F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Şair İbrahim Kəbirlinin 100 illiyi, (1918-1995)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə141/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   138   139   140   141   142   143   144   145   146

421 

 

28 Dekabr – Şair İbrahim Kəbirlinin 100 illiyi, (1918-1995) 



 

 

 

 

 

 

 

 

    İbrahimov İbrahim İsmayıl oğlu 1918-ci il dekabrın 28-də Azərbaycanın Tərtər 



rayonunun  Kəbirli  kəndində  doğulmuşdur.  Burada  ibtidai  təhsil  aldıqdan  sonra 

Ağdam kənd təsərrüfatı texnikumunu bitirmişdir (1937). ADU-nun tarix fakültəsinə 

daxil  olub,  birinci  kursu  başa  vurmuş,  ordu  sıralarına  çağırılmışdır.  Baş  mətbuat 

idarəsində şöbə rəisi (1947-1950), M.Qorki adına Ədəbiyyat İnstitutunda müdavim 

(1950-1954),  “Sovetski  pisatel”  nəşriyyatında  redaktor  (1957-1962)  olmuşdur. 

Ədəbi fəaliyyətə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çıxan  şeirləri ilə başlamışdır. 

Bədii tərcümə ilə də məşğul olmuşdur. Keçmiş SSRİ xalqlarının poeziyasından bədii 

tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 

“Unuda bilmirəm” şeirlər kitabına görə Müdafiə Nazirliyinin  mükafatını almışdır 

(1988). 


 

Kitabları:  “Gəncliyim”  (1946),  “Səadət  nəğməsi”  (1949),  “Şeirlər”  (1950), 

“Səhralar çiçəklənir” (1953),  “İmtahan” (1956), “Ö

zümə  dost  gəzdim” (1960)

, “Səni 


səsləyirəm”  (1962),  “Adsız  adam”  (1963),  “Ürəyimə  düşən  izlər”  (1965),  “Ürək 

pünhan  sevinmir”(1967),  “Açıq  ürək”  (1970),  “Ürəyinə  yatırammı?”  (1971), 

“Sevmək  üçün  yaşayıram”  (1974),  “İnsan  sevinmir”  (1977),  “Mənim  qismətim”, 

(1979),  “Ürəyimlə görürəm” (1981), “Sənə arxayınam” (1984) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 

 


422 

 

31 Dekabr – Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun 85 illiyi, (1933) 

 

 

Səmədov  Abbas  Abbas  oğlu  1933-cü  il  dekabrın  31-də  Qərbi  Azərbaycanda 



Krasnoselo  rayonunun  Əmirxeyir  kəndində  anadan  olmuşdur.  Burada  kənd 

yeddiillik  məktəbi  bitirdikdən  sonra  İrəvan  Pedqaji  Texnikumunda  təhsil  almışdır 

(1944-1949).  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Dil  və  Ədəbiyyat 

fakültəsində təhsilini davam etdirmişdir (1950-1955). Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunun  axşam,  əyani  və  qiyabi  şöbələrində  dekan  işləmişdir.  “Azərbaycan 

məktəblərində  ədəbiyyat  tədrisinin  inkişaf  problemləri”  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə etmişdir (1993). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. 

Dövri  mətbuatda  elmi,  pedoqoji-metodik  məqalə  və  oçerklərini  dərc  etdirmişdir. 

Milli pedaqoji fikrin təbliğində əhəmiyyətli işlər görmüş, bədii ədəbiyyatın tədrisi 

metodikasına dair bir sıra kitablar, dərs vəsaitləri dərc etdirmişdir.  

 

Kitabları:  “Fantastik  hekayə  və  povestlər”  (1987),  “Təbiət  hekayələri”  (1989), 

“Alleqoriya  və  təmsillər”  (1990),  “Maarifpərvər  Gəncə  müəllimlərinin  ədəbi- 

pedaqoji  fəaliyyəti”  (1999),  “Kitabi-Dədə  Qorqud”  dastanının  tədqiqi  və 

öyrənilməsi  tarixindən”  (2003),  “Azərbaycan  məktəblərində  ədəbiyyat  tədrisinin 

inkişaf problemləri” (2003) “Təbiət hekayələri”, “Alleqoriya və təmsillər” və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 

 

 

 



 

 

 



 


423 

 

Xarici ədəbiyyat 



11 Dekabr – Rus yazıçısı, Nobel mükafatı laureatı Soljenitsın Aleksandr  

İsayeviçin 100 illiyi, (1918-2008) 

Yazıçı,  dramaturq,  tariхçi  və  filosof  Aleksandr  İsayeviç 

Soljenitsın  müasir  rus  ədəbiyyatının  dünya  miqyasında 

tanınmış  nümayəndəsidir.  O,  Şimali  Qafqazda,  pravoslav 

yaşam  tərzinə  və  patriarхal  ənənələrə  üstünlük  verən  rus 

ailəsində  doğulmuşdu.  Rostov universitetinin  riyaziyyat 

fakültəsində  təhsil  almış  (1936-1941),  Moskva  fəlsəfə, 

ədəbiyyat və tariх institutunu qiyabi bitirmişdi. Böyük Vətən 

müharibəsi  başlananda  orta  məktəbdə  riyaziyyat  müəllimi 

işləyən A.Soljenitsın da səfərbərliyə alınmışdı. Öz arzusu ilə 

zabit hazırlayan qısa müddətli kursları bitirmişdi. Qafqazdan 

Almaniyaya  qədər  döyüş  yolu  keçmiş,  kapitan  rütbəsinə 

qədər  yüksəlmiş,  iki  ordenlə  təltif  edilmişdi.  1962-ci  ildə  A.Soljenitsın  SSRİ 

Yazıçılar  İttifaqının  üzvlüyünə  qəbul  edilmişdi.  Dövrün  sovet  reallığı  üçün 

görünməmiş hadisə sayılan və M.Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə 

müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet 

yazıçısına  çevirmişdi.  1969-cu  ildə  Soljenitsının  adı  Nobel  nominantları  sırasına 

düşsə də, mükafat ala bilməmişdi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq 

dissident  kimi  tanınan  müəllifi  "böyük  rus  ədəbiyyatının  ənənələri  ilə  qidalanan 

əsərlərinin  mənəvi  qüdrətinə  görə"  Nobelə  layiq  bilmişdi  və  Soljenitsın  Novel 

mükafatını  yalnız 1974-cü  ildə  ala  bilmişdir.  Yazıçı  mühüm  əsərlərindən  birini  – 

"Qulaq  arхipelaqı"  epopeyasını  artıq 1967-ci  ildə  başa  çatdırmışdı.  “Qulaq 

arxipelaqı” romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. 2006-cı 

ildə  Aleksandr  Soljenitsın  Rusiya  Federasiyasının  Dövlət  Mükafatı  laureatı 

olmuşdu.  Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat etmişdir. 

 

 



İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 

 



 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə