardaşlar dünyanın hər  yerinə səmimi,  mehriban  salamlaşma  məktubları 

göndərmişlər. Onlar dünyada sülhün qorunması və gərginliyin azaldılması üçün öz 

ideyalarını  heç  kimə  məcburi  qəbul  etdirmirdilər.  Makkomak  qardaşları  məktub 

ünvanladıqları şəxsdən, sadəcə, daha kimlərisə, heç olmasa on nəfəri salamlamağı 

xahiş  edirdilər.  Bu  ideya  180-dən  çox  ölkədə  dəstəklənmişdir.  Həmin  vaxtdan 

Ümumdünya Salamlaşma Gününü  həm  müxtəlif  yaşlı insanlar, həm də ayrı-ayrı  

peşə sahibləri, siyasi liderlər, sənaye maqnatları, məşhur kino və televiziya ulduzları 

qeyd  edirlər.  Müxtəlif  xalqların  müxtəlif  salamlaşma  ənənələri  fərqli  olsa  da, 

xüsusən  beynəlxalq  görüşlərdə  millətlərarası  etiket  mahiyyətcə  eynidir:  görüş 

zamanı  ənənəvi  olaraq  insanlar  bir-birinə  xeyir  və  sağlamlıq,  rifah  və  uğur  arzu 

edirlər.  



İnternetdə: 

www.books.google.com

 



376 

 

22 Noyabr – Ədliyyə İşçiləri Günü, (2000) 



     22  noyabr  1918-ci  ildə  Azərbaycan  Demokratik 

Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsis 

edilib. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci 

il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin 

peşə  bayramı  günü  kimi  təsis  edilib.  Ədliyyə 

orqanları  və  məhkəmələrin  fəaliyyəti  ilə  bağlı  bir 

sıra  qərarlar  qəbul  edilmiş,  o  cümlədən  1918-ci  il 

noyabr  ayının  14-də  Azərbaycan  Məhkəmə 

Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq 

edilmişdi.  Hökumətin  1919-cu  il  11  avqust  tarixli  qərarı  ilə  əvvəllər  Daxili  İşlər 

Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi. 

ADR-in  süqutundan  sonra  Ədliyyə  Nazirliyi  ləğv  edilmiş,  Xalq  Ədliyyə 

Komissarlığı  yaradılmışdı.  Hazırda  ədliyyə  sahəsində  dövlət  siyasətini  və 

idarəetməni  həyata  keçirən  Ədliyyə  Nazirliyi  normativ  hüquqi  aktların  hüquqi 

ekspertizasını,  uçotunu  və  dövlət  qeydiyyatını  aparır;  qanunvericiliyin 

təkmilləşdirilməsində  iştirak  edir,  o  cümlədən  qanun  layihələri  hazırlayır  və 

normativ  sənədlərin  layihələri  üzrə  rəylər  verir,  hüquqi  maarifləndirmə  işi  aparır; 

hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini 

aparır;  notariat  fəaliyyətinə  rəhbərlik  edir;  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 

qeydiyyatını  həyata  keçirir;  dövlətlərarası  övladlığa  götürmə  məsələlərini  və 

sənədlərin leqallaşdırılmasını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin 

olunmasını  təşkil  edir;  məhkəmələrin  fəaliyyətinin  təşkilati  təminatını,  məhkəmə 

statistikasının  aparılmasını  təmin  edir;  qeyri-kommersiya  hüquqi  şəxslərə 

münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını həyata 

keçirir.  Bunlarla  yanaşı,  Azərbaycanda  aparılan  bütün  növ  məhkəmə  (qeyri-tibb) 

ekspertizaları  Ədliyyə  Nazirliyinin  nəzdində  fəaliyyət  göstərən  elmi-tədqiqat 

mərkəzi  olan  İnstitut  tərəfindən  həyata  keçirilir.  Azərbaycanda  müşahidə  olunan 

inkişaf  meyilləri  ədliyyə  orqanlarının  fəaliyyətində  də  öz  əksini  tapmışdır. 

Dövlətimizin  başçısının  rəhbərliyi  ilə  həyata  keçirilən  dinamik  inkişaf, 

genişmiqyaslı  quruculuq  işləri,  xarici  siyasətdə  əldə  olunan  uğurlar  Azərbaycanı 

regionda lider dövlətə çevirmişdir. Hazırda ədliyyə sahəsində dövlət siyasətini və 

idarəetməni  həyata  keçirən  Ədliyyə  Nazirliyi  normativ  hüquqi  aktların  hüquqi 

ekspertizasını,  uçotunu  və  qeydiyyatını  aparır.  Bununla  yanaşı,  qanunvericiliyin 

təkmilləşdirilməsində  iştirak  edir,  o  cümlədən  qanun  layihələri  hazırlayır  və 

normativ  sənədlərə  dair  rəylər  verir,  hüquqi  maarifləndirmə  işi  aparır.

 

Ədliyyə 



Nazirliyinin  genişmiqyaslı  işi  sayəsində  ədliyyə  strukturlarının,  məhkəmələrin  və 

istintaq  sahələrinin  bərpası  təmin  olunmuş,  gərgin  fəaliyyət  nəticəsində  məhkəmə 

aparatları  tədricən  bərpa  edilmiş,  binalar  qaydaya  salınmış,  hüquq  ədəbiyyatı 

kitabxanası yaradılmışdır.                                       



İnternetdə: 

www.books.google.com

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə