F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə126/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   122   123   124   125   126   127   128   129   ...   146

377 

 

24 Noyabr – Morj Günü, (2008) 



 

2008-ci  ildə  Ümumdünya  Vəhşi  Təbiət  Fondunun  (WWF)  və  Dəniz 

Məməliləri üzrə Şuranın təşəbbüsü ilə Morj Günü təsis olunmuşdur. Bu heyvanlar – 

planetimizin  şimal  yarımkürəsində  məskunlaşmış  nəhəng  kürəkayaqlılardır.  Bu 

bayram  təsadüfən  noyabrın  24-ə  salınmamışdır.  Morjlar  payızın  son  günlərində 

Çukot  dənizinin  arktik  sahillərini  tərk  edirlər  və  qışlamaq  üçün  Berinq  boğazına 

gedirlər.  Bu  yerdəyişmə  zamanı  onlar  xüsusilə  zəif  və  müdafiəyə  möhtac  olurlar. 

Təbiəti  qoruyanlar  bu  bayramı  elan  etməklə  ictimaiyyətin  diqqətini  morjların 

problemlərinə cəlb etməyə çalışmışlar. Ən əsas problem ekoloji problemdir. İqlimin 

istiləşməyə  doğru  dəyişməsi  Yer  kürəsində  buz  örtüyünün  azalmasına  gətirib 

çıxarmışdır.  Nəticədə  morjlar  buzdan  quruya  keçməyə  və  burada  özlərinə  yeni 

yataqlar  yaratmağa  məcbur  olurlar.  Bu  heyvanların  belə  yataqlarda  kütləvi 

toplanması  gənc  morjların  tələf  olmasına  səbəb  olur.  Morjların  ikinci  problemi 

insanların onların ərazilərinə nüfuz etmələridir. Şimal Buzlu okeanının  şelfindəki 

qiymətli karbohidrogen yataqlarının insanlar tərəfindən mənimsənilməsi, gəmilərin 

hərəkəti  morjların  məhvinə  səbəb  olur.  Ümumdünya  Vəhşi  Təbiət  Fondunun 

nümayəndələri  insanları  okeanın  sakinlərinə  qayğı  ilə  yanaşmağa,  onların 

problemlərinə biganə qalmamağa çağırır.   



İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 

 

 


378 

 

26 Noyabr – Azərbaycan Kəlağayısı Günü, (2014) 

 

   26 noyabr Azərbaycan kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd 



olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-

Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında “Kəlağayı 

simvolizmi  və  ənənəvi  sənəti”  adı  ilə  UNESCO-nun  “Bəşəriyyətin  qeyri-maddi 

mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir. 

     Kəlağayı  faylını  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  Prezidenti  Mehriban 

Əliyevanın  dəstəyi  ilə  Mədəniyyət  və  Turizm  Nazirliyi  hazırayıb.  Heydər  Əliyev 

Fondu,  Mədəniyyət  və  Turizm  Nazirliyi  və  ölkəmizin  UNESCO  yanında  Daimi 

Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdiyi çoxşaxəli 

fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi 

dəyərlər  sistemində  və  adət-ənənələrimizdə  ən  mühüm  mədəniyyət  nümunəsi 

olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub.  

    Hazırda  Kəlağayıdan  başqa,  Muğam  ifaçılıq  sənəti,  Azərbaycan  aşıq  sənəti, 

Novruz  Bayramı,  Azərbaycan  xalçası,  Tar  ifaçılıq  sənəti  UNESCO-nun  Qeyri-

maddi  Mədəni  İrs  üzrə  Reprezentativ  siyahısına,  Çövkən-Qarabağ  atüstü  oyun 

ənənəsi isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs 

Siyahısında yer alır. 



İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 




379 

 

26 Noyabr – Ümumdünya İnformasiya Günü, (1994) 

 

 

  



 

 

 



 

 

 



 

 

Hər  il  26  noyabr  tarixinin  məhz  bu  ad  altında  qeyd  edilməsi  təşəbbüsü 



Birləşmiş  Millətlər  Təşkilatının  İqtisadi  və  Sosial  Şurasında  məşvərətçi  statusa 

malik  olan  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyası  və  Ümumdünya 

İnformasioloji  Parlamenti  tərəfindən  irəli  sürülüb.  Əlamətdar  günün  beynəlxalq 

təqvimə  salınması  ilə  bağlı  qərar  26  noyabr  1992-ci  ildə  Beynəlxalq 

İnformasiyalaşdırma  Akademiyasının  təşəbbüsü  ilə  keçirilən  I  Beynəlxalq 

İnformasiyalaşdırma Forumunda verilib. 

  

Ümumdünya İnformasiya Gününün 26 noyabr tarixində qeyd olunmasına dair 



qərar isə rəsmi olaraq YUNESKO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb. 

Ümumdünya  İnformasiya  Gününün  əsas  məqsədi  bu  sahədə  olan  başlıca 

problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


380 

 

30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü, (1988) 



 

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün 

qeyd  olunmasının  məqsədi    kompüterdə  saxlanılan 

informasiyanın  təhlükəsizliyinin  təmini,  bu  sahədə 

mövcud olan müxtəlif problemlərin  həllinin önəmliyini 

istifadəçilərin,  proqram  vasitələri  istehsalçılarının,  o 

cümlədən ictimaiyyətin diqqətinə çatdırmaqdır. 1988-ci 

il  noyabr  ayının  30-da  “Morris  soxulcanı”  adlanan  ilk 

kompüter  virusu  elmi-tədqiqat  institutları,  hərbi 

idarələr, hətta Pentaqon da daxil olmaqla, ARPANET-

in  minlərlə  qovşağının  fəaliyyətini  iflic  vəziyyətinə 

saldı.  İlk  kompüter  virusunun  vurduğu  ziyan  isə  təxminən  100  milyon  dollar 

dəyərində  qiymətləndirilirdi.    Bu  hadisə  bəşəriyyətin  kompüter  təhlükəsizliyi 

haqqında  təsəvvürlərini  dəyişdi.    Məhz  həmin  vaxtda  mütəxəssislər  informasiya 

təhlükəsizliyinin  təmini  məsələlərinə  kompleks  yanaşmanın  zəruriliyi  haqqında 

ciddi düşünməyə başladılar.  Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – 

Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu 

işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat 

xarakteri  daşıyırdı.    Onun  atası    Milli  Təhlükəsizlik  Agentliyinin  kompüter  üzrə 

eksperti isə hesab edirdi ki, oğlu tutduğu əməlini etiraf etməlidir. R.Morrisi 5 ilədək 

azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Lakin məhkəmə Kornell Universitetinin 

“Hesablama  texnikası”  fakültəsinin  aspirantına  güzəşt  edərək,  “alim”ə  üç  il  şərti 

cəza kəsdi. Həmin ildə Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabr  

tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan 

etmişdir.  

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə