F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə128/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   124   125   126   127   128   129   130   131   ...   146

385 

 

5 Noyabr – 



Ədəbiyyatşünas Malik Mahmudovun 80 illiyi, (1938-1991) 

 

Malik  Mahmudov  1938-ci  ildə  Ordubad  şəhərində  fəhlə 

ailəsində doğulmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci 

ildə  Azərbaycan  Dövlət  Universitetinin  şərqşünaslıq 

fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. Burada 

müasir  dövrdə  ərəbşünaslığın  banisi,  sonralar  ali  və  orta 

məktəblər üçün 30-dan çox dərslik yazmışdır. Malik müəllim 

təcrübə keçmək üçün Bağdad Universitetinə göndərilən ilk iki 

tələbədən  biri  olmuşdur.  İraqdan  qayıtdıqdan  sonra 

M.Mahmudov    Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. 

O,  ərəb  ədəbiyyatında  şərh  janrının  banilərindən  sayılan,  Bağdaddakı  məşhur 

"Nizamiyyə"  Universitetinin  aparıcı  müəllimlərindən  dahi  Azərbaycan  alimi  Xətib 

Təbrizinin  (1030-1109) həyat və yaradıcılığını  dərindən  araşdıraraq,  1967-ci  ildə bu 

mövzuda  namizədlik  dissertasiyası  müdafiə  etmiş,  həmin  vaxtdan  1972-ci  ilədək 

şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1972-ci ildə Bakı 

Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına 

baş  müəllim  kimi  dəvət  olunmuş,  1975-ci  ildə  doktorluq  dissertasiyasını  müdafiə 

edərək,  professor,  kafedra  müdiri  vəzifəsinə  qədər  yüksəlmişdir.  O,  dünya 

şərqşünaslığında ilk dəfə olaraq, VII-XII əsrlərdə yaşamış ərəbdilli azərbaycanlı ədib 

və  şairlərin  həyat  və  yaradıcılığını  hərtərəfli  tədqiq  etmiş,  bununla  da  mədəniyyət 

tariximizdə az öyrənilmiş bir sahəni öz dəyərli əsərləri ilə zənginləşdirmişdir. Onun orta 

əsrlərin görkəmli filoloqu haqqında tədqiqatları "Xətib Təbrizinin həyat və yaradıcılığı" 

(1972) və "Piyada...Təbrizdən Şama qədər" (1982) kitablarında öz əksini tapmışdır. O, 

Xətib Təbrizinin dövrümüzədək gəlib çatmış əsərlərini dəqiqliyi ilə təhlil edərək, onu 

IX-X əsrlərdə meydana gəlmiş şərh janrının böyük nümayəndələri Əbu Bəkr əs-Suli, 

İbn Cinni, Əbu Hilal əl-Əsgəri, Əbülhəsən ibn İsmayıl, Abdullah ibn Əhməd Səmani, 

əl-Mərzuqi  (öl.1030)  və  başqaları  ilə  müqayisə  nəticəsində  belə  bir  düzgün  qənaətə 

gəlmişdir  ki,  Xətib  Təbrizi  özündən  əvvəlki  alimlərdən  fərqli  olaraq,  "əsərləri  həm 

dilçilik,  həm  də  ədəbiyyatşünaslıq,  həm  tarixi,  ictimai  mühitlə,  həm  fəlsəfə,  həm 

etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq edən ilk şərhçi idi". Müəllif bu iki 

kitabında  alimin  ədəbi-tənqidi  görüşlərini  və  yaradıcılığının  əsas  xüsusiyyətlərini 

təfsilatı ilə vermişdir. Orta əsrlərin nüfuzlu filoloqu İbn Quteybə (828-889) özünün "Əş-

şir va-ş-şuara" adlı məşhur kitabında yazır: "Mədinədə məvalilərdən (yəni islamı qəbul 

etmiş qeyri-ərəblərdən) elə bir şair yoxdur ki, o, əslən Azərbaycandan olmasın". 

Kitabları: Xətib Təbrizinin həyat və yaradıcılığı” (1972), “Piyada... Təbrizdən Şama 

qədər” (1982), “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər” (1983).



  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 



386 

 

7 Noyabr – Şair, yazıçı Maqsud Şeyxzadənin 110 illiyi, (1908-1967) 



 

Məqsud  Şeyxzadə  1908-ci  ildə  keçmiş  Yelezavetpol 

(Gəncə)  quberniyası  Ərəş  qəzasının  mərkəzi Ağdaşda,  əslən 

Qazaxın Salahlı  kəndindən olan  feldşer  Məsim  Şıxıyevin 

ailəsində doğulmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək 

yazıçısı  və  şairi"  kimi  tanıdılan  qürbət  məhkumu  Məqsud 

Şeyxzadənin   Azərbaycan   1918-ci  ildə  müstəqilliyinə 

qovuşanda  hələ  12  yaşı  vardı.  O  vaxtlar  atasından  aldığı 

türklük  eşqi  və  müstəqillik  duyğuları  ilə  şeirlər  yazırdı. 

Gələcəkdə  bu  eşq  ona  bəxtiyarlıqdan  daha  çox  sürgün, 

mərhumiyyət və işgəncələr verəcəkdi.

 

Atasının Ağdaşda açdığı 



məktəbdə  oxuyarkən Nəriman  Nərimanov bu  şəhəri  ziyarət 

edir.  Məktəbin  əlaçı  şagirdi  olan  Məqsud  şeir  oxumaq  üçün 

kürsüyə çıxır. Oxuduğu şeirlər Nərimanovun çox xoşuna gəlir. 

Nərimanov  sonralar  həmin  şeirlərin  üçünü 21  dekabr 1921-ci  ildə  "Kommunist" 

qəzetində  dərc  etdirir.  Bir  müddət  sonra  Məqsud  Şeyxzadə Ağdaşdan Bakıya yola 

düşür. Bakı Pedaqoji Məktəbində o vaxtların iki sevilən müəllimi dərs deyirdi – Hüseyn 

Cavid və Abdulla  Şaiq.  Məqsud  onlardan  vətən  eşqi,  millət  eşqi,  ədəbiyyat  eşqi  və 

türklüyün gerçək üzünü öyrənir. Sonralar Özbəkistanda yaşayanda "Mirzə Uluqbəy" 

əsərini  qələmə  alarkən Hüseyn  Cavidin ona  olan  təsirlərindən  də  söz  açır.  Məktəbi 

bitirər-bitirməz Dərbəndə göndərilir. Orada həm müəllimlik edir, həm də şeirlər yazır. 

Qəzetlərdə "Azad dağlar qızına", "Şeyx Şamil", "Bu axşam" və "Sahildə" adlı şeirləri 

dərc  olunur.  Həm  Bakı  Pedaqoji  İnstitutunda  oxuyur,  həm  də  Mayakovski,  Nazim 

Hikmət  kimi  şairlərlə  tanış  olur.  1927-ci  ili  Məqsud  Şeyxzadənin  qaranlıq  illərinin 

başlanğıcı saymaq olar. Dağıstanın Sovet İttifaqına daxil olub-olmaması mövzusunda 

aparılan müzakirələrin ən fəal iştirakçılarından biri də Məqsud Şeyxzadə olur. "Üçüncü 

kitab", "Cümhuriyyət", "Cəlaləddin Mengüberdi" kimi əsərləri özbək türkcəsində nəşr 

olunub. Məqsud  Şeyxzadə 1952-ci  ildə yenidən  millətçilikdə günahlandırılaraq həbs 

edilir. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsir. O, Sibirə göndərilir. Maqsud 

Şeyxzadə  1967-ci  ilə,  ölümünə  qədər  içindəki  vətən  həsrətini,  vətən  eşqini  yazaraq 

təsəlli  etməyə  çalışır.  Bəzən  Uluq  bəyə,  bəzən  də  Xarəzm  türklərinin  məşhur 

lideri Cəlaləddin  Xarəzmşaha baş  vurur.  Kitabları  həm  özbəkcə,  həm  də  türkcə 

(Azərbaycan Türkcəsi) nəşr edilir. "Mirzə Uluqbəy" adlı əsəri ekranlaşdırılır. Məqsud 

Şeyxzadənin əsərləri sonuncu dəfə 1971-1974-cü illərdə altı cild şəklində nəşr olunub. 

Kitabları: “Üçüncü kitab”, “Ündaşlarım”, “Yeni divan”, “Daşkəndnamə”, “Mirzə 

Uluqbəy” və s.                                                            



İnternetdə: 

www.books.google.com

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə