F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 248,66 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix04.11.2017
ölçüsü248,66 Kb.
#8260
1   2   3   4   5   6   7   8   9

12 

 

qarşısının alınması, mədəniyətlər və dinlərarası dialoqun uğurları-



nın təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır. 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  ilk  gündən  azsaylı 

xalqlara,  milli-dini  azlıqların  nümayəndələrinə  həssaslıqla  yana-

şır,  onların  problemlərinin  həlli  üçün  bütün  lazımi  tədbirləri 

həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini 

azlıqların  birgə  yaşayışı  üçün  kifayət  qədər  tolerant  mühitin 

olduğunu məmnunluqla bildirir. 

Tolerantlıqla bağlı qərb ölkələrinə nümunə ola biləcək Azər-

baycanda  möhtəşəm  şəkildə  təşkil  olunmuş  İkinci  Beynəlxalq 

Humanitar  Forum  keçirilmişdi.  Milli,  irqi,  dini  dözümlülüklə 

bağlı  dünyaya  mesajı  özündə  ehtiva  edən  həmin  forumun  açılış 

mərasimində  ölkə  Prezidenti  cənab  İlham  Əliyev  bildirmişdi: 

“Azərbaycan  əsrlər  boyu  mədəniyyətlərin  qovuşduğu  bir  diyar 

olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri 

Azərbaycanda  bir  ailə  kimi,  sülh,  əmin-amanlıq,  qarşılıqlı 

anlaşma  şəraitində  yaşamışlar.  Bu  müsbət  meyillər  bu  gün  də 

davam  edir.  Mən  əminəm  ki,  bu  meyillər  gələcəkdə  daha  da 

gücləndiriləcək  və  Azərbaycan  uğurla  inkişafına  davam  edəcək-

dir.” 

Heydər  Əliyev  Fondunun  vitse-prezidenti  Leyla  Əliyevanın 



təşəbbüsü  ilə  ötən  il  Böyük  Britaniya  parlamentində  “Avropa 

multikulturalizminin  perspektivləri:  Dinlərarası  dialoq  və  dini 

tolerantlığın  Azərbaycan  modeli”  mövzusunda  tədbir  keçirilib. 

Azərbaycandakı  tolerantlıq  mühitinin  başqa  ölkələrə  nümunə 

kimi  dəyərləndirilən tədbirdən məlum olur ki,  Avropa ölkəmizin 

bu müsbət təcrübəsini öyrənməkdə maraqlıdır. 

Həmçinin  bu  günlərdə  Fransanın  Bordo  şəhərində  Azərbay-

canda dini tolerantlıq mövzusunda tədbir keçirilib. Azərbaycanda 

tolerantlığın  nümunəvi  səviyyəyə  çatdığı  vurğulanan  tədbirdə 

iştirak  edən  Fransanın  “Fəxri  legionordeni  mükafatçısı  müfti 

Tareq Ubru Jirond, Müsəlman Federasiyasının Baş katibiMüslim 

Şərafəddin, Fransa Yəhudi icmasının Akitin Şurasının prezidenti 

Albert  Roshe,  Fransa  Terror  Qurbanları  Assosasiyasının  vitse-



13 

 

prezidenti Pyer Koneza Azərbaycan hökumətinin həyata keçirdiyi 



pozitiv  sekulyarizim  modelinin  Fransa  və  bir  sıra  başqa  Avropa 

dövlətləri tərəfindən örnək ola biləcəyini qeyd ediblər.” 

 

Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkil 



Ombudsman  Aparatı

 

uşaq  hüquqları  üzrə  resurs  mərkəzi  olan 



Azərbaycan  Uşaq  və  Gənclərin  Sülh  Şəbəkəsinin  təşəbbüsü  ilə 

Bakı  Slavyan  Universitetinin  məktəb-lisey  kompleksində  16 

noyabr-Beynəlxalq Tolerantlıq Günü münasibətilə ibtidai və orta 

sinif şagirdləri üçün açıq məşğələlər keçirilmişdir.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil 



Ombudsman Aparatının nümayəndəsi Gülnar Rəhimova çıxışında 

bildirmişdir ki, 16 noyabr 1995-ci il tarixində YUNESKO-ya üzv 

dövlətlər  Tolerantlıq  prinsipləri  haqqında  Bəyannamə  qəbul 

etmişlər.  BMT  Baş  Assambleyasının  1996-cı  il  qərarına  əsasən, 

quruma üzv ölkələrə hər il bu tarixi Beynəlxalq Tolerantlıq Günü 

kimi  qeyd  etmək  və  bununla  əlaqədar  təhsil  müəssisələrində, 

eləcə  də  geniş  ictimaiyyət  arasında  müvafiq  tədbirlər  keçirmək 

tövsiyə 


olunmuşdur

Tolerantlıq 



prinsipləri 

haqqında 

Bəyannamədə deyilir ki, bütün insanlar öz təbiətlərinə görə fərqli 

olsalar  da,  dəyər  və  hüquqlarına  görə  bərabərdirlər.  Bu  sənədə 

görə,  dözümlülük  dünyada  mədəniyyətlərin,  özünüifadənin  və 

insan  şəxsiyyətinin  təzahürünün  müxtəlifliyinin  başa  düşülməsi, 

qəbul edilməsi və buna hörmət göstərilməsidir. Tolerantlıq hər bir 

insana  heç  bir  diskriminasiya  olmadan  iqtisadi  və  sosial  inkişaf 

imkanı yaradılmasını tələb edir.

 

Azərbaycanın indi bütün dünyada həm də yüksək tolerantlıq 



örnəyi  kimi  tanındığı  diqqətə  çatdırılmış,  Ulu  öndər  Heydər 

Əliyevin  ölkəmizdə  tolerantlığın  qorunub  saxlanılması  istiqamə-

tində  həyata  keçirdiyi  tədbirlərin  ölkəmizi  müxtəlif  milli  və 

mədəni dəyərlərin qovuşduğu məkana çevirdiyi vurğulanmışdır. 

Qeyd olunmuşdur ki, Azərbaycan indi dünyanın nadir ölkələ-

rindəndir  ki,  burada  bütün  millətlər,  xalqlar,  bütün  dinlərin 

nümayəndələri  bir  ailə  kimi  yaşayır.  Həmin  siyasətin  hazırda 



14 

 

Prezident  İlham  Əliyev  tərəfindən  davam  etdirildiyi  nəzərə 



çatdırılmışdır. 

Aparatın  təmsilçisi  Ombudsman  Elmira  Süleymanovanın 

fəaliyyətində uşaq hüquqlarının müdafiəsinin də mühüm yer tut-

duğunu  vurğulamış,  Müvəkkilin  bu  istiqamətdə  həyata  keçirdiyi 

tədbirləri  diqqətə  çatdırmışdır.  Avropa  Şurasının  Uşaqların  cinsi 

istismar  və  sui-istifadədən  müdafiəsinə  dair  Konvensiyasının 

ölkəmiz  tərəfindən  imzalandığını  nəzərə  alaraq,  Müvəkkilin  bu 

Konvensiyanın  Milli  Məclis  tərəfindən  ratifikasiya  edilməsini, 

həmçinin  “Uşaqların  cismani  cəzadan  müdafiəsi  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  qəbul  olunmasını  təklif 

etdiyi diqqətə çatdırılmışdır. 

Bakı  Slavyan  Universitetinin  məktəb-lisey  kompleksinin 

direktoru  İlahə  Carçıyeva  yüksək  tolerantlıq  nümunəsi  olan 

ölkəmizdə  bütün  milli  azlıqların,  etnik  qrupların  təmsilçisi  olan 

uşaqlar  üçün  də  heç  bir  ayrı-seçkiliyə  yol  verilmədən  ahəngdar 

inkişaf imkanlarının yaradıldığını bildirmişdir. 

Qeyd edilmişdir ki, tolerantlıq Azərbaycan xalqının ruhunda-

dır, çoxmillətli  ölkəmizdə, müxtəlif dinlərin, mədəniyyətlərin və 

sivilizasiyaların birgəyaşayışı təmin edilmişdir. 

Göründüyü kimi, son illər dünyanın dinlərarası və mədəniy-

yətlərarası dialoq  mərkəzinə çevrilən Azərbaycanda hər bir xalqa 

və  dinə  bərabər  yanaşma  mövcuddur.  Təbii  ki,  ölkəmizdə  yaşa-

yan  bütün  xalqların  və  dinlərin  nümayəndələrinə  yaradılan 

tolerant  mühitin  təməlində  xalqımızın  qonaqpərvərliyi,  səmimi-

liyi  və  bir  də  bərabər  hüquq  və  humanizmi  özündə  əks  etdirən 

təkmil qanunvericilik dayanır. 

 

 

 



 

 

 




Yüklə 248,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə