F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə133/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   129   130   131   132   133   134   135   136   ...   146

398 

 

26 Noyabr – Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Şahlar İsa oğlunun 



 50 illiyi, (1968-1992) 

 

 



 

 

 



 

 

     Hüseynov  Şahlar  İsa  oğlu  26  noyabr 1968-ci  il Qərbi  Azərbaycanın  Dərəçiçək 



mahalının Razdan rayonunun Hankavan kəndində  anadan  olmuşdur. 1985-ci  ildə 

burada  təhsilini  rus  dilində  başa  vurmuşdur. 1986-1988-ci  illərdə  hərbi  xidmətdə 

olmuşdur. Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri 

hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz 

bildiyi  üçün  kəşfiyyata  həmişə  tək  gedər  çox  mühüm  məlumatlarla  dönərdi. 10 

aprel 1992-ci  il Şıxarx (keçmiş  Marquşevan)  kəndinə  hücum  edən  erməni 

qəsbkarlarının  hücumunun  qarşısı  alınır,  bu  döyüşdə  Şahlar  Hüseynov  şücaət 

göstərərək  qəhrəmancasına  həlak  oldu.  Subay  idi.  Gəncə  şəhərinin Şəhidlər 

xiyabanında dəfn edilmişdir. Gəncə şəhərində adına küçə var. 

Azərbaycan  Respublikası  Prezidentinin 7  iyun 1992-ci  il  tarixli  833  saylı 

fərmanı ilə Hüseynov Şahlar İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" adı verilmişdir. 

 

İnternetdə: 



https://az.wikipedia.org

 

 



 

 

 



 

 

 



 

 

 



 


399 

 

Dekabr 



Əlamətdar tarixi günlər və bayramlar 

1 Dekabr – Ümumdünya  QİÇS-lə  Mübarizə Günü, (1988) 

3 Dekabr – Beynəlxalq Əlillər Günü, (1992) 

6 Dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006)  

7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günü, (1996) 

10 Dekabr – Ümumdünya Futbol Günü    

10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü, (1950) 

11 Dekabr – Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri  Günü, (1994)  

11 Dekabr – Beynəlxalq Dağlar Günü, (2003) 

12 Dekabr – Ümummilli lider Heydər Əliyevin Anım Günü, (2003) 

15 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005) 

25 Dekabr – “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925) 

28 Dekabr – Beynəlxalq Kino Günü, (1895) 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, (1991) 



Bu tarixi unutmayaq 

26 Dekabr – Xankəndinin işğalı günü, (1991) 



Azərbaycanın tanınmış şəxsiyyətləri 

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi, (22.12.1918-1944) 



Yubilyar yazıçılar 

Şair Zeynalov Zeynalabdin İsmayıl oğlunun (Zeynal Vəfa) 80 illiyi, (02.12.1938) 

Yazıçı, tənqidçi Cəlal Məmmədovun 100 illiyi, (09.12.1918-1983) 

Şair Ələkbər Cəfərovun (Ələkbər Ziyatay) 105 illiyi, (21.12.1913-1982) 

Yazıçı Yasif Nəsirlinin 80 illiyi, (23.12.1938-2012) 

Şair İbrahim Kəbirlinin 100 illiyi, (28.12.1918-1995) 

Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun 85 illiyi, (31.12.1933) 

Xarici ədəbiyyat 

Rus yazıçısı, Nobel mükafatı laureatı Soljenitsın Aleksandr İsayeviçin 

100 illiyi, (11.12.1918-03.08.2008) 

Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi, (12.12.1928-10.06.2008) 

Türk şairi Məhməd Akif Ərsoyun 145 illiyi, (20.12.1873-27.12.1936) 

Polyak şairi Adam Mitskeviçin 220 illiyi, (24.12.1798-26.11.1855) 

 

 

 



 

 



400 

 

İncəsənət 

Xalq rəssamı Xələfov Rasim Həşim oğlunun 90 illiyi, (03.12.1928-2010) 

Xalq artisti, aktyor Abbas Mirzə Şərifzadənin 125 illiyi, (12.12.1893-1938) 

Xalq rəssamı Xalıqov Qəzənfər Ələkbər oğlunun 120 illiyi, (16.12.1898-1981) 

Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 75 illiyi, (19.12.1943) 

Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 95 illiyi, (21.12.1923-24.03.2008) 

Xalq artisti, aktrisa Safurə İbrahimovanın 80 illiyi, (27.12.1938) 



Milli Qəhrəmanlar Zirvəsi 

Azərbaycanın Milli Qəhrəmanı Arazov Ənvər Talış oğlunun 65 illiyi, 

 (02.12.1953-02.11.1992) 

Azərbaycanın Milli Qəhrəmanı Şikarov Şikar Şükür oğlunun 65 illiyi, 

(03.12.1953-13.06.1992) 

Azərbaycanın Milli Qəhrəmanı Məmmədov İbrahim İsmayıl oğlunun 60 illiyi, 

(20.12.1958-16.02.1994) 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


401 

 

Əlamətdar tarixi günlər və bayramlar 



1 Dekabr – QİÇS-lə Mübarizə Günü, (1988) 

     Bu gün 1988-ci ildə təsis edilmişdir. HİV – infeksiyası 

pandemiyası  dünya  səhiyyəsinin  infeksion  xəstəliklər 

sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə 

Birləşmiş 

proqramının  və  Ümumdünya  Səhiyyə 

Təşkilatının  (ÜST)  məlumatına  görə,  dünyada  hər  gün 

6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan 

isə  AİDS  səbəbindən  vəfat  edir.  2007-ci  ilin  sonuna  yer 

kürəsində  HİV-lə  yaşayan  insanların  sayı  33,2  milyon 

təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır. 

Azərbaycanda  da  HİV/AİDS problemi  ən  aktual  problem  olaraq  daim  Səhiyyə 

Nazirliyinin nəzarətindədir. Respublikamızda HİV-ə yoluxma səviyyəsi aşağı olan 

ölkələr sırasına daxildir və burada epidemiya  əsasən yüksək riskli qrupa aid olan 

inyeksion  narkotik  istifadəçiləri  arasında  yayılmışdır.  Belə  ki,  Azərbaycan 

vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma 

hallarının  63,3%-i,  ümumilikdə  isə  1992-01.12.2009-cu  il  tarixinə  olan  dövrdə 

yoluxma hallarının 64,4%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. 

Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 

1  dekabr  tarixinədək  Respublika  QİÇS-lə  Mübarizə  Mərkəzində  HİV  infeksiyası 

təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri 

(96,1%)  Azərbaycan  vətəndaşı,  86  nəfəri  (3,9%)  isə  əcnəbidir.  HİV-ə  yoluxmuş 

Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS 

mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını 

dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Azərbaycan vətəndaşında ilk dəfə 

HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək 

2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 

1465-i  (68,5%)  respublikanın  digər  54  inzibati  ərazisində  qeydiyyatda  olan 

şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.1992-ci ildən 2009-cu ilin 1 

dekabr tarixinədək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. 

Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq 

və  dəstəyin  göstərilməsinin  təmin  edilməsi  işi  Respublika  QİÇS-lə  Mübarizə 

Mərkəzində davam etdirilir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə