F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi, (1928-2008)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə142/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   138   139   140   141   142   143   144   145   146

424 

 

12 Dekabr – Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi, (1928-2008) 



 

 Çingiz    Torekuloviç  Aytmatov  1928-ci  il  dekabr  ayının  12-də  Qırğızıstanın 

Şəkər qışlağında anadan olmuşdur.1937-ci ildə valideynləri Stalin repressiyasının 

qurbanları  olduğuna  görə  o,  bibisinin  himayəsi  altında  böyümüş,  8-ci  sinfi 

bitirdikdən  sonra  Cambul    Zoo  –  texnikumuna  daxil  olmuş,  1948-1953-cü  illərdə 

Aytmatov Bişkekdəki Kənd  Təsərrüfatı  Universitetində  təhsil  almışdı. Onun  ilk 

əsərləri  1952-ci  ildə  dövri  mətbuatda  qırğız  dilindəki  çap  olunmağa  başladı. 

Aytmatovun  Moskvadakı  Ali  ədəbiyyat  kursuna  yazılması  yalnız 1956-cı  ildə, 

atasının  bəraət  almasından  sonra  mümkün  oldu.  Kursu  bitirdiyi  ildə  "Oktyabr" 

jurnalında  onun qırğız  dilindəki  "Üz-üzə"  hekayəsinin rus  dilinə  tərcüməsi  dərc 

olundu.  Həmin  il  "Yeni  dünya"  jurnalında  Aytmatovun  bir  sıra  hekayələri  və 

yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü gördü. Yazıçı 1990-

1994-cü  illərdə  SSRİ-nin  və  sonradan  Rusiyanın  Benilüks  ölkələrindəki  səfiri 

vəzifəsində  çalışıb.  2008-ci  ilin  martınadək  Qırğızıstanın  Fransada,  Belçika, 

Lüksemburq  və  Niderlanddakı  səfiri  olub.  2006-cı  ildə  “İlin  avtoqrafı”  kitabının 

buraxılışında  iştirak  edib.  Ç.Aytmatov SSRİ  Ali  Sovetinin deputatı, Qırğızıstan 

Kommunist  Partiyasının  Mərkəzi  Komitəsinin  üzvü,  Yazıçılar  İttifaqının  və 

Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet 

Həmrəylik  Komitəsinin  rəhbərlərindən  biri,  "Xarici  ədəbiyyat"  jurnalının  baş 

redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi. 

Çingiz  Aytmatov  10  iyun  2008-ci  il  tarixində  müalicə  keçdiyi  Almaniyanın 

Nürnberq şəhərində yerləşən klinikada vəfat edib. 



Kitabları:  “Çətinlikli  keçid”  (1956),  “Üz-üzə”  (1957),  “Cəmilə”  (1958),    “İlk 

müəllimim”  (1962),  “Əlvida,  Gülsarı”  (1966),  “Ağ  gəmi”  (1970),  “Gün  var  əsrə 

bərabər” (1980), “Dağlar düşəndə” (2007) və s. 

 

 

İnternetdə: 

https://az.wikipedia.org

 



425 

 

20 Dekabr – Türk şairi Məhməd Akif Ərsoyun  145 illiyi, (1873-1936) 



 

 

 Məhməd  Akif  Ərsoy  1873-cü  ildə  İstanbulun  Fateh  səmtində  dünyaya  gəlib. 

M.Akif  ilk  və  orta  təhsilini  Fatehdə  almışdır.  Ali  təhsil  üçün  Beynəlxalq  Hüquq 

İnstitutuna  girsə  də,  təhsilini  yarımçıq  qoyub  baytarlıq  təhsilinə  başlamış,  buranı 

qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı 

dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulması ilə Anadoluya 

keçərək  xalqı  milli  azadlıq  hərbi  üçün  ruhlandırmış  və  böyük  işlər  görmüşdür. 

Türkiyə  Cümhuriyyətinin  qurulmasından  sonra  Misirə  getmiş  və  Misir 

Universitetində türk  dili dərsləri  vermiş, 1936-cı  ildə  ölkəyə  qayıtmış  və   27 

dekabr 1936-cı ildə dünyasını dəyişmişdir. M.Akif 1908-ci ildə ikinci məşrutiyyənin 

elan  edilməsi  ilə  yanaşı,  Əşrəf  Ədibin  nəşr  etdiyi  Sırati-Müstəqim,  sonra  isə 

Səbilürrəşad jurnallarında məqalələri ilə çıxış etməyə, şeirlər və müasir misirli İslam 

yazıçılarının  əsərlərindən tərcümələr etməyə başlamışdır. Məhəmməd Akif  20-ci 

əsrin ən böyük türk şairidir. Bir millətin var olma mübarizəsinin simvolu olan İstiqlal 

marşını da şair Məhməd Akif Ərsoy qələmə almışdır. 

Kitabları: “Süleymaniyə kürsüsündə” (1912), “Fatih kürsüsündə” (1913), “Haqqın 

səsləri”  (1913),  “Xatirələr”  (1917),  “Asım”  (1919),  “İstiqlal  marşı” (1921), 

“Kölgələr” (1933) və s.  

İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 



 

 



426 

 

24 Dekabr – Polyak şairi Adam Mitskeviçin 220 illiyi, (1798-1855) 

 1798-ci 

il  dekabr  ayının  24-də  Novoqrudka 

yaxınlığındakı    Zaosye  kəndində  anadan  olub.  Məktəbdə 

tarix və  ədəbiyyata  maraq  göstərsə  də,  Adam Mitskeviç 

1815-ci  ildə  Vilnüs  Universitetinin  fizika-riyaziyyat 

fakültəsinə  daxil  olmuşdur.  Mitskeviçin  ilk  şeirlər  toplusu 

(1822-1823)  polyak  ədəbiyyatında  romantik  cərəyanın 

manifesti olmuş, 1822-ci ildə çıxan ballada və romanslardan 

ibarət  şeirlər  kitabı  onu  Polşanın  demokratik  düşüncəli 

insanlarının  sevimlisinə  çevirmişdi.  Aleksandr  Sergeyeviç 

Puşkin  onun  istedadını  yüksək  qiymətləndirmişdir. 

A.Mitskeviç  Peterburqda  olarkən  polyak  əsilli  şərqşünas 

Senkeviçlə  görüşmüş,  universitetdə  çalışan  azərbaycanlı  alim  Azərbaycan 

şərqşünası Mirzə Cəfər Topçubaşovla da tanış olur. Maraqlıdır ki, avropalı müəllifin 

şeirlərinin fars dilinə ilk tərcüməsi də Topçubaşova məxsusdur. Şərq ədəbiyyatının 

bu iki görkəmli bilicisi ilə dostluq və əlaqələr Polşa şairinə Şərq haqqında daha çox 

məlumat  əldə  etməyə  imkan  vermişdi.  Digər  tərəfdən,  azərbaycanlı  alim 

A.Mitskeviçin  gənc,  ləyaqətli,  müdrik  və  xeyirxah  simasında  həqiqətən  də 

zəmanəsinin böyük ustadını və öz xalqının seçilmiş sənətkarını görürdü. Şübhəsiz, 

qarşılıqlı hörmətin nəticəsi olaraq, Mitskeviç 1826-cı ildə Mirzə Cəfərdən xahiş edir 

ki, onun "Gözlev çöllərindən dağların görünüşü" adlı sonetini fars dilinə tərcümə 

etsin.  Topçubaşov  soneti  fars  dilinə  tərcümə  edərkən  tələbəsi Aleksandr 

Xodzkonun tərtib etdiyi sətri tərcümədən istifadə edir. A.Mitskeviç yaradıcılığının 

inkişafına  qabaqcıl  rus  ədəbiyyatı  böyük  təsir  göstərmişdir.  Mitskeviçlə  Puşkinin 

əlaqələrini də xüsusi qeyd etmək lazımdır. Puşkinin Mitskeviçə həsr etdiyi "O bizim 

aramızda yaşayıb", "Fəvvarələrin sərinliyində" şeirlərini xatırlayaq. Bundan əlavə 

"Yevgeni  Onegin",  "Dubrovski",  "Tunc  atlı"  "Sərt  xasiyyətli  Dante  sonetə  nifrət 

etmirdi" və s. əsərlərdə onun adı yad edilir. Adam Mitskeviçin bütün yaradıcılığında 

Polşa sevgisi, onun azadlığı uğrunda mübarizəsi açıq-aydın hiss olunur. O, bütün 

şeirlərində  sevdiyi  Vətəninin  xilas  olması,  bütün  maneələrə  və  təhlükələrə  qarşı 

mübarizənin  aparılmasını  tərənnüm  edir.  Şeirlərinin  böyük  əksəriyyətini  gəncliyə 

xitabən  yazan  şair  millətinə  daim  doğrunu  izah  etdiyi  üçün  geniş  oxucu  rəğbəti 

qazanmışdır.  Ümumiyyətlə,  Vətən  sevgisi,  müstəqillik,  azadlıq  demək  olar  ki, 

zaman-zaman  bütün  polyak  yazarlarının  yaradıcılığında  özünü  qabarıq  şəkildə 

göstərir.  1855-ci  il  noyabrın  26-da  Adam  Mitskeviç  İstanbulda,  Perada  (indiki 

Bəyoğluda) vəfat edib. 



İnternetdə: 

https://az.wikipedia.org

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə