F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

38 

 

Qurban Primovun Ağdam rayonundakı xatirə, eləcə də Xocalı, 



Laçın,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı,  Zəngilan 

rayonlarının  da  tarix-diyarşünaslıq    muzeyləri  Ermənistanın  

təcavüzünə  məruz  qalaraq  darmadağın  olunmuşdur.  Keçmiş 

SSRİ-  də  yeganə  olan  Ağdam  Çörək  Muzeyi  yerlə-yeksan 

edilmişdir.  Ermənilərin  törətdikləri  vandalizm  aktları  “Silahlı 

münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 

1954-cü 

il 


Haaqa 

Konvensiyasına, 

“Arxeloji 

irsin 


nümayəndəsi”, 

1992-ci 


il 

Avropa 


Konvensiyasına,

 

“Ümumdünya  mədəni  və  təbii  irsin  qorunması  haqqında” 



YUNESKO-nun  1972-ci  Konvensiyasına  ziddir.  Azərbaycan 

nümayəndə heyətləri bu problemi mütəmadi olaraq beynəlxalq 

tədbirlərdə gündəmə gətirirlər.” 

 Bütün  bunlarla  yanaşı,  divar  qəzetində  “Azərbaycanda muzey 

işinin  yaxşılaşdırılması    haqqında”  materiallar  da  verilir: 

“Azərbaycan  mədəni  irsinin  qorunması,  beynəlxalq  miqyasda 

tanıdılması daim diqqət mərkəzindədir. Xüsusilə son illərdə bu 

sahədə  geniş  işlər  görülüb.  1993-cü  ildə  təsis  edilən  İCOM

 

Azərbaycan  Milli  Komitəsi  baş  qurumun  işində  iştirak  edir, 



müasir  mərhələdə  maddi  və  qeyri-maddi  nümunələrimizi 

dünyaya  daha  yaxından  tanıdır,

 

Azərbaycanda  muzey  işinin 



təkmilləşdirilməsi  üçün  beynəlxalq  muzeylərlə  əlaqə  yaradır, 

mədəni  irsin  qorunması  istiqamətlərində  dünya  muzeyləri  ilə 

bir sırada öz işini davam etdirir. Milli Komitə yarandığı gündən 

Azərbaycan  muzeyləri  ilə  beynəlxalq  muzeylər  arasında 

Azərbaycanın  mədəni  irsinin  tanıdılması  məqsədilə  sıx 

əməkdaşlıq əlaqələri yaradır.”    

Milli dəyərlərimizi və muzeylərimizi tanıtmaq, uşaq və 

yeniyetmələri  muzeylərə  alışdırmaq  məqsədilə  kitabxanada 

oxucular  və  yuxarı  sinif  şagirdləri  arasında  keçirilə  biləcək 



39 

 

tədbirlərdən  biri  də,  “Şair  ocağı”  adlı  icmaldır.  İcmal  Salman 



Əhmədlinin “Hüseyn Cavidin ev muzeyi” və Arzu Hacızadənin 

tərtib etdiyi “Abdulla Şaiqin Mənzil Muzeyi” kitabları əsasında 

aparılır.  Tədbirə  ədiblər,  oxucular  və  məktəblilər  dəvət 

olunurlar.    Kitabxanaçı  ilk  olaraq  qonaqları  salamlayır  və 

muzeylər haqqında ümumi məlumat verdikdən sonra  “Abdulla 

Şaiqin  Mənzil  Muzeyi”  kitabının  annotasiyasını  nəql  edir. 

Kitab  uşaqların  sevimlisi  Abdulla  Şaiqin  Mənzil  Muzeyinin 

yaranmasının  20  illiyinə    həsr  edilib.  Kitaba  muzeyin 

fəaliyyətini  əks  etdirən  sənədlər,  Azərbaycan  ədəbiyyatının 

klassiki  Abdulla  Şaiqin  həyat  yolu  nə  yaradıcılığı    ilə  bağlı 

muzeydə sərgilənən eksponatların fotoşəkilləri, muzeyi ziyarət 

edən qonaqların rəyləri və digər materiallar daxil edilib.  



Kitabxanaçı:  -Tədbirə  ulu  öndər  Heydər  Əliyev  və  digər 

görkəmli  şəxsiyyətlərin  bu  muzey  haqqında  söylədikləri 

sitatlarla başlamaq istərdim:  

“Ziyalıların,  mədəniyyət    və  elm  xadimlərinin,  cəmiyyətdə 

hörmətini  qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları 

ilə,  öz  mədəniyyəti,  öz  elmi  ilə  tanınır.

 

Abdulla  Şaiqin 



çoxşaxəli  fəaliyyətinin  böyük  bir  qismi  Azərbaycanda 

maarifçiliyin  müxtəlif  sahələri  ilə  bağlı  olmuşdur.  Ali  və  orta 

təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla 

Şaiqin uzun müddətli pedoqoji fəaliyyəti milli təhsilimizin yeni 

mərhələyə yüksəlişində mühüm rolu olmuşdur”.  

                                                                            Heydər Əliyev,  

                                                                           ümummilli lider 



 

 

 


40 

 

“Abdulla Şaiqin Mənzil Muzeyini Azərbaycan  vətəndaşları ilə 



yanaşı,  respublikaya  gələn  qonaqlar  da  ziyarət  edirlər.  Və  hər 

dəfə  bu  müqəddəs  ocaq  özünün  tədqiqatçılıq  və  təbliğatçılıq 

fəaliyyəti ilə azərbaycançılıq ideologiyasına, milli dövlətimizin 

qorunmasına xidmət etmiş olur”.  



   Əbilfəz Qarayev,  

Mədəniyyət və Turizm naziri  

“Mənim bütün həyatım bu muzeyin binası ilə bağlı olub. Mən 

bu  mənzildə  dünyaya  gəlmişəm  -  bu  mənzildə  doğulmuşam, 

böyümüşəm.  Abdulla Şaiq ocağının bütün  sirlərinə, bu ocaqla 

bağlı  bütün  şəxsiyyətlərinə  bağlanmışam...    Bu  otaqlar  çox 

şirin  xatirələrlə  bağlıdır-ata-anamın  da,  Səməd  Vurğunun  da,  

mənim  də  toyum  burada  olub...  Bura  çox  müqəddəs,  mənim 

üçün  əziz  və  doğma  olan  bir  ocaqdır.    Azərbaycanın  ədəbi-

içtimai həyatı ilə bağlı zəngin, rəngarəng xatirələrlə dolu olan 

bir ocaqdır. Azərbaycan ədəbiyyat tarixində müstəsna yer tutan 

bir şəxsiyyətin -

  

Abdulla Şaiqin ocağıdır”. 



                                                                       Kamal Talıbzadə,  

                                                                             akademik 



Kitabxanaçı:  -Azərbaycanda    muzeylər  şəbəkəsi  geniş  vüsət 

almışdır.  O  cümlədən  respublikada  fəaliyyət  göstərən  xatirə 

muzeyləri  də  milli  mədəniyyətimizin  təbliğində  önəmli  yer 

tutur. Muzeylər özünün tədqiqat və  təbliğat  funksiyasına  görə 

hər  bir  xalqın  milli-mənəvi  sərvətidir.  Respublikamızda 

yaradılan  muzeylər  sırasında    görkəmli  şəxsiyyətlərin  xatirə 

muzeyləri mühüm yer tutur.  

   Abdulla  Şaiq  ədəbiyyat  tariximizdə  qüdrətli  söz  ustaları  ilə 

bir  sırada  durur.  Onun  hekayələri,  povesləri  və  romanları 

Azərbaycan bədii nəsrinin inkişafında mühüm rol oynamışdır. 

Azərbaycanda

 

Abdulla  Şaiqin  adını  daşıyan  müxtəlif 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə