F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə119/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   115   116   117   118   119   120   121   122   ...   146

357 

 

30  Oktyabr  –  Akademik,  sənətşünas  alim,  rəssam  Əfəndiyev  Rasim  Səməd 



oğlunun 90 illiyi, (1928-2010) 

     Rasim Əfəndiyev 1928-ci il oktyabr ayının 30-da Qazaxda 

anadan  olmuşdur.  O,  1944-1950-ci  illərdə  Əzim  Əzimzadə 

adına  Azərbaycan  Dövlət  Rəssamlıq  məktəbində  oxumuş, 

1950-1955-ci  illərdə  isə  Repin  adına  Leninqrad  Dövlət 

Rəssamlıq  İnstitutunun  incəsənət  nəzəriyyəsi  və  tarixi 

fakültəsində  ali  təhsil  almışdır.  Əmək  fəaliyyətinə  1955-ci 

ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan və 

Şərq  incəsənəti  şöbəsinin  müdiri  kimi  başlayan  Rasim 

Əfəndiyev 1965-ci ildən etibarən öz taleyini Azərbaycan Milli 

Elmlər  Akademiyası  ilə  bağlayaraq,  1965-1969-cu  illərdə 

Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, 1969-1984-

cü illərdə baş elmi işçi, 1984-1995-ci illərdə şöbə müdiri və direktor müavini olmuş, 

1996-cı  ildən  ömrünün  sonunadək  həmin  İnstitutun  direktoru  vəzifəsində 

çalışmışdır. Rasim Əfəndiyev 1961-ci ildə namizədlik, 1972-ci ildə isə doktorluq 

dissertasiyalarını  müdafiə  etmişdir.  O,  1989-cu  ildə  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  müxbir  üzvü,  2001-ci  ildə  həqiqi  üzvü  seçilmişdir.  Rasim 

Əfəndiyev  çoxsaylı  araşdırmalarında  xalqımızın  əsrlər  boyu  yaratdığı  nadir  sənət 

nümunələrinin  hərtərəfli  təhlilini  aparmış,  həmin  əsərlərin  bədii  sənətkarlıq 

xüsusiyyətlərini  üzə  çıxararaq  milli  mədəni  inkişafın  tarixi  baxımından  yeri  və 

əhəmiyyətinin  müəyyənləşdirilməsində  böyük  əmək  sərf  etmişdir.  Alimin 

Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi 

30-dan  artıq  kitabı  və  200-dən  çox  məqaləsi  ölkəmizdə  və  onun  hüdudlarından 

kənarda  elmi  ictimaiyyət  tərəfindən  dərin  maraqla  qarşılanmış  və  yüksək 

qiymətləndirilmişdir.  Dünya  muzeylərində  və  kolleksiyalarında  qorunub  saxlanan 

sənət  abidələrimizin  aşkara  çıxarılmasında  Rasim  Əfəndiyevin  mühüm  xidmətləri 

vardır. Rasim Əfəndiyev sənətşünasların beynəlxalq miqyaslı mötəbər konfrans və 

simpoziumlarındakı  məzmunlu  çıxışları  ilə  Azərbaycan  elmini  layiqincə  təmsil 

etmişdir. O, elmi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirmişdir. Rasim 

Əfəndiyevin  yarım  əsrdən  artıq  bir  dövrü  əhatə  edən  elmi  fəaliyyəti  lazımınca 

qiymətləndirilmişdir.  O,  Azərbaycan  elminin  inkişafındakı  xidmətlərinə  görə 

müstəqil  Azərbaycan  Respublikasının  ali  mükafatı  –  “Şöhrət”  ordeni  ilə  təltif 

edilmişdir.

 

Akademik  R.Əfəndiyev  keçmiş  SSRİ  Rəssamlar  İttifaqının,  Rusiya 



Rəssamlıq  Akademiyasının,  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin 

diplom və mükafatlarına, eləcə də “Soltan Məhəmməd” adına Beynəlxalq mükafata 

layiq görülmüş,  Azərbaycan  Respublikasının  “Şöhrət” ordeni ilə təltif  edilmişdir. 

Rasim Səməd oğlu Əfəndiyev 2010-cu il fevralın 13-də vəfat etmişdir. 



İnternetdə: 

http://www.nkpi.az

 


358 

 

Milli Qəhrəmanlar Zirvəsi 



4 Oktyabr – Azərbaycanın Milli Qəhrəmanı Quliyev Nofəl Zahid oğlunun 

55 illiyi, (1963-1991) 

 

      Nofəl Zahid oğlu Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan 

olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət 

etmişdir.  Xidmətdən  sonra  1984-cü  ildən  1990-cı  ilə  kimi  Tumen  şəhərində 

işləmişdir.  1990-cı  ilin  dekabr  ayında  Azərbaycanın  ərazi  bütövlüyünün 

qorunmasında  iştirak  etmək  üçün  DİN  xüsusi  təyinatlı  milis  dəstəsinə  daxil 

olmuşdur. Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Dağlıq 

Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə 

ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, 

düşmənə  amansız  zərbələr  vurardı.  1991-ci  il  iyul  ayının  15-də  ermənilər  güclü 

qüvvə  və  texnika  ilə  Todan  kəndinə  hücuma  keçdilər.  Dinc  sakinləri  döyüş 

zonasından  çıxarmaq  lazım  idi.  Nofəl  Quliyev  kənd  sakinlərini  yağış kimi  yağan 

güllələrin  altından  çıxarıb  təhlükəsiz  yerə  aparırdı.  Yorulsa  da  köməyə  ehtiyac 

olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl 

burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamların xilası 

uğrunda  düşmənlə  ölüm-dirim  mübarizəsinə  girdi.  Neçə-neçə  adamı  ölümün 

pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu. Ailəli idi. Bir oğlu 

yadigar qalmışdır. Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə 

onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur. 

Azərbaycan    Respublikası    Prezidentinin  6  iyun  1992-ci  il  tarixli  831  saylı 

fərmanı  ilə  Azərbaycan  Respublikasının  suverenliyini  və  ərazi  bütövlüyünün 

qorunmasında,  dinc  əhalinin  təhlükəsizliyinin  təmin  edilməsində  göstərdiyi 

şəxsi  igidlik  və  şücaətə  görə  Quliyev  Nofəl  Zahid  oğluna  Azərbaycan  Milli 

Qəhrəmanı adı verilmişdir. 

İnternetdə: 

az.wikipedia.org 

 



359 

 

5  Oktyabr  –  Azərbaycanın  Milli  Qəhrəmanı  Niftəliyev  Cəmil  Səmədxan 



oğlunun 50 illiyi, (1968-1992) 

 

Niftəliyev  Cəmil  Səmədxan  oğlu  5  oktyabr  1968-ci  ildə  Yardımlı  rayonunun 

Şəfəqli kəndində dünyaya göz açmışdır. 1975-ci ildə ailəvi Bakı şəhərinin Lökbatan 

qəsəbəsinə köçmüşlər. Orta təhsilini Qaradağ rayonunun 233 saylı Lökbatan qəsəbə 

orta məktəbində almışdır. O, 1986-cı il oktyabrın 11-də hərbi xidmətə çağırılmışdır. 

Özbəkistanda  dörd  ay  snayperlik  kursunda  hazırlıq  keçdikdən  sonra  Əfqanıstana 

göndərilmişdir.  Atıcı  batalyonunda  xidmət  edirdi.  Müharibənin  nə  qədər  ağır, 

dözülməz və çətin olduğunu burada başa düşdü. Lakin bu barədə evlərinə bir kəlmə 

də  olsun  yazmırdı.  Ağır  döyüş  əməliyyatlarının  birində  yaralandı.  Bir  neçə  ay 

hospitalda müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtdı. Xidmət zamanı 

göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla təltif edildi. 

Cəmil Niftəliyev 27 oktyabr 1989-cu ildə ordudan tərxis olundu və vətənə döndü. 

Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bir peşəkar hərbçi kimi Cəmil 

Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət 

edir. O, 10 mart 1992-ci ildə torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək 

üçün  silah  götürür.  Cəbhədə  ezamiyyət  müddəti  bitəndən  sonra  yenidən 

komandanlığa  müraciət  edərək  döyüş  bölgəsində  qalmağa  razılıq  alır.Niftəliyev 

Cəmil  Səmədxan  oğlu  Ağdam  döyüş  bölgəsində  vuruşur.  Bütün  əməliyyatlarda 

rəşadət göstərən cəsur döyüşçü 1992-ci il mart ayının 29-da Ağdamın Şelli kəndində 

gedən döyüşlərdə qəhrəmancasına həlak olur.Bakı şəhərində Şəhidlər Xiyabanında 

dəfn  edilmişdir.  Vaxtilə  oxuduğu  233  saylı  orta  məktəb  və  Yanğından  Mühafizə 

İdarəsinin yanğınsöndürən gəmisi onun adını daşıyır. 



Azərbaycan  Respublikası  Prezidentinin  8  oktyabr 1992-ci il tarixli  264 saylı 

fərmanı  ilə  Niftəliyev  Cəmil  Səmədxan  oğluna  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.  

İnternetdə: 

az.wikipedia.or

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə