F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 248,66 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix04.11.2017
ölçüsü248,66 Kb.
#8260
1   2   3   4   5   6   7   8   9

 

Azərbaycanda  dini  tolerantlığın  formalaşmasında  Heydər 



Əliyevin xidmətini dəyərləndirən ümumgürcüstan patriarxı II İlya 

Azərbaycanda  mövcud  olan  dini  tolerantlıqdan,  ulu  öndərin  və 

onun  davamçısı  olan  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin  bu  sahədəki  fəaliyyətindən  bəhs  edərkən 

demişdir: 

“Bu  gün  Azərbaycanda  mövcud  olan  tolerant  mühitin 

formalaşmasında Heydər Əliza oğlu Əliyevin xidməti böyükdür. 

Azərbaycanın  öz  ənənəvi  dəyərlərini  qoruyub  saxlamaqla 

müasir  dünyanın  çağırışlarına  ləyaqətli  cavab  verə  bilməsi 

şəxsən  onun  və  onun  davamçılarının  müdrik  və  uzaqgörən 

siyasətinin nəticəsidir. ” 

Ulu  öndər  başqa  dinlərə  qarşı  dözümlülük  və  tolerantlıq 

münasibətini həmişə öz fəaliyyəti və öz əməli ilə sübut etmişdir. 

Heydər Əliyev Azərbaycanda  yaşayan dini icmalara həmişə  hör-

mət  və  ehtiramla  yanaşmış,  onların  bayramlarını  təbrik  etmiş, 

adət ənənələrinə qayğı ilə yanaşmışdır. Məsələn, İsa peyğəmbərin 

mövludu  münasibəti  ilə  Azərbaycandakı  pravoslav  icmasının 

bayramını  təbrik  edən  Heydər  Əliyev  demişdir:  Sizi  İsa 



peyğəmbərin  Mövlüd  bayramı  münasibətilə  təbrik  edirəm! 

Dünyanın  bütün  pravoslav  xristianları  üçün  bu  işıqlı  gündə 

sizlərə cansağlığı, səadət diləyirəm. Arzu edirəm ki, sizin bütün 

nəcib  niyyətləriniz  yerinə yetsin, bütün diləkləriniz  başa gəlsin. 

İnanıram  ki,  Azərbaycandakı  pravoslav  icmasının  firavanlığı 

vətənimizin  tərəqqisi  və  çiçəklənməsi,  bütün  vətəndaşlarımızın 

xoşbəxt gələcəyi üçün etibarlı zəmin olacaqdır.” 

Azərbaycanda müxtəlif dinlərin birliyinin nümunəvi xarakter 

daşıdığını vurğulayan ulu öndər bu xüsusiyyətləri xalqımızın dini 

dözümlülüyünü  göstərən  fakt  hesab  etmişdir.  Heydər  Əliyev 

1998-ci il mayın 13-də Prezident sarayında ölkənin din xadimləri 

ilə  görüşündə  söylədiyi  nitqində  Azərbaycanda  müxtəlif  dinlərin 

birliyinin  nümunəviliyini  vurğulamış  və  mövcud  tolerantlığı 

aşağıdakı  kimi  şərh  etmişdir:  Azərbaycanda  müxtəlif  dinlərin 



bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter 


10 

 

daşıyır.  Bu,  əslində  Azərbaycanın  reallığını,  eyni  zamanda 



Azərbaycan  xalqının  dini  dözümlülüyünü  göstərir.  Azərbay-

canda  əhalinin  əksəriyyətini  İslam  dininə  etiqad  edən 

azərbaycanlılar  təşkil  edir.  Ancaq  eyni  zamanda  Azərbaycanda 

xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif 

millətlərin  nümayəndələri  də  yaşayırlar.  Azərbaycanlılar  başqa 

dinlərə  münasibətdə  həmişə  dözümlü  olublar  və  bunu  bizə 

Quran, Həzrəti Məhəmməd vəsiyyət  edibdir.  Amma  ən mühüm 

odur  ki,  bu  xeyirxah,  müqəddəs  vəsiyyət  yerinə  yetirilsin. 

Azərbaycanlıların bu vəsiyyəti müqəddəs tutması xalqımızın çox 

mühüm  keyfiyyəti,  xüsusiyyətidir  və  biz  bununla  fəxr  edə 

bilərik.” 

Dini  dözümlülüyü,  tolerantlığı  daima  dəstəkləyən  Heydər 

Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını həmişə tövsiyə 

edirdi. Yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlü-

lük  ruhunda  tərbiyəsinin  vacib  məsələ  olduğunu  vurğulayan 

Heydər Əliyev eyni zamanda bu işin mürəkkəb və çətin olduğunu 

da  qeyd  edirdi.  O,  gənclərdə  tolerantlıq  mədəniyyətinin  uşaqlıq-

dan  tərbiyə  olunmasını  diqqətə  çəkərək  ünsiyyət  mədəniyyətinin 

formalaşdırılması  və  Azərbaycan  gənclərində  bu  xüsusiyyətlərin 

tərbiyə edilməsinin vacib şərt olduğunu bizlərə tövsiyə etmişdir. 

Ulu  öndərin  siyasətini  ləyaqətlə  davam  etdirən  Prezident 

İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyə-

tinin  inkişafı,  milli-mənəvi  dəyərlərimizin  qorunması,  İslam 

dininə  hörmət  və  ehtiramın  güclənməsi,  başqa  dinlərə  qarşı 

dözümlülüyün  daha  da  möhkəmləndirilməsi  sahəsində  xeyli  iş 

görülmüşdür.  Qeyd  edək  ki,  Prezident  İlham  Əliyev  İslam 

mədəniyyəti  ilə  bağlı  tarixi-memarlıq  abidələrinin,  məscid  və 

ziyarətgahların,  müqəddəs  dini  ibadət  və  inanc  yerlərinin  təmiri 

və  bərpası  ilə  bağlı  bir  çox  xüsusi  sərəncamlar  imzalamışdır. 

Məsələn,  son  illərdə  Bibiheybət,  Təzəpir,  Əjdərbəy,  Nardaran, 

Mir  Mövsüm  ağa  və  digər  məscid  və  ziyarətgahlar  əsaslı  təmir 

olunmuş,  onların  təchizatına  diqqət  yetirilmişdir.  İlham  Əliyev 

dindarların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşmış, bütün 



11 

 

dini bayram və mərasimlərdə şəxsən iştirak etmiş, İslam və başqa 



dinlərə  etiqad  edən  dindarları  dini  bayram  münasibətilə  təbrik 

etmişdir. 

Azərbaycanda  tolerantlığın  möhkəm  əsasları  olduğunu  vur-

ğulayan Prezident İlham Əliyev respublikamızda yaşayan müxtə-

lif din nümayəndələrinin əmin-amanlıq şəraitində rahat yaşadıqla-

rını  dəfələrlə  qeyd  etmişdir.  Ölkəmizdə  müxtəlif  dini  icmaların 

dövlət qeydiyyatından keçərək fəaliyyət  göstərməsi Azərbaycan-

da dini tolerantlığın bariz nümunəsi sayıla bilər. 

İslamda  tolerantlıq  dinin  əsas  ünsürü  kimi  qəbul  edilir, 

müqəddəs “Qurani Kərim”də bununla bağlı bütpərəstlərə xitabən 

buyrulur:  “Sizin  öz  dininiz  var,  mənim  öz  dinim”  (“Kafirun” 

surəsi,  6).  Bu  ayədən  insanların  müxtəlif  inamda  və  fikirdə  ola 

biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı 

aydın  görünür.  İslama  görə,  tolerantlıq  güclü  qarşısında 

dözümlülük  nümayiş  etdirmək  deyildir,  əksinə,  özündən  zəifə, 

yaxud bərabər olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. 

Prezident İlham Əliyev ölkədə insan Hüquq və azadlıqlarının 

müdafiəsinin  səmərəliliyinin  artırmaq  məqsədiilə  2011-ci  il 

dekabrın 27-də imzaladığı Sərəncamla  “Azərbaycan Respublika-

sında  insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin  səmərəliliyini 

artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”nı  təsdiq  etmişdir. 

Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və 

demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların qurucu-

luğuna,  aidiyyəti  problemlərin  həllinə  və  zorakılığın  qarşısının 

alınmasına  yönəlmiş  davamlı  bir  proses  kimi  dərk  edilir.  İnsan 

hüquqlarının  müdafiəsi  və  demokratikləşmə  spontan  şəklində 

həyata keçirilən və bu sahədə mövcud standartlar tətbiq olunma-

yana qədər lazımı səmərə verə bilməz. Milli Fəaliyyət Proqramı-

nın “İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maariflən-

dirmə  tədbirləri”ndən  bəhs  edən  dördüncü  fəslin  4.11-ci  maddə-

sində  insan  hüquq  və  azadlıqlarına  mühüm  təhlükə  yaradan 

təcavüz,  terrorçuluq,  korrupsiya,  insan  alveri  kimi  cinayətlərin 




Yüklə 248,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə