51
Muzey baba, görüşünə gəlmişəm!
Azıxdakı bu yarğanlar, mağaralar,-
Bu od-ocaq “əlifbamdı”.
Bir müqəddəs kitabəmdi...
Bu oyuqlar,
bu yurd daşı daş yaddaşı, yaranışdı.
Bu kilimlər, bu başlıqlar...
Neçə adla toxumanın hər birisi.
bir zəriflik, bir incəlik, bir naxışdı.
Hər birisi sənət, amal dünyasıdı, muzey baba.
Giziltili barmaqların möcüzəsi, ziyasıdı, muzey baba.
Sən tarixin güzgüsüsən...
Bu gil kasa,
Bu saxsı küp, bu mis tava,
at heykəlcik, təknə qəbir,
müdriklərin töhfəsidir, miras qalıb.
Bu daş deyil, saxsı deyil,
dəmir deyil...
duyanlardı, görənlərdi.
Qaya-qaya düzümlənən ərənlərdi, varis qalıb.
Bu bənzərsiz, bu solmayan naxışları kim çəkibdi?
Min dörd yüz il ömür sürən, bu çinarı kim əkibdi?..
Yaddaşını çözələ bir, muzey baba.
Kim tutubdu de, bu gürzü.
Kim sıyırıb öz qınından bu qılıncı...
Bunlar gərək
Aqillərin idrakınca yozula bir, muzey baba.
...Eksponat deyil, bu od əzəlimdi, əlifbamdı.
Bu müqəddəs kitabəmdi.
Mən bunları
52
Bir əvəzsiz mülk bilmişəm.
Muzey baba, görüşünə gəlmişəm!
Tədbir zamanı ilk olaraq kitabxanaçı iştirakçıları salamlayır və
onlara bu gözəl təşəbbüsə görə minnətdarlıq edir. Bundan
sonra o, muzeylər haqqında, muzeylərin həyatımızda rolu
barədə qısa və dəqiq məlumatlar verir.
Kitabxanaçı muzeyləri ziyarət edən iştirakçılara burada
gördükləri məlumatları söyləmək üçün söz verir.
I iştirakçı: - 1920-ci ildən başlayaraq Azərbaycanın bir çox
şəhərlərində - Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-
diyarşünaslıq muzeyləri yaradılıb. Ötən əsrin 70-ci illəri
Azərbaycanda muzey şəbəkəsinin daha sürətli inkişafı ilə
yadda qalıb. Bu da Azərbaycana rəhbərlik edən görkəmli
siyasi xadim Heydər Əliyevin fəaliyyəti və şəxsi təşəbbüsü ilə
bağlı idi. Bu dövrdə və sonrakı illərdə Azərbaycanın görkəmli
incəsənət və ədəbiyyat xadimlərinin bir neçəsinin xatirə
muzeyləri açılıb. Keçən əsrin 80-cı illərin də, müvafiq qanuna
uyğun olaraq, Azərbaycanın, demək olar ki, bütün bölgələrində
tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Qəbələ rayon Tarix-
Diyarşünaslıq Muzeyi də həmin il təşkil olunub. Muzeydə
bu
şəhərin iki min beş yüz illik tarixini əks etdirən on iki mindən
çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Qəbələ
Azərbaycanın ən qədim diyarlarındandır. Bunu tarix-
diyarşünaslıq muzeyində saxlanılan eksponatlar, arxeloji,
etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri,
qədim əlyazmalar da təsdiqləyir. Fondda 12 mindən çox
eksponat saxlanılır. Bunların əksəriyyəti nadir
eksponat hesab
olunur. Tarix-diyarşünaslıq muzeyinin binası doqquz yüz
kvadratmetr təşkil edir, Bundan əlavə, muzeyin bir hektar
torpaq sahəsi, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyevlə
53
bağlı xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası,
qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi
meydançası vardır.
II iştirakçı: - Şərur güc-əzəmət, bolluq-bərəkət rəmzi olan
məkandır. Sinəsindən axan Arpaçayın çağlayıb xan Araza
qovuşduğu bu qədim diyar Dədə Qorqud eli, Babək vətəni
əkinçilər, biçinçilər yurdu, bu müqəddəs yurdun hər məkanın
hər qarışı bir tarixdir. Bu tarixin daş kitabələrini vərəqlədikcə
ulu keçmişimizin, əcdadlarımızın yaşayışı, həyat tərzi, məişəti,
əkinçilik mədəniyyəti, toyu-düyünü, adət-ənənəsi göz önündə
canlanır. Şərur şəhərinin mərkəzində əzəmətli bir binada rayon
tarix-diyarşünaslıq muzeyi yerləşir. Muzeyə daxil olduqda
özünü sanki nağıllar aləmində hiss edirsən. Binanın
tavanındakı beş guşənin hər biri xalqımızın qəhrəman
oğullarının igidlik dastanından söhbət açır. 1978-ci ildən
içtimai əsaslarla fəailiyyətə başlayan muzey 1980-cı ildə ulu
öndər, müdrik rəhbərimiz Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə rəsmi dövlət müəssisəsinə çevrilib. 30 ilə yaxın
bir vaxtda muzeyin fonuna 7000-ə yaxın eksponat toplanıb.
Muzeydə iki şöbə və on iki bölmə fəaliyyət göstərir. Muzeydə
saxlanılan və nümayiş etdirilən eksponatların demək olar ki,
əksəriyyəti Şərur ərazindən toplanıb. Eramızdan əvvəl III-II
minilliklərə aid gil qablar, daş alətlər, büt daşı və keramik
bəzək nümunələri, tunc bilərzik, balta xəncər, nizə ucluqları və
s. əşyalar nadir tapıntılardır. Orta əsr Azərbaycan mədəniyyəti
xalçaçılıq sənəti ilə daha çox yadda qalır. Qədim Şərurda
özünəməxsus inkişaf yolları olan bu sənətin tarixindən
muzeyin eksponatlarına çevrilmiş kilim, xalça nümunələri söz
açır, bər-bəzəkli farmaşlar, xurcunlar, heybələr, həmin
təsəvvürü daha da zənginləşdirir. Əmək alətləri olan xış, cüt,
54
kotan, vəl, mərəndi, və digər təsərüfat alətləri qədim əkinçilik
mədəniyyəti barədə geniş təsəvvür yaradır. Tamaşaçılar
mədəniyyət bölməsini də xüsusi maraqla seyr edirlər.
III iştirakçı: - Azərbaycanda ilk şəxsi muzey 1989- cu ildə
yaradılıb. Beynəlxalq reyestrə və “Azərbaycan muzeyləri” adlı
kitaba daxil “Rinay” malakofauna muzeyinin dünyada analoqu
yoxdur. Muzeyin kolleksiyasında dünyanın müxtəlif okean,
dəniz və göllərindən tapılan 5 minədək molyusk qabığı
nümunələri nümayiş olunur. Muzeyin yaradıçısı geologiya-
minerologiya elmləri üzrə tanınmış mütəxəssis, professor Tofik
Qarayevdir. Qeyd edək ki, Tofik Qarayev ömrünün 40 ilini bu
işə sərf edib. O, Azərbaycanın regionlarında, dağlarında,
düzlərində geoloji ekspedisiyalar zamanı əldə etdiyi nadir
eksponatları toplayaraq muzeyi zənginləşdirib. Dünyanın
bütün qitələrindən olan dəniz məhsullarına yalnız burada rast
gəlmək olar. Gələnləri Xəzər dənizinin inciləri də çox
maraqlandırır.
IV iştirakçı: - Son illər Azərbaycan muzeylərinin beynəlxalq
əlaqələri getdikcə genişlənir, muzey işi sahəsində müxtəlif
müqavilələr imzalanır. Bir çox ölkələrdə-Pakistanın İslamabad
şəhərinin Etnoqrafiya Muzeyində, Şərqi Qazaxıstan Vilayəti
Arxitektura-Etnoqrafiya və Təbiət-Landşaft Qoruq Muzeyində,
Daşkənd Peoqoji Universitetinin Nizami Gəncəvi Muzeyində,
Çinin Folklor Qadın və Uşaq Muzeyində və digərlərində
Azərbaycana aid guşələr yaradılıb. Azərbaycan Dövlət
İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi,
Azərbaycanın Muzey Mərkəzi ilə Norveçin Stavanger şəhər
Arxelogiya Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi ilə
Fransanın Luvr Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi
ilə Rusiya Dövlət Ermitajı arasında əməkdaşlıq müqavilələri
Dostları ilə paylaş: |