F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə143/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   138   139   140   141   142   143   144   145   146

427 

 

İncəsənət 



3 Dekabr – Xalq rəssamı Xələfov Rasim Həşim oğlunun 90 illiyi, (1928-2010) 

Rasim  Həşim  oğlu  1928-ci  il  dekabrın  3-də  anadan  olmuşdur.  1949-cu  ildə  

Ə.  Əzimzadə  adına  Bakı  Saxsı  Qablar  Zavodunda  baş  rəssam  kimi  fəaliyyətə 

başlamışdır.  Bir  müddətdən  sonra  rəssamlıq  təhsilini  artırmaq  üçün  Ukraynaya 

getmiş,  Lvov  Dövlət  Dekorativ  Tətbiqi  Sənət  İnstitutunun  monumental  keramika 

fakültəsinə daxil olmuşdur. 1958-ci ildə ali təhsilli rəssam kimi Bakıya qayıdaraq 

1966-cı ilə qədər əvvəlki iş yerində çalışmışdır. 1978-ci ildən o, Azərbaycan Dövlət 

Rəssamlıq  Akademiyasının  dekorativ  tətbiqi  sənət  fakültəsində  baş  müəllim 

vəzifəsində  çalışmışdır.  Bir  sıra  iri  həcmli  əsərlərin  müəllifi  idi.  Bakı 

metropoliteninin  "Gənclik",  "Avrora"  (indiki  Qara  Qarayev)  stansiyalarının,  Bakı 

Dövlət  Sirkinin,  Razin  (indiki  Bakixanov)  qəsəbəsində  mədəniyyət  sarayının 

Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycana həsr 

olunmuş  bölməsinin  qədim  tərtibatıda  istedadlı  sənətkarın  fırçasının  məhsulu  idi. 

Rəssam eyni zamanda kətan üzərində, keramika naxış (metalda) və mozaika müəllifi 

də  görürdü.  Respublikanın  bir  çox  rayonlarında  onun  monumental  işlərinə  rast 

gəlmək  olar.  Rasim  Xələfov 1957-ci  ildən  başlayaraq  bir  sıra  respublika, 

Umumittifaq və Beynəlxalq sərgilərin və müsabiqələrin iştirakçısı olmuşdu. Onun 

əsərlərinin  böyük  bir  hissəsi  R.Mustafayev  adına  Azərbaycan  Dövlət  İncəsənət 

Muzeyində,  Nizami  adına  muzeydə,  Azərbaycan  Respublikası  Mədəniyyət 

Nazirliyinin Rəssamlıq Fondunda saxlanılır. Rasim Xələfov 2010-cu ildə vəfat edib. 



İnternetdə:  

https://az.wikipedia.org

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


428 

 

12 Dekabr – Xalq artisti Abbas Mirzə Şərifzadənin 125 illiyi, (1893-1938) 



 

Abbas Mirzə Şərifzadə 1893-cü ildə 12 dekabrda (22 mart ) 

Şamaxının  Yuxarı  Qala  məhəlləsində  ziyalı  ailəsində  anadan 

olub. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, 

onun  gəncliyi,  ümumiyyətlə,  bütün  ömrü Bakı ilə  bağlıdır. 

Belə  ki, 1902-ci  ildə  Şamaxıda  baş  verən  dəhşətli  zəlzələdən 

sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya 

köçürlər.  Abbas  Mirzə 1903-cü  ildə  gimnaziyaya  daxil  olur. 

Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. 1910-cu 

ildə "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə 

qəbul  olunur.  Qısa  müddət  ərzində  bir  neçə  rolda  çıxış  edən 

Abbas  Mirzə 1911-ci  ildə,  onu  bir  sənətkar  kimi  təsdiq  edən  ilk  obrazını  yaradır. 

Bu, Əbdürrəhim  bəy  Haqverdiyevin "Ağa  Məhəmməd  Şah  Qacar"  faciəsinin  əsas 

qəhrəmanı  Qacar  obrazı  idi.  Azərbaycan  kino  sənəti  tarixində  onun  adı  birincilər 

sırasındadır. "Bismillah", "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini 

çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub. Abbas Mirzə 1937-ci ildə dekabrın 

4-də  öz  evində  həbs  olunub.  Onu  həbs  edərkən,  evində  ciddi  axtarış  aparılıb.  Bir 

teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib. Məhbusun "dindirilmə" 

üsulu öz nəticəsini verir. Abbas Mirzə Şərifzadə İran dövlətinə casusluq etməsinə 

dair  bəzi  ittihamlarla  razılaşır.  Bu  ittihamları  təsdiqləmək  üçün  onunla 

üzləşdirilənlərin  bəzilərinin  sözlərini  təsdiqləyir.  Və 1938-ci  il oktyabrın  19-da 

məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə 

görə güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında çıxarılan bu 

hökm,  təxminən,  bir  ay  sonra  – noyabrın  16-da  yerinə  yetirilir.  Bakının Yasamal 

rayonunda Abbas Mirzə Şərifzadə küçəsi var. 

 

Filmoqrafiya:  “Knyaz  Dəmir  Bulat”  (1916),  “Azərbaycana  səyahət”  (1924), 

Azərbaycana səyahət, “Bayquş” (1924), “Bismillah” (1925), “Əvəz-əvəzə”(1925), 

“Hacı Qara” (1929) və s.  

 

  

  



İnternetdə:  

https://az.wikipedia.org 

 

 



429 

 

16 Dekabr – Xalq rəssamı Xalıqov Qəzənfər Ələkbər oğlunun 120 illiyi,  



(1898-1981) 

 

Azərbaycan  SSR  Xalq  Rəssamı,  Azərbaycan  rəssamlıq  sənətinin  ilk  peşəkar 



nümayəndələrindən biri Xalıqov Qəzənfər Ələkbər 1898-ci ildə anadan olmuşdur. 

Qəzənfər  Xalıqov  Azərbaycan  Dövlət  Rəssamlıq  Texnikumunda  təhsil 

almışdır. Uzun illər rəssam "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışmış, 

teatr  və  kino  dekorativ  sənətkarı  kimi  fəaliyyət  göstərmişdir.  Abşeron 

rayonunun Qobu qəsəbəsində Q.Xalıqovun şərəfinə orta məktəb və küçə vardır.  

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

İnternetdə:  

https://az.wikipedia.org

 

 

 

 

 



430 

 

19  Dekabr  –  Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Fərəc  Qarayevin  75  illiyi, 



(1943) 

 

Azərbaycan  bəstəkarı,  Azərbaycan  Respublikasının  əməkdar  incəsənət  xadimi 

(1982),  dosent  (1982),  professor  (1998)  Qarayev  Fərəc  Qara  Oğlu 1943-cü 

il dekabrın  19-da  Bakıda  anadan  olub.  1966-cı  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasının  bəstəkarlıq  şöbəsini  bitirmiş,  orada  qalıb  dərs  deməyə 

başlamışdır.  1999-cu  ildən  Moskva  Konservatoriyasının  Nəzəriyyə  kafedrasının 

professorudur.  A.Krupp  Fondunun  təqaüdçüsü  olub.  1980-1994-cü  illərdə 

BaKaRaensemble  kollektivinin  bədii  rəhbəri,  1994-1996-cı  illərdə  Moskvada 

Müasir  Musiqi  Assosiasiyasının  vitse-prezidenti  olmuşdur.  1995-ci  ildən  Bakıda 

Yeni  Musiqi  Cəmiyyətinin  prezidentidir. 1999-cu  ildə  "Humay"  mükafatına  layiq 

görülmüşdür. Almaniya istehsalı olan “Qoyya” filminin musiqi müəllifidir (1971, 

Q.Qarayevlə birlikdə).  



Əsərləri: Baletlər "Qobustan kölgələri" (1969), "Kaleydoskop" (1971). 

Monoopera: "Journey to love" (1978) – soprano və kamera orkestri üçün XX 

yüzilliyin şairlərinin şeirləri əsasında. 



Filmoqrafiya:  Biri  vardı,  biri  yoxdu...  (film,  1967),  Qanun  naminə  (film,  1968), 

İntizar (film, 1969), Bir cənub şəhərində (film, 1969), Həqiqətin özü (film, 2008) 

Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011). 

 

İnternetdə:  

https://az.wikipedia.org

 

 



 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə