F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 95 illiyi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə144/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   138   139   140   141   142   143   144   145   146

431 

 

21 Dekabr – Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 95 illiyi, 



 (1923-2008) 

Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 

21-də  Bakı  şəhərində  anadan  olmuşdur.  O,  1939-1944-cü 

illərdə  Asəf  Zeynallı  adına  Musiqi  Texnikumunda  təhsil 

almış  və  peşəkar  xanəndə  kimi  çıxış  etməyə  başlamışdır. 

Tükəzban  İsmayılova  1948-1956-cı  illərdə  Azərbaycan 

Dövlət Filarmoniyasının solisti olmuşdur (1939-1946, 1949-

1978).  Azərbaycan  Dövlət  Qastrol-Konsert  Birliyinin 

(1978-2008)  solisti  olmuşdur.  1994–2004-cü  illərdə  isə 

İncəsənət  Gimnaziyasında  pedaqoji  fəaliyyət  göstərmişdir. 

Milli  musiqimizin  böyük  sənətkarlar  nəslinin  görkəmli 

nümayəndəsi  olmuş  Tükəzban  İsmayılova  yüksək  ifaçılıq 

qabiliyyəti  və  səhnə  mədəniyyəti  ilə  fərqlənirdi.  Ömrünün 

altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban 

İsmayılova  musiqimizin  inkişafı  naminə  böyük  əmək  sərf  etmişdir.  Müğənninin 

oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə 

həmişəlik  daxil  olmuşdur.  Repertuarında  muğam,  təsnif, xalq  mahnıları  ("Kürdün 

gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərbaycan 

bəstəkarlarının  mahnıları  əsas  yer  tutur.  Onun  özünəməxsus  üslubda  oxuduğu 

“Qatar”,  “Xaric  segah”,  “Şahnaz”,  digər  muğam  və  mahnılar  milli  musiqi 

xəzinəmizi  zənginləşdirmişdir.  Tükəzban  İsmayılova  mədəniyyətimizdə  öz  dəst-

xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası 

ilə geniş yayılmışdır. Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə (Almaniya, 

Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrol səfərləri zamanı Azərbaycan 

mədəniyyətini  layiqincə  təmsil  etmişdir.  O,  respublikamızda  gənc  xanəndələr 

nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməmişdir.  

Tükəzban  İsmayılovanın  Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafındakı 

xidmətləri  yüksək  qiymətləndirilmişdir.  O,  Azərbaycan  Respublikasının  ali 

mükafatlarından  biri  olan  “Şöhrət”  ordeni  ilə  təltif  edilmişdir.  1993-cü  ildə 

Azərbaycan  Respublikasının  xalq  artisti  1998-ci  ildə  Azərbaycan  Respublikasının 

"Şöhrət  ordeni"  ilə  təltif  edilmişdir.  2008-ci  il  mart  ayının  24-də  Bakıda  vəfat 

etmişdir, məzarı II Fəxri Xiyabandadır. 

 

Filmoqrafiya: O olmasın, bu olsun (film, 1956), Havalansın Xanın səsi (film, 2001), 

Oxuyan ürəkdir (film, 2003) və s.  

 

İnternetdə:  

https://az.wikipedia.org 

 



432 

 

27 Dekabr – Xalq artisti, aktrisa Safurə İbrahimovanın 80 illiyi, (1938) 

   İbrahimova  Safurə Ağabala qızı 1938-ci il dekabr ayının 

27-də Bakıda doğulub.  Orta  məktəbi  bitirdikdən  sonra 

dram  dərnəyində  çalışıb. 1960-cı  ildə  Mirzağa  Əliyev 

adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino 

aktyorluğu  fakültəsinə  daxil  olub.  Birinci  kursda 

onu   Akademik  Milli  Dram  Teatrının  repertuarında 

olan İslam  Səfərlinin "Ana  ürəyi"  dramının  tamaşasında 

Xatirə    roluna    dəvət    ediblər.    Bundan    sonra    daha    bir  

neçə rol oynayan tələbə-aktrisa  1961-ci il  noyabr  ayının 

1-də Akademik  teatrın  truppasına  daxil  olub.  Həmin 

vaxtdan  indiyə  qədər  bu  kollektivdə  çalışır.  Xaraktercə  lirik-dramatik  aktrisadır. 

Komik  personajlarda  da  məharətlə  oynaya  bilir.  Səhnədə  səmimiyyəti,  obrazın 

psixoloji  xarakterini  həssaslıqla  duyması  ilə  seçilir.  Mənalı  sifət  ifadələrindən  və 

plastik  emosional  hərəkətlərdən  istifadə  etməkdə  səriştəlidir.  Safurə  İbrahimova 

səhnədə  Kamalə,  İnci  ("Toy"  və  "Xoşbəxtlər", Sabit  Rəhman),  Əsmər 

("Alov", Mehdi  Hüseyn),  Fernando  ("Dəlilər", Lope  de  Veqa),  Gülnar  və  Tamara 

("Vaqif",  Səməd  Vurğun),  Nazlı  ("Ölülər", Cəlil  Məmmədquluzadə),  Ofeliya 

("Hamlet", Vilyam  Şekspir),  Hafizə  ("Pəri  cadu", Əbdürrəhim  bəy  Haqverdiyev), 

Karola  ("Füsunkar  qız",  Mlkolaş  Dyarfaş),  Jasmen,  Vəfa  ("Knyaz"  və 

"Xəyyam", Hüseyn  Cavid),  Daduno  ("Darıxma,  ana!", Nodar  Dumbadze),  Sona 

("Xanuma",  Avksenti  Saqareli),  Cen  ("Mariya  Tüdor", Viktor  Hüqo),  Maral 

("Sənsiz",  Şıxəli  Qurbanov),  Saşa  ("Canlı  meyit", Lev  Tolstoy),  Sevil 

("Sevil", Cəfər Cabbarlı), Balaxanım ("Adamın adamı", Anar), Mədinə, Tubu xanım 

("Sevgililərin  cəhənnəmdə  vüsalı"  və  "Hökmdar  və  qızı",  İlyas  Əfəndiyev), 

Durdensiya  ("Dişi  canavar",  Federiko  Qarsia  Lorka),  Zəhra  bəyim  ("Anamın 

kitabı", Cəlil Məmmədquluzadə), Mələk ("Köhnə ev", Əli Əmirli) rollarında daha 

çox sənət uğurları qazanıb. Aktrisanın kino rolları arasında Telli ("Arşın mal alan"), 

Həbibə  ("Qatır  Məmməd"),  Dilbər  ("Sevil"),  Gülpəri  ("Dərviş  Parisi  dağıdır"), 

Mədinə ("Alma almaya bənzər") obrazları daha məşhurdur. Safurə İbrahimova teatr 

sənətindəki  xidmətlərinə  görə  Azərbaycan  Respublikasının  əməkdar  artisti  (1 

iyun 1974)  və  xalq  artisti  (24  dekabr 2002)  fəxri  adları  ilə  təltif  edilib.  Mehdi 

Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsindəki Rəna roluna görə 

Dövlət mükafatı laureatıdır. SSRİ dövründə Novruz bayramı keçirilərkən, ilk bahar 

qızı məhz Səfurə İbrahimova olub. 



Filmoqrafiya: Arşın  mal alan (film, 1965), Bizim Cəbiş müəllim (film, 1969), O 

qızı tapın (film, 1970), Sevil (film, 1970), Qatır Məmməd (film, 1974), Alma almaya 

bənzər (film, 1975), Dərviş Parisi partladır (film, 1976), Şir evdən getdi (film, 1977), 

Qayınana (film, 1978), Əlavə iz (film, 1981), Sən həmişə mənimləsən (film, 1987), 

Sahilsiz gecə (film, 1989), Hökm (film, 1994) və s. 

İnternetdə:  

https://az.wikipedia.org

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə