F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə121/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   117   118   119   120   121   122   123   124   ...   146

364 

 

9 Noyabr – Dövlət Bayrağı Günü, (2009) 



 

     “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir.  Bizim bayrağımız qürur 

mənbəyimizdir.  Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  sonra 

Azərbaycanın  Dövlət  Bayrağı  milli  suverenliyin  simvolu  kimi  ölkəmizin  bütün 

vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan 

Xalq  Cümhuriyyətinin  yadigarı  olan  bu  bayraq  bizim  azadlıq  məfkurəsinə,        

milli - mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.                              

                       

 

                                                          İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

Azərbaycan  dövlətinin  suverenliyi  rəmzidir.  Bu  gün 

Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs 

Dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il 

noyabrın  9-da  Bakıda,  Azərbaycan  Xalq  Cümhuriyyəti 

Nazirlər  Şurasının  yerləşdiyi  binada   qəbul  edilmişdir. 

Müstəqil  Azərbaycanın  dövlət  bayrağındakı  üç  rəngin 

ifadə  etdiyi  və  XX  əsrin   əvvəllərindəki  milli  istiqlal 

ideologiyamızın  üç  təməl  prinsipini  təşkil  edən 

“Türkçülük,  islamçılıq  və  müasirlik”  düsturunun  müəllifi  görkəmli  Azərbaycan 

mütəfəkkiri Əli bəy Hüseynzadədir.  

Azərbaycan 

Respublikasının  dövlət  bayrağından  istifadə  müstəqil 

Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan 

Respublikasının  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, 

eləcə  də  həmin  Qanunla  təsdiq  edilmiş,  “Azərbaycan  Respublikasının   Dövlət 

bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Əsasnaməyə görə Azərbaycan 

Respublikasının  Dövlət  bayrağı  eni  və  uzunluğu  bərabər  olan  rəngli  üç  üfüqi 

zolaqdan  ibarət,  düzbucaqlı  parça  şəklindədir:  üst  zolaq  mavi  rəngdə,  orta  zolaq 

qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın 

ortasında  ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsviri  vardır.  Müstəqil 

Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki 

milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq 

və  müasirlik”  düsturunun  müəllifi  görkəmli  Azərbaycan  mütəfəkkiri  Əli  bəy 

Hüseynzadədir. 

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 

105-ci maddəsinə salınan əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı 

Günü elan olunub.  

 

İnternetdə: 



www.books.google.com 


365 

 

10 Noyabr – Ümumdünya Gənclər Günü, (1945) 



 

     “Azərbaycan 

gəncləri 

Azərbaycanın 

gələcəyidir.  Qarşımızda  duran 

vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir. 

Cəmiyyətin  gələcək  tərəqqisi  bir  çox  cəhətdən  indi  gənclərimizə  nəyi  və  necə 

öyrətməyimizdən asılı olacaqdır”. 

                                                                                    Ümummilli lider Heydər Əliyev 

       Bu günün qeyd olunması barədə qərar 

Ümumdünya 

Demokratik 

Gənclər 

Federasiyası  tərəfindən  1945-ci  ilin  29 

oktyabr  Londonda  keçirilən  konfransda 

qəbul  edilib.  Gənclər  təşkilatlarının 

beynəlxalq  birliyi  özündə  siyasi,  milli 

mənsubiyyətindən asılı olmayaraq bir çox 

müxtəlif  gənclər  təşkilatını  birləşdirir. 

Federasiya bütün dünyada sülh, gənclərin 

hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda 

mübarizə  aparır.  Bununla  belə,  müasir  dövrdə  gənclər  bir  sıra  problemlərlə 

üzləşirlər. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə 

olaraq Azərbaycanda keçirilib. 1996-cı ildən sonra isə bu günü bütün MDB-də geniş 

şəkildə  qeyd  edirlər.  Dünyadakı  əmək  qüvvəsinin  dörddə  birini  gənclərin  təşkil 

etdiyi  müasir  dövrdə  işsizlərin  yarısı  məhz  onların  payına  düşür.  Əmək  bazarları 

gənclərin  yaxşı  perspektivli  işlərlə  təmin  etməkdə  böyük  çətinlik  çəkir.  Hazırda 

dünyada 25 yaşa qədər olan 3 milyard insan var. Gənclərlə bağlı digər mühüm sənəd 

2002-ci  ilin  9  aprelində  qəbul  edilən  “Gənclər  siyasəti  haqqında”  qanundur.  Bu 

qanun  Azərbaycan  Respublikasında  gənclər  siyasətinin  məqsəd,  prinsip  və 

istiqamətlərini,  təşkilati-hüquqi  əsaslarını  müəyyən  edir,  bu  sahədə  yaranan 

münasibətləri  tənzimləyir.  Ümummilli  liderimiz  Heydər  Əliyevin  dediyi  kimi, 

Azərbaycan gəncləri “Sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, 

millətini  sevən  gənclərdir”.  İnanırıq  ki,  bu  gənclik  böyük  azərbaycanlı  Heydər 

Əliyevin  ideyalarını  ölkəmizin  başçısı  İlham  Əliyevin  rəhbərliyi  altında 

gerçəkləşdirəcək, inkişaf etdirəcək və daha işıqlı gələcəyə aparacaq.  



İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə