F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə117/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   113   114   115   116   117   118   119   120   ...   146

351 

 

26 Oktyabr – Yazıçı, publisist, dramaturq Ağarəhim Rəhimovun 70 illiyi,(1948) 



 

Ağarəhim  Nüsrət  oğlu  Rəhimov  26  oktyabr  1948-ci 

ildə Ucar  rayonunun Boyat kəndində  anadan  olub.  1972-ci 

ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1985-ci ildə 

namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə 

edib.1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin 

ildən  onun  rektorudur.  Alimin  pedaqoji  elmlər  sahəsində 

magistr  və  doktorantların  hazırlanmasında  böyük  əməyi 

vardır. A.N.Rəhimov yüksək elmi-təşkilati fəaliyyətinə görə 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  fəxri  fərmanlarını,  Qabaqcıl  Təhsil 

işçisi  medalını  alıb.  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü,  “Qızıl  Qələm”,  “Qızıl 

ürək”  mükafatlarının  laureatıdır.  A.N.Rəhimov  etik  fəlsəfə  sahəsində  “Allahla 

ünsiyyət“,  “Ölüm  və  ölməzlik“,  “Zəka  simfoniyası“  “Düşüncələr”,  “Qüdrətdən 

doğan nur” kitabları və fəlsəfi-əxlaqi esselərin müəllifidir. Yazıçı hekayə, povest, 

roman, esse, pyes və kinossenarilərdən ibarət 31 bədii kitabın müəlifidir. 20 cilddə 

seçilmiş əsərlərini çap etdirib. Sənətkarın 200-ə qədər hekayəsi, o cümlədən müdrik 

kəlamlar,  portret-oçerk  və  müsahibələrin  müəllifidir.  A.N.Rəhimovun  “Əsgər 

anası”, “Məhəbbət və cinayət”, “Pul hərisləri” əsərləri tamaşaya qoyulub, “Canavar 

balası“  və  “Qırmızı  qar”  əsərləri  əsasında  film  çəkilib.  A.N.Rəhimovun  bədii 

yaradıcılığı  haqqında  “Sözün  divanı  və  vətəndaş  yanğısı”,  “Sənət  və  şəxsiyyət”, 

“Kökün və sözün yaddaşı”, “Bir nəsrin poetikası”, “Zamanın üzü, yazıçının sözü”, 

“Qələmin  ucu,  qılıncın  gücü”,  “Nəsrin  axarı:  zaman  və  məkan  konteksti”, 

“Dramaturq:  sənət  və  həqiqət”,  “Ağarəhim  Rəhimov  bədii  nəsrinin  dil  və  üslub 

özəlliyi”, “Yazıçı karyerası: dilin və sənətin işığında” monoqrafiyaları çap olunub. 

Yaradıcılığında etik fəlsəfə sahəsində tədqiqat xüsusi yer tutur. "Allahla ünsiyyət" 

(1997), "Ölüm və ölməzlik" (1998), "Zəka simfoniyası" (1999) və s. əsərləri buna 

sübutdur.  "Əsgər  anası",  "Məhəbbət  və  cinayət"  pyesləri  tamaşaya  qoyulmuşdur. 

"Canavar  balası",  "Qırmızı  qar"  kinossenariləri  əsasında  bədii  televiziya  filmləri 

çəkilmişdir. 

 

          Kitabları:  “Allahla  ünsiyyət”,  “Ölüm  və  ölməzlik”,  “Zəka  simfoniyası”  



“Qüdrətdən doğan nur”, “Əsgər anası”, “Canavar balası”, “Pul hərisləri”, “Uçurum” 

və “Qəzəb”, “Hörümcək toru”, “Qana qan”, “Kələkbazlar”, “Quzğun”, “Ala qarğa”, 

“Bazar  həngaməsi  və  ya  gicbəsərlər”,  “Qırmızı  qar”,  “Qızıl  əllər”,  “Namərd 

körpüsü”, “Şərikli uşaq”, “Hikkəbaz Gülsənəm”, “Bu ki komediyadır”. 

 

İnternetdə: 

https://az.wikipedia.org

 

 



352 

 

30 Oktyabr – Yazıçı Əli Əmirlinin 70 illiyi, (1948) 



 

Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun 

Novruzlu  kəndində  anadan  olmuşdur.  Ağdam  şəhərində  1 

saylı  orta  məktəbi  bitirəndən  sonra  Bakıda  Elektrik 

maşınqayırma  zavodunda  fəhlə  işləmiş,  eyni  zamanda 

BDU-nun  fılologiya  fakültəsinin  axşam  şöbəsində  təhsil 

almışdır  (1967-1972).  Bu  dövrdə  zavodun  çoxtirajlı 

"Elektrik"  qəzetində  kiçik  oçerk  və  hekayələrlə  çıxış 

etmişdir.  "Qızıl  Şərq"  mətbəəsində  korrektor  işləmişdir 

(1969-1971).  "Azərbaycan"  jurnalında  (1971,  N8)  çıxan  "İrs",  "Görüş",  "Qağayı" 

adlı  hekayələri  ilə  ədəbi  aləmdə  diqqəti  cəlb  etmişdir.  "Meydan"  romanı 

"Azərbaycan" jurnalında (1992, N 1-2, 3-4) dərc olunmuşdur. Azərbaycan Dövlət 

Plan  Komitəsi  Elmi-Tədqiqat  Elmi-Texniki  İnformasiya  və  Texniki-İqtisadi 

Tədqiqatlar İnstitutunda ədəbi işçi olmuş (1971-1973), bir il əsgəri xidmətdən sonra 

həmin  institutda  redaksiya-nəşriyyat  şöbəsinin  müdiri  vəzifəsində  işləməyə 

başlamışdır  (1975-ci  ildən).  Onun  "Ərizə",  "Meydan",  "Cəza",  "Bala,  bəla 

sözündəndir?",  "Ağqoyunlular  və  qaraqoyunlular",  "Onun  iki  qabırğası",  "Yeddi 

məhbusə",  "İtkin  ər",  "Səhnədə  məhəbbət",  "Varlı  qadın",  "Mesenat"  və  sairə 

pyesləri  1990-2003-cü  illərdə  Bakı  teatr  səhnələrində  tamaşaya  qoyulmuşdur. 

Hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir.  2006-cı ildə "15 pyes" 

adlı  kitabı  nəşr  edilib. 2000-ci  ildə  ədəbi  uğurlarına  görə  "Humay  İlahəsi" 

mükafatına  layiq  görülüb  və 30  dekabr 2015-ci  ildə  Azərbaycanın  əməkdar 

incəsənət xadimi fəxri adına layiq görülmüşdür.  

 

Kitablari: “Bir qış günü”  (1977), “Yeddi hekayə” (1980) “İldırımötürən” (1983), 

“Haram”  (1992),  “Axirətdən  qabaq  gəzinti”  (roman)  (1989),  “Ölü  doğan  şəhər” 

(1999), “Meydan” (1992), “15 pyes” (2006) və s. 

 

Filmoqrafiya: Bala-başa bəla! (1995) 

 

İnternetdə: 



https://az.wikipedia.org

 

 

 



 

 

 



 

 



353 

 

İncəsənət

 

10 Oktyabr – İtalyan bəstəkarı Cüzeppe Verdinin 205 illiyi, (1813-1901) 

Cüzeppe  Verdi  10  oktyabr  1813-cü  ildə  Şimali  İtaliyadakı 

Ronkole  şəhərində,  hazırda  muzey  kimi  istifadə  olunan  evdə 

dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa 

da  Verdi  musiqiyə  çox  düşkün  idi.  O, kilsə orqançısından  ilk 

musiqi  dərslərini  alıb.  10  yaşından  etibarən  bazar  günləri 

kilsədə  orqan  çalmağa  başlayıb.  Heç  vaxt  musiqi  ilə  məşğul 

olmayan  ailəsi  onun  musiqi  təhsili  alması  üçün  böyük  səy 

göstərir,  köhnə  piano  aldıqdan  sonra  Busetto  qəsəbəsinə 

göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib. 

Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan 

Verdi latın  dilindən  və  musiqidən  dərslər  alır. Milan Konservatoriyasına  daxil 

olmaq  istəyən  Verdi,  piano  texnikasından  zəif  olduğu  üçün  imtahanlardan  keçə 

bilmir. Bir neçə onillikdən sonra Milan Konservatoriyasına Cüzeppe Verdinin adı 

veriləcəkdi. Verdi Konservatoriyaya daxil ola bilməsə də, La Skala Teatrının rəhbəri 

Vinsente Laviqnadan 2 il müddətinə xüsusi dərs almaq fürsətini qazanır. Barezzinin 

xərclərini  ödəməsi  sayəsində  dərs  alan  Verdi  opera  musiqisini  öyrənməyə 

başlayır.Verdi,  Busettoya  geri  gələndə  şəhər  orkestrinin  rəhbərliyini  icra  etməyə 

başladı. O, 1838-ci ildə ilk bəstəsini hazırladı. Orkestr şefliyindən ayrılaraq Milanda 

yaşamağa başladı. 1838-ci ildə yazdığı "Operto" adlı ilk operası Milanda o dövrün 

məşhur  sənətkarları  tərəfindən  çox  bəyənildi.  Verdi  özü  qeyd  edirdi  ki,  məhz  bu 

opera  ilə  o,  əsil  yaradıcılığa  başlamışdır.  Bu  opera  doğurdan  da  tamaşaçı  kütləsi 

tərəfindən  böyük  maraq  və  heyranlıqla  qarşılanmışdır.  Dahi  bəstəkar  1901-ci  il 

yanvarın 21-də, 88 yaşında Milanda "Grand Hotel"in otağında dünyaya göz yumdu. 

O,  yalnız  20  adamın  və  kiçik  hərbi  birliyin  qatıldığı  səssiz  və  musiqisiz  cənazə 

mərasimi vəsiyyət etmişdi. İstəyinə uyğun cənazə mərasimi keçirilsə də, bir ay sonra 

onun  və  həyat  yoldaşı  Cüzeppinanın  tabutları  Milandakı  qəbiristanlıqda  olan 

müvəqqəti məkanlarından çıxarılaraq böyük mərasimlə "Casa di Riposo"ya aparıldı. 

İtalyan  kral  ailəsi  üzvlərinin,  millət  vəkillərinin,  diplomatların  da  qatıldığı 

mərasimdə  minlərlə  adam  "Nabukko"  operasındakı  məşhur  ilahini  xor  halında 

səsləndirdi. 

 

İnternetdə: 



https://az.wikipedia.org

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə