F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 248,66 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix04.11.2017
ölçüsü248,66 Kb.
#8260
1   2   3   4   5   6   7   8   9

 

ictimaiyyəti,  o  cümlədən  nüfuzlu  beynəlxalq  təşkilatlar,  habelə 



dünya miqyasında tanınmış dini liderlər ölkəmizin  sülhpərvərli-

yini,  tolerantlığını,  başqa  dinlərlə  dialoqa  hazırlıq  ruhunu  etiraf 

edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər. 

Allahşükür Paşazadə, 

bütün Qafqazın şeyxi  

 

Təsadüfi  deyil  ki,  bu  gün  Azərbaycanda  məscidlərlə  yanaşı 

sinaqoqlar,  kilsələr  də  fəaliyyət  göstərir.  Müxtəlif  dini  icmaların 

fəaliyyəti  azaddır.  Dövlətin  ayırdığı  vəsait  hesabına  çoxsaylı 

kilsələr bərpa olunub. 

Hacı Mirəziz Seyidzadə

Qafqaz Müsəlmanları İdarəsinin keçmiş şöbə müdiri 

 

 

Tolerantlıq  Azərbaycan  xalqının  xarakterik  cəhətidir: 



“Azərbaycan müstəqiliyini əldə edəndən sonra dövlətin ideologi-

yasında  da  əsrlərdən  gələn  ənənə  möhkəmləndirilib.  Bir  yerdə 

yaşamaq, fərqli mədəniyyət və din sahiblərinin birgə yaşayışının 

dövlət səviyyəsində rəsmi təsdiqi var və bu Konstitusiyamızda da 

təsbit olunub. Yaradılan mühit onu göstərir ki, Azərbaycan bütün 

Cənubi Qafqazda tolerantlıq nümunəsidir. Burada fərqli mədəniy-

yətlərin, dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub. 

Füzuli Qurbanov, 

fəlsəfə doktoru 

 

 

 

 

 

 

 

 



 

 



           Azərbaycanda dini tolerantlığın formalaşması 

 

T

olerantlıq  latınca  “tolerare”  kökündən  törəyib  :  “dözmək, 



səbir etmək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir ver-

məmək,  yaxşı  qarşılamaq”  mənalarını  verir.  Tolerantlıq  türk 

dilində “xoşgörü”, ərəb dilində “musamihə” terminləri ilə paralel-

lik  təşkil  edir.  Tolerantlığın  xor  baxmaq  və  qadağan  etməkdən 

başqalarının  inanc  və  düşüncələrinə  hörmət  etməyə  qədər 

müxtəlif mənaları mövcuddur. 

Tolerantlıq  sivil  dünyanın  demokratik  dəyərlər  uğrunda 

mübarizə salnaməsində xüsusi yer tutur. Hələ qədim zamanlardan 

insanlarda  bir-birinin  fərqli  baxışlarına,  fikir  və  düşüncələrinə 

dözümlü  yanaşma  mədəniyyəti  formalaşmağa  başlamış,  zaman 

keçdikcə  tolerantlıq  hər  bir  cəmiyyətdə  sivil  harmoniyanın,  sülh 

və barışın təmin olunmasında həlledici amilə çevrilmişdir. 

1995-ci  il  noyabrın  16-da  keçirilmiş  YUNESKO  Baş  Kon-

fransının 28-ci  sessiyasında Tolerantlıq  prinsiplərinə dair bəyan-

namə  qəbul  olundu.  Bu  bəyannamədə  vurğulanır  ki,  “dözümlü-

lük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı 

əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözüm-

lülük,  insan  hüquqlarına  dair  beynəlxalq  hüquq  aktlarında 

müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdiril-

məsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”. 

Azərbaycan  tarixən  dinlərarası  münasibətlərin  inkişafında 

mühüm rol oynamışdır. Ölkəmizdə həmişə milli dözümlülük, dini 

tolerantlıq çox yüksək səviyyədə olmuşdur. Tarixən formalaşmış 

bu siyasət müstəqillik dövründə də uğurla davam etdirilir. 

Azərbaycan  müxtəlif  etnik  və  dini  qrupların  mehriban 

şəraitdə yaşadığı çoxmillətli ölkədir. 1995-ci ildə qəbul olunmuş 

Azərbaycan Konstitusiyası mənşəyindən ,vədilindən asılı olmaya-

raq  hər  kəsin  hüquq  və  azadlıqlarına  hörməti  təmin  edir.  Milli 

azlıqların  cəmiyyətin  həyatında,  eləcə  də  ölkə  səviyyəsində 

keçirilən  birgə  tədbirlərdə  fəal  iştirakları  Azərbaycanda  mövcud 




 

olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Ölkəmiz müstəqillik 



əldə  etdikdən  sonra  1993-cü  ildən  başlayaraq  ümummilli  lider 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  milli  azlıqların  ədəbiyyat,  mədə-

niyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf 

etdirilməsinə qanuni zəmin yaradıb. Heydər Əliyev milli azlıqla-

rın  nümayəndələri  ilə  keçirdiyi  ənənəvi  görüşlərinin  birində 

deyib:  “Biz  Azərbaycan  deyəndə  onun  sərvətini,  onun  gözəl 



təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün  bunlarla  yanaşı, 

respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, 

öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan,  müxtəlif 

millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə 

nə qədər çox xalqı birləşdirirsə , bir o qədər də zəngin olar..” 

Azərbaycan  Respublikasının  otuz  ildən  artıq  bir  mərhələsi 

ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, cəmiyyətin bütün 

sahələrində  olduğu  kimi,  dövlət-din  münasibətlərinin  tənzimlən-

məsində,  dini-mənəvi  dəyərlərinin  qorunmasında,  dini  tolerantlı-

ğın möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş və bu 

sahədə  özündən  sonra  böyük  siyasi  və  dövlətçilik  təcrübəsini 

miras qoymuşdur. 

Azərbaycan xalqının dini cəhətdən tolerant olduğunu respub-

likamıza  səfərə  gələn  tanınmış  dünya  dini  liderləri  də  qəbul 

edirlər. Belə ki, 2010-cu il 26-27 aprel tarixində Bakıda keçirilən 

Dünya  dini  liderlərinin  sammitinin  iştirakçıları  bir  daha  bunun 

şahidi  olmuşlar.  Moskvanın  və  bütün  Rusiyanın  patriarxı  Kirill 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevlə  görüşər-

kən  ona  müraciət  edərək  ölkəmizdə  dinlərarası  münasibətlərin 

yaxşı olduğunu və bu işdə İlham Əliyevin rolunu xüsusi vurğula-

yaraq demişdir: Mən dinlərarası münasibətlərdə sizin rolunuzu 

xüsusi  vurğulamaq  istərdim,  Azərbaycan  dövlətində  insanların 

əksəriyyəti  İslam  dininə  etiqad  edir.Lakin  burada  pravoslav  və 

yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda 

heç  vaxt  dinlərarası  münaqişələr  olmamışdır.  Müasir 

terminologiyadan  istifadə  etsək,  bu  gün  tolerantlığın  yüksək 

səviyyədə olduğunu deyərdik.” 



Yüklə 248,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə