F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   11   12   13   14   15   16   17   18   19

51 

 

Muzey baba, görüşünə gəlmişəm! 



Azıxdakı bu yarğanlar,  mağaralar,- 

Bu od-ocaq “əlifbamdı”. 

Bir müqəddəs kitabəmdi... 

Bu oyuqlar,  

bu yurd daşı daş yaddaşı, yaranışdı.  

Bu kilimlər, bu başlıqlar... 

Neçə adla toxumanın hər birisi.  

bir zəriflik, bir incəlik, bir naxışdı. 

Hər birisi sənət, amal dünyasıdı, muzey baba. 

Giziltili barmaqların möcüzəsi, ziyasıdı,  muzey baba. 

Sən tarixin güzgüsüsən... 

Bu gil kasa,  

Bu saxsı küp, bu mis tava,  

at heykəlcik, təknə qəbir,  

müdriklərin töhfəsidir, miras qalıb. 

Bu daş deyil, saxsı deyil,  

dəmir deyil... 

duyanlardı, görənlərdi.   

Qaya-qaya düzümlənən ərənlərdi, varis qalıb.  

Bu bənzərsiz, bu solmayan naxışları kim çəkibdi?  

Min dörd yüz il ömür sürən, bu çinarı kim əkibdi?.. 

Yaddaşını çözələ bir, muzey baba. 

Kim tutubdu de, bu gürzü.  

Kim sıyırıb öz qınından bu qılıncı... 

Bunlar gərək  

Aqillərin idrakınca yozula bir,  muzey baba. 

...Eksponat deyil, bu od əzəlimdi, əlifbamdı. 

Bu müqəddəs kitabəmdi.  

Mən bunları  



52 

 

Bir əvəzsiz mülk bilmişəm.  



Muzey baba, görüşünə gəlmişəm! 

Tədbir zamanı ilk olaraq kitabxanaçı iştirakçıları salamlayır və 

onlara  bu  gözəl  təşəbbüsə  görə    minnətdarlıq  edir.  Bundan 

sonra  o,  muzeylər  haqqında,  muzeylərin  həyatımızda  rolu 

barədə qısa və dəqiq məlumatlar verir.  

Kitabxanaçı  muzeyləri  ziyarət  edən  iştirakçılara  burada 

gördükləri məlumatları söyləmək üçün  söz verir. 

I  iştirakçı:  -  1920-ci  ildən  başlayaraq  Azərbaycanın  bir  çox 

şəhərlərində  -  Gəncə,  Naxçıvan,  Lənkəran  və  Şəkidə  tarix-

diyarşünaslıq  muzeyləri  yaradılıb.  Ötən  əsrin  70-ci  illəri 

Azərbaycanda  muzey  şəbəkəsinin  daha  sürətli  inkişafı  ilə 

yadda  qalıb.  Bu  da    Azərbaycana  rəhbərlik  edən  görkəmli 

siyasi xadim Heydər Əliyevin fəaliyyəti və şəxsi təşəbbüsü ilə 

bağlı idi. Bu dövrdə və sonrakı illərdə Azərbaycanın görkəmli 

incəsənət  və  ədəbiyyat  xadimlərinin  bir  neçəsinin  xatirə 

muzeyləri açılıb.  Keçən  əsrin  80-cı  illərin  də,  müvafiq qanuna 

uyğun olaraq, Azərbaycanın, demək olar ki, bütün bölgələrində 

tarix-diyarşünaslıq  muzeyləri  yaradılıb.  Qəbələ  rayon  Tarix-

Diyarşünaslıq  Muzeyi  də  həmin  il  təşkil  olunub.  Muzeydə

 

bu 


şəhərin iki min beş yüz illik tarixini əks etdirən on iki mindən 

çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. 

Qəbələ

 

Azərbaycanın  ən  qədim  diyarlarındandır.  Bunu  tarix-



diyarşünaslıq  muzeyində  saxlanılan  eksponatlar,  arxeloji, 

etnoqrafik,  numizmatik  materiallar,  xalq  sənəti  nümunələri, 

qədim  əlyazmalar  da  təsdiqləyir.  Fondda  12  mindən  çox 

eksponat  saxlanılır.  Bunların  əksəriyyəti  nadir

 

eksponat  hesab 



olunur.  Tarix-diyarşünaslıq  muzeyinin  binası  doqquz  yüz 

kvadratmetr  təşkil  edir,  Bundan  əlavə,  muzeyin  bir  hektar 

torpaq  sahəsi,  13  ekspozisiya  zalı,  fondu,  Heydər  Əliyevlə 



53 

 

bağlı  xatirə otaqları, şəkil qalereyası, zəngin  elmi  kitabxanası, 



qədim  daş  abidələrdən  açıq  səma  altında  təşkil  olunmuş  sərgi 

meydançası vardır.  



II  iştirakçı:  -  Şərur  güc-əzəmət,  bolluq-bərəkət  rəmzi  olan 

məkandır.  Sinəsindən  axan  Arpaçayın  çağlayıb  xan  Araza 

qovuşduğu  bu  qədim  diyar  Dədə  Qorqud  eli,  Babək  vətəni 

əkinçilər,  biçinçilər  yurdu,  bu  müqəddəs  yurdun  hər  məkanın 

hər  qarışı  bir  tarixdir.  Bu  tarixin  daş  kitabələrini  vərəqlədikcə 

ulu keçmişimizin, əcdadlarımızın yaşayışı, həyat tərzi, məişəti, 

əkinçilik  mədəniyyəti,  toyu-düyünü,  adət-ənənəsi  göz  önündə 

canlanır. Şərur şəhərinin mərkəzində əzəmətli bir binada rayon 

tarix-diyarşünaslıq  muzeyi  yerləşir.  Muzeyə  daxil  olduqda 

özünü  sanki  nağıllar  aləmində  hiss  edirsən.  Binanın 

tavanındakı  beş  guşənin  hər  biri  xalqımızın  qəhrəman 

oğullarının  igidlik  dastanından  söhbət  açır.  1978-ci  ildən 

içtimai  əsaslarla  fəailiyyətə  başlayan    muzey  1980-cı  ildə  ulu 

öndər,  müdrik  rəhbərimiz  Heydər  Əliyevin  təşəbbüsü  və 

rəhbərliyi  ilə  rəsmi  dövlət  müəssisəsinə  çevrilib.  30  ilə  yaxın 

bir  vaxtda  muzeyin  fonuna  7000-ə  yaxın  eksponat  toplanıb. 

Muzeydə iki şöbə və on iki bölmə fəaliyyət göstərir. Muzeydə 

saxlanılan  və  nümayiş  etdirilən  eksponatların  demək  olar  ki, 

əksəriyyəti  Şərur  ərazindən  toplanıb.  Eramızdan  əvvəl  III-II 

minilliklərə  aid  gil  qablar,  daş  alətlər,  büt  daşı  və  keramik 

bəzək nümunələri, tunc bilərzik, balta xəncər, nizə ucluqları və 

s.  əşyalar nadir tapıntılardır.  Orta əsr Azərbaycan mədəniyyəti 

xalçaçılıq  sənəti  ilə  daha  çox  yadda  qalır.  Qədim  Şərurda 

özünəməxsus  inkişaf  yolları  olan  bu  sənətin  tarixindən 

muzeyin  eksponatlarına çevrilmiş  kilim, xalça nümunələri söz 

açır,  bər-bəzəkli  farmaşlar,  xurcunlar,  heybələr,  həmin 

təsəvvürü  daha  da  zənginləşdirir.  Əmək  alətləri  olan  xış,  cüt, 



54 

 

kotan, vəl,  mərəndi, və digər təsərüfat alətləri qədim əkinçilik 



mədəniyyəti  barədə  geniş  təsəvvür  yaradır.  Tamaşaçılar 

mədəniyyət bölməsini də xüsusi maraqla seyr edirlər.  



III  iştirakçı:  -  Azərbaycanda  ilk  şəxsi  muzey  1989-  cu  ildə 

yaradılıb. Beynəlxalq reyestrə və “Azərbaycan muzeyləri” adlı 

kitaba daxil “Rinay” malakofauna muzeyinin dünyada analoqu 

yoxdur.  Muzeyin  kolleksiyasında  dünyanın  müxtəlif  okean, 

dəniz  və  göllərindən  tapılan  5  minədək  molyusk  qabığı 

nümunələri  nümayiş  olunur.  Muzeyin  yaradıçısı  geologiya-

minerologiya elmləri üzrə tanınmış mütəxəssis, professor Tofik 

Qarayevdir. Qeyd edək ki, Tofik Qarayev ömrünün 40 ilini bu 

işə  sərf  edib.  O,  Azərbaycanın  regionlarında,  dağlarında, 

düzlərində  geoloji  ekspedisiyalar  zamanı  əldə  etdiyi  nadir 

eksponatları  toplayaraq    muzeyi  zənginləşdirib.  Dünyanın 

bütün  qitələrindən  olan  dəniz  məhsullarına  yalnız  burada  rast 

gəlmək  olar.  Gələnləri  Xəzər  dənizinin  inciləri  də  çox 

maraqlandırır.  



IV  iştirakçı:  -  Son  illər  Azərbaycan  muzeylərinin  beynəlxalq 

əlaqələri  getdikcə  genişlənir,  muzey  işi  sahəsində  müxtəlif 

müqavilələr imzalanır. Bir çox ölkələrdə-Pakistanın İslamabad 

şəhərinin  Etnoqrafiya  Muzeyində,  Şərqi  Qazaxıstan  Vilayəti 

Arxitektura-Etnoqrafiya və Təbiət-Landşaft Qoruq Muzeyində, 

Daşkənd  Peoqoji  Universitetinin  Nizami  Gəncəvi  Muzeyində, 

Çinin  Folklor  Qadın  və  Uşaq  Muzeyində  və  digərlərində

 

Azərbaycana  aid  guşələr  yaradılıb.  Azərbaycan  Dövlət 



İncəsənət  Muzeyi  ilə  Belarus  Milli    İncəsənət  Muzeyi,

 

Azərbaycanın    Muzey  Mərkəzi  ilə  Norveçin  Stavanger  şəhər 



Arxelogiya  Muzeyi,  Mədəniyyət  və  Turizm  Nazirliyi  ilə 

Fransanın Luvr Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi 

ilə  Rusiya  Dövlət  Ermitajı  arasında  əməkdaşlıq  müqavilələri 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə