F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Noyabr – YUNESKO-nun Yaranması Günü, (1946)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə123/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   119   120   121   122   123   124   125   126   ...   146

369 

 

16 Noyabr – YUNESKO-nun Yaranması Günü, (1946) 

16  noyabr  BMT-nin  humanitar  sahə  üzrə 

ixtisaslaşmış  təşkilatı  olan  YUNESKO-nun  təsis 

edildiyi gündür. Bu qurumun yaranması haqqında 

Nizamnamə  1945-ci  il  noyabrın  16-da  Londonda 

imzalanmış, bir il sonra 1946-cı il noyabrın 4-də 

isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə 

başlamışdır.  Hazırda  195  dövlət  YUNESKO-nun 

üzvüdür.  YUNESKO-Azərbaycan  əlaqələrinin 

inkişafında  ən  mühüm  addım  ümummilli  lider  Heydər  Əliyevin  1993-cü  ilin 

dekabrında  Fransaya  ilk  rəsmi  səfəri  zamanı  qurumun  Parisdə  yerləşən  mənzil-

qərargahında  baş  direktor  Federiko  Mayorla  görüşü  zamanı  atılmışdır.  Ulu  öndər 

Heydər  Əliyevin  21  fevral  1994-cü  il  tarixli  Sərəncamı  ilə  Azərbaycan 

Respublikasının  YUNESKO  üzrə  Milli  Komissiyası  yaradılmışdır.  2005-ci  il 

sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər 

haqqında  Sərəncam  imzalamışdır.  Azərbaycanla  YUNESKO  arasında  hazırda  sıx 

əlaqələr  mövcuddur.  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun 

prezidenti  Mehriban  Əliyevanın  Azərbaycan-YUNESKO  münasibətlərinin 

inkişafında  və  möhkəmlənməsində  məxsusi  xidmətləri  vardır.  Mehriban  xanım 

Əliyevanın  ciddi  səyləri  nəticəsində  Azərbaycan  muğamı  YUNESKO  tərəfindən 

bəşəriyyətin  qeyri-maddi  irsinin  şah  əsəri  elan  edilmiş,  Qobustan  Dövlət  Tarixi 

Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKO-

nun  təhlükədə  olan  ümumdünya  irs  siyahısından  çıxarılmışdır.  Aşıq  sənəti  və 

Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer 

almışdır.  Təsadüfi  deyil  ki,  2004-cü  ilin  sentyabrında  Mehriban  xanım  Əliyeva 

ənənəvi  musiqinin,  ədəbiyyat  və  poeziyanın  inkişafına  verdiyi  töhfələrə,  musiqi 

təhsili  və  dünya  mədəniyyətlərinin  mübadiləsi  sahəsindəki  xidmətlərinə  və 

YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına 

layiq görülmüşdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi 

klassik  musiqisini  dünya  miqyasında  tanıtmaq  məqsədilə  Bakıda  Beynəlxalq 

Muğam  Mərkəzi  tikilərək  istifadəyə  verilmişdir.  2009-cu  ilin  martında 

Azərbaycanda  I  Beynəlxalq  Muğam  Festivalı  keçirilmişdir.  YUNESKO-nun  baş 

direktoru  Koişiro  Matsura  bu  münasibətlə  ölkəmizə  səfər  etmişdir.  Dünyada 

savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 

2008-ci  ilin  mayında  baş  tutan  “Avropada  subregional  çərçivədə  savadlılıq 

problemlərinə  baxış: tərəfdaşlıq  əlaqələrinin  qurulması  və  innovativ  yanaşmaların 

tədbiqinə dəstək” və digər tədbirlər bu mərama xidmət edir. Azərbaycanın görkəmli 

şəxsiyyətlərinin  və  əlamətdar  hadisələrin  yubileylərinin  YUNESKO  çərçivəsində 

qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla 

bilər. 

İnternetdə: 

www.books.google.com

 



370 

 

16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü, (1995) 

 

      “Azərbaycan  Qafqazın  işıq  saçan  mayakıdır,  tolerant  ölkədir  və  onun  nuru 

dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir”. 

                                                            İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

        Beynəlxalq  Tolerantlıq  günü  1995-ci  ildə 



YUNESKO-nun  50  illiyi  münasibətilə  təsis  edilib. 

Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu 

kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş 

etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. 

Azərbaycan  indi  bütün  dünyada  həm  də  tolerantlıq 

örnəyi  kimi  tanınır.  Ulu  öndər  Heydər  Əliyevin 

ölkəmizdə 

tolerantlığın 

qorunub 

saxlanılması 

istiqamətində  həyata  keçirdiyi  tədbirlər  Azərbaycanı 

müxtəlif  milli  və  mədəni  dəyərlərin  qovuşma 

müstəvisinə  çevirib.  Azərbaycan  indi  dünyanın  nadir  ölkələrindəndir  ki,  burada 

bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. 

Ölkəmizdə  dini  və  milli  dözümlülük,  tolerantlıq  yüksək  səviyyədədir.  Prezident 

İlham  Əliyevin  dindarlarla  keçirdiyi  görüşlər,  Ramazan  bayramlarında  ənənəvi 

olaraq  din  xadimləri  ilə  iftar  süfrələrində  birgə  iştirakı  və  bu  mərasimlərə 

Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə 

tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Dövlətin gücünü  əhalinin 

çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə 

yaşayışında  görən  Azərbaycan  prezidenti  bütün  dünyaya  göstərir  ki,  tolerantlıq 

Azərbaycan xalqının ruhundadır. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf 

etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və 

dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib 

hissəsidir. Tolerantlıq insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir 

və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət 

kəsb edir. Bu bir məziyyət, mənəvi keyfiyyətdir, lakin, hər şeydən əvvəl, tolerantlıq 

bir əməldir – başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, 

dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir. Bəli, tolerantlıq insanlar arasında 

körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə cavab 

verir. Tolerantlıq Birləşmiş Millətlər Təşkilatının məğzini təşkil edir. Tolerantlıq öz-

özünə meydana gəlmir. O, öyrədilməli, yetişdirilməli və başqalarına ötürülməlidir. 

Vahid bəşəriyyət insan müxtəlifliyinin möhtəşəm zənginliklərinə qarşılıqlı hörmət 

əsasında birlikdə yaşamaq və birgə işləmək deməkdir. 



İnternetdə: 

www.books.google.com 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə