395
29 Noyabr – Xalq rəssamı Tahir Salahovun 90 illiyi, (1928)
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da
Bakı şəhərində anadan olub. 1957-ci ildə
V.İ.Surikov adına Moskva Dövlət İncəsənət
İnstitutunu rəssam nəqqaş peşəsi üzrə bitirib. 1960-
1961-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının
məsul katib vəzifəsində, sonra 1963-74-cü illərdə
isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr
institutunda dosent, professor vəzifələrində çalışıb.
Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının
müdiri olub. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də
V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. Sənətinə
dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız-hesabsız mükafatlar alıb. Fırça
ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist
Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci
və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan
"İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə,
müxtəlif medallara və mükafatlara layiq görülüb. Tahir Salahov Amerika Birləşmiş
Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır. Sənətkarın
fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye
peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət
daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul
Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də
sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Tahir Salahovun şah əsərlərindən
biri sabiq prezident Heydər Əliyevin portretidir. Bakıda yaşadığı dövrdə isə
Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973-cü
ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov, eləcə də YUNESKO-
nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildə
Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. Elə buna görə də çox
zaman onu "incəsənətin səlahiyyətli səfiri" də adlandırırlar. Azərbaycan
Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev"
ordenini təqdim etmişdir. 8 iyul 2011-ci il tarixində Tahir Salahov Avropa Elm və
İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilib.
Filmoqrafiya: Əllər və rənglər (film, 1974), Arzuya doğru (film, 1983), Səttar
Bəhlulzadə (film, 1988), Ürək nəğməsi (film, 1989), Həsrətli gözlərin rəsmi (film,
2003), Bakı bağları. Buzovna (film, 2007), Qəlbi ilə çəkən rəssam (film, 2011).
İnternetdə:
https://az.wikipedia.org
396
Milli Qəhrəmanlar Zirvəsi
1 Noyabr – Azərbaycanın Milli Qəhrəmanı Şahbazov Yavər Əlibala oğlunun
45 illiyi, (1973-1995)
Şahbazov Yavər Əlibala oğlu 1 noyabr 1973-cü ildə Xaçmaz
rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta
məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının
diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda
savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi
komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart
hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə
qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin
zərərsizləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı
döyüşçünü xilas etdi, özü isə qəhrəmancasına həlak oldu. Subay idi. Xaçmaz
rayonunda dəfn edilmişdir. Oxuduğu orta məktəb qəhrəmanımızın adını daşıyır.
Məktəbin önündə və Xaçmaz şəhərində qəhrəmanımızın büstü qoyulub. 2003-cü
ildə onun xatirəsinə Alekseyevka kəndində Şəhidlər abidəsi ucaldılıb.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı
fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" adı verilmişdir.
İnternetdə:
https://az.wikipedia.org
397
17 Noyabr – Azərbaycanın Milli Qəhrəmanı Murtuzəliyev Sergey Murtuzəli
oğlunun 55 illiyi, (1963-1993)
Sergey Murtuzəli oğlu 1963-cü il 17 noyabr Bakının Pirallahı qəsəbəsində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur.
Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alır. Sergey polkovnik-
leytenant rütbəsi də almışdır. Qəlbi hər an Vətən eşqi ilə döyünən
Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlar
etmiş, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərmişdi.
Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı.
Vətən övladının adı dilləri gəzirdi, əfsanəyə çevirilmişdi. O, havaya qalxanda
əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı hamı onun Sergey
olduğunu bilərdi. 30 avqust 1993-cü il təlim uçuşu zamanı kursantlara təyyarənin
sirlərini öyrədərkən qəzaya uğradılar faciədən xilas olmaq mümkün olmadı... Evli
idi, iki övladı yadigar qalıb. Sergey Murtuzəliyev Suleyman rayonun Darğuş
kəndində dəfn edilmişdir. "N" saylı Hərbi Aviasiya alayında qəhrəmanımızın büstü
qoyulub.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı
fərmanı ilə Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
İnternetdə:
https://az.wikipedia.org