F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə120/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   116   117   118   119   120   121   122   123   ...   146

360 

 

Noyabr 



Əlamətdar tarixi günlər və bayramlar 

6 Noyabr – Televiziya və Radio Günü, (1926) 

8 Noyabr – Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü, (1932) 

9 Noyabr – Dövlət Bayrağı Günü, (2009) 

10 Noyabr – Ümumdünya Gənclər Günü, (1945) 

12 Noyabr – Konstitusiya Günü, (1995) 

13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günü, (1745)  

14 Noyabr – Ümumdünya Diabet Günü, (1991) 

16 Noyabr – YUNESKO-nun Yaranması Günü, (1946) 

16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü, (1995) 

17 Noyabr – Milli Dirçəliş Günü, (1988) 

19 Noyabr – Ümumdünya Fəlsəfə Günü, (2002)  

20 Noyabr – Ümumdünya Uşaqlar Günü, (1956) 

20 Noyabr – Azərbaycan Fotoqraflar Birliyinin (AFB) Yaradılması Günü, (1998) 

21 Noyabr – Ümumdünya  Televiziya Günü, (1999) 

21 Noyabr – Ümumdünya Salamlaşma Günü, (1973) 

22 Noyabr – Ədliyyə İşçiləri Günü, (2000) 

24 Noyabr – Morj Günü, (2008) 

26 Noyabr – Azərbaycan Kəlağayısı Günü, (2014) 

26 Noyabr – Ümumdünya İnformasiya Günü, (1994) 

30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi  Günü, (1988) 

30 Noyabr – Ümumdünya Ev Heyvanları Günü, (1931) 



Bu tarixi unutmayaq 

20 Noyabr – Qarakənd faciəsi, (1991) 



Yubilyar yazıçı və şairlər 

Şair, publisist Muxtar Əhmədin 70 illiyi, (01.11.1948) 

Alim, şair və jurnalist Əmin Əhmədovun 120 illiyi, (02.11.1898-1937) 

Ədəbiyyatşünas, professor Malik Mahmudovun 80 illiyi, (05.11.1938-1991) 

Şair, yazıçı Maqsud Şeyxzadənin 110 illiyi, (07.11.1908-1967) 

Ədəbiyyatşünas, tənqidçi Firidun Hüseynovun 85 illiyi, (15.11.1933-1986) 

Yazıçı, dramaturq Firidun Ağayevin 85 illiyi, (22.11.1933-16.10.1995) 

Yazıçı Əmrah Əmrahovun 95 illiyi, (23.11.1923-1988) 

Yazıçı, dramaturq İmran Qasımovun 100 illiyi, (25.11.1918-1981) 

 

 




361 

 

Xarici yazıçılar 

Rus yazıçısı İ.S.Turgenevin 200 illiyi, (09.11.1818-1883) 

İncəsənət 

Xalq artisti, aktyor Həsən Məmmədovun 80 illiyi, (20.11.1938-2003) 

Xalq artisti, kinorejissor Rasim Ocaqovun 85 illiyi, (22.11.1933-2006) 

Xalq rəssamı Tahir Salahovun 90 illiyi, (29.11.1928) 



Milli Qəhrəmanlar Zirvəsi 

Azərbaycanın  Milli  Qəhrəmanı  Şahbazov  Yavər  Əlibala  oğlunun  45  illiyi 

(01.11.1973-13.03.1995) 

Azərbaycanın  Milli  Qəhrəmanı  Murtuzəliyev  Sergey  Murtuzəli  oğlunun  55  illiyi, 

(17.11.1963-30.08.1993) 

Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Şahlar İsa oğlunun 50 illiyi,  

(26. 11.1968-10.04.1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



362 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

6 Noyabr – Televiziya və Radio Günü, (1926) 

     “Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini beynəlxalq arenaya 

çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur”.  

                                                                                                 Ümummilli lider Heydər Əliyev 

 

        Azərbaycanda hər il 6 noyabr – Radio və 

Televiziya İşçilərinin peşə bayramı günü kimi 

qeyd  olunur.  1926-cı  il  noyabrın  6-da 

Azərbaycan  radiosu  fəaliyyətə  başlayıb  və  o 

gündən sözügedən tarix radio işçilərinin peşə 

bayramı günü kimi qeyd olunur. Azərbaycan 

Televiziyası  yaranandan  sonra bu tarix  təkcə 

radionun deyil, həm də teleradionun yaranma 

günü  kimi  qeyd  olunmağa  başlayıb.  Bakı 

Televiziya  Studiyası  ilk  dəfə  1956-cı  ilin  14 

fevralında  efirə  çıxıb.  İlk  veriliş  günü  ekranda  mərhum  sənətkarımız  Nəcibə 

Məlikova  görünüb  və  çıxışına  “Göstərir  Bakı”  kəlməsilə  başlayıb.  Həmin  gün 

ekranda “Bəxtiyar” bədii filmi göstərilib. 60 il əvvəl Zaqafqaziya ölkələri arasında 

ilk  dəfə  Bakıda  ağ-qara  rəngdə  göstərən  televiziya  fəaliyyətə  başlayıb.  1956-cı  il 

fevralın 14-də Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar 

Cəmiyyəti,  yəni  AzTV  yayıma  başlayıb.  Yenicə  yayıma  başlayan  televiziya  ilk 

vaxtlar yalnız Bakı və Sumqayıtda göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi 

genişlənib,  Salyan,  Quba,  Kürdəmir  və  başqa  rayonlarda  da  TV-ni  seyr  etmək 

mümkün  olub.  Bütün  rayonlara  yayımın  gecikməsi  isə  həmin  vaxt  teleqüllənin 

istifadəyə  verilməməsi  ilə  bağlı  idi. Sonralar  istifadəyə  verilən teleqüllə  cəmiyyət 

üçün yenilik oldu və Azərbaycanda televiziyanın simvoluna çevrildi. Hündürlüyü 

180 metr olan teleqüllə artıq yoxdur. Yeni televiziya qülləsi inşa edildikdən sonra 

köhnəsi hissə-hissə söküldü. Dövlət televiziyası Azərbaycan teleməkanına texniki 

uğurlarla yanaşı, yaradıcılıq və telejurnalistikanın inkişafı baxımından da yeniliklər 

gətirib.  Sovet  dövründə  dövlət  televiziyası  Azərbaycan  dilinin  təbiliğində  əvəzsiz 

rol oynayıb. Azərbaycanın ilk elektron mətbu orqanı müstəqillik illərində də ciddi 

işlər görüb.  

 

İnternetdə: 

www.books.google.com 

 

 



363 

 

8 Noyabr – Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü, (1932)  

 

    Noyabrın  8-i  Bakı  Metropoliteni  İşçilərinin 



Peşə  Bayramı  Günü  kimi  qeyd  olunur.  Hələ  

1932-ci    ildə    Bakı  şəhərinin  inkişafının  Baş 

planının ilkin variantlarında  yerüstü  nəqliyyatın  

işini  yüngülləşdirmək  və  şəhərin  darısqal 

küçələrini    tramvay,  trolleybus  və  avtobus  

nəqliyyatından    təmizləmək  üçün  ən  sürətli  və 

rahat  nəqliyyat  növünün  –  metropolitenin 

tikintisi qərara alınmışdı. Lakin bir qədər sonra 

başlanan  1941-1945-ci  illər  müharibəsi  həmin 

niyyətin həyata keçməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 

il  sonra  hökumət  layihə-axtarış  işlərinin  aparılmasının  başlanması  barədə  qərar 

qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə 

isə  birinci  xəttin  texniki  layihəsi  təsdiq  olunur  və  metropolitenin  12,1  kilometrlik 

xəttinin  inşasına  başlanır.  Baş  yolun  xətləri  dəniz  sahilindən  500-700  metr  aralı 

keçərək buxtaya paralel surətdə uzanıb gedirdi. 1953-cü ildə tikinti işləri müvəqqəti 

dayandırılır  və  yalnız  1960-cı  ildə  bərpa  olunur.  Bu  da  Bakı  Metropoliteninin 

istismara  verilməsini  xeyli  gecikdirir.  1966-cı  ildə  Bakı  Metropoliteni  İdarəsi 

yaradılır.  1967-ci  il  noyabrın  6-da  Bakı  şəhərində  metropolitenin  5  stansiyası 

fəaliyyət  göstərirdi.  1967-ci  il  noyabrın  25-dən  metropolitenin  daimi  istismarı  və 

qatarların müntəzəm hərəkəti başlanır. Hazırda Bakı Metropoliteninin 23 stansiyası 

var – “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, 

“Koroğlu”, “Ulduz”, “Bakmil”, “N.Nərimanov”, “Gənclik”, “C.Cabbarlı”, “Xətai”, 

“28  may”,  “Nizami”,  “Emlər Akademiyası”,  “İnşaatçılar”,  “20 Yanvar”, “Memar 

Əcəmi”,  “Sahil”,  “İçərişəhər”,  “Nəsimi”,  “Azadlıq  prospekti”  və  “Dərnəgül”.  Bu 

stansityalardan  14-ü  ulu  öndər  Heydər  Əliyevin  Bakı  metrosuna  böyük  diqqət  və 

qayğısı  sayəsində  tikilərək  istifadəyə  verilmişdir.  Ulu  öndərin  daxili  və  xarici 

siyasətini  uğurla  davam  etdirən  Prezident  İlham  Əliyev  də  Metropolitenə  daim 

diqqət  və  qayğı  ilə  yanaşır.  Məhz  dövlətimizin  başçısının  beş  il  öncə  imzaladığı 

sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü kimi 

təsdiq olunmuşdur.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə