F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   11   12   13   14   15   16   17   18   19

47 

 

Turan  Cavidə  yazdığı    71  ədəd  məktubu  xüsusi  qeyd  etmək 



olar.   

 Tədbirin    sonunda    oxucular  şair  haqqında  yazılmış    şeirlər  

söyləyirlər.  

I iştirakçı           

                             - Naxçıvanda Cavid çıxdı qarşıma,  

 

 

Türbəsiydi indi vətən Cavidin.  



 

 

Şahlıq quşu gördüm qonub başına,  



 

 

Sürgünlərdə qəbri itən Cavidin. 



 

 

 



Tutdurdular, öldürdülər şairi,  

 

 



Yasaq oldu o şairlər şairi.   

 

 



Türbəsinə qoymayın hər şairi,  

 

 



Ruhu pakdı ilahidən Cavidin. 

 

 



 

Qılıncını üstə çəkdi xəyanət, 

 

 

Köməyinə nə dost çatdı, nə millət.  



 

 

İlhamından qisas aldlı cəmiyyət,  



 

 

Taleyindən üzü dönən Cavidin. 



 

 

 



Gedən getdi, qalanları qaldılar.  

 

 



Xiyabanda fəxri yerlər aldılar. 

 

 



Atabəylər torpağında yadigar  

 

 



Cavid qaldı fəxri adı Cavidin. 

 

 



 

Başqaları bir ağ günə çıxdılar,  

 

 

Tamaşaydı, səsə-ünə çıxdılar.  



 

 

Yer altlından, yer üstünə çıxdılar,  



 

 

Dalısınca Müşfiq, Hadi Cavidin.  



                                                                                    Nəriman Həsənzadə 


48 

 

 



Muzeylərimizi  tanıtmaq,  oxucuların  muzeylərə  səyahətini  adət 

halına salmaq üçün kitabxanalarda  keçirilən tədbirlərdən biri 

də  “Muzeylər  haqqında  nəyi  bilirəm”  adlı    rəy  sorğusudur. 

Bunun  üçün    məktəblilər  əvvəlcədən  muzeylərə  səyahət  edib 

həmin məkanlarla  yaxından  tanış  olurlar. Kifayyət  qədər bilgi 

əldə etmiş şagirdlər kitabxanaya gəlib tədbirdə iştirak edirlər. 

Kitabxanaçı  əvvəlcə  qonaqları  və  iştirakçıları  salamladıqdan 

sonra  muzeylər  haqqında  qısa  və  gərəkli  məlumatlar  verir. 

Məlumatdan  sonra  suallar  yazılı  və  test  şəklində  iştirakçılara 

təqdim olunur.  

1. Tariximizi əks etdirən məkanlar haradır? 

a.

 

Uşaq bağçası. 



b.

 

İstirahət məkanları. 



c.

 

Muzeylər. 



 

  

  2.  Respublika  muzeylərinin  mirvarisi  və  yeganə  bədii 



yönümlü ünvanı hansı   muzeydir? 

 

   a. Mülki Aviasiya muzeyi? 



 

   b. Azərbaycan Dövlət İncəsənət Muzeyi.   

 

  c. İstiqlal muzeyi.  



 

 

 3 . Hansı muzeylərdə olmusunuz? 



 

  __________________ 

 

  __________________ 



 

  __________________ 

 4. Gəncə şəhərində hansı dahi şairin muzeyi vardır? 

 

 a. Nizami Gəncəvi  



 

 b. Hüseyin Cavid.  

 

 c. Cəlil Məmmədquluzadə.  




49 

 

 5.  Bu  şəxsiyyətlərdən  hansı  xalçaçılıq  sənətində  öz  layiqli 



sözünü demişdir ? 

            a. Sabir Rüstəmxanlı. 

            b. Bülbül. 

            c. Lətif Kərimov.  

 6. İlmələrin dilini, sehrini bizə bəxş edən muzeyimiz hansıdır? 

a.

 



 Xalça Muzeyi.  

b.

 



 Ədəbiyyat Muzeyi.  

c.

 



 Cəfər Cabbarlı Müzeyi.  

 

  7.    Muzeylər  yaranmazdan  əvvəl  müxtəlif  sənədlər,  qiymətli 



əşyalar  harada  saxlanılırdı? 

 

a. Məktəblərdə.  



 

b. Saraylarda.  

 

c. Küp və dolçalarda.  



8. Dünyada ilk muzey  harada yaradılmışdır ? 

 

a. Azərbaycanda.  



 

b. Yunanıstanda. 

 

c. Belarusiyada. 



9. Hansı dövlət Qarabağ ərazisindəki torpaqlarımızı və eləcə də 

o  bölgələrdə  olan  muzeylərimizi,  milli  sərvətlərimizi  qarət 

etmişdir?  

         a. Türkiyə. 

 

b. Ermənistan.  



 

c. Hindistan.   

10.  Yazarlarımızın,  ədiblərimizin  əlyazmaları,  kitabları,  şəxsi 

əşyaları hansı muzeydə saxlanılır?   

         a.  Ədəbiyyat muzeyi. 

 

b. Mülki Aviasiya muzeyi.  



 

c. Miniatür kitab  muzeyi.  




50 

 

11. Muzeylərdə saxlanılan əşyalara nə ad verilir? 



 

a.  Sevilən əşya. 

 

b. Qalaktika. 



 

c. Eksponat. 

12. Eksponatların tarixini və dəyərliliyini necə öyrənə bilərik?  

 

a. Muzey işçisinin verdiyi məlumatlar əsasında. 



 

b. Həmin əşyanı əlimizə götürməklə.  

 

c.  Bu  eksponatı  məktəbə  aparıb  müəllimə  müraciət 



etməklə.  

13.  Hər  an  hər  kəsin  üzünə  açıq  olan  və  ən  yüksək  səviyyədə 

bilgiləndirilən  muzeylərdə  qadağan  olunmuş  hərəkərlər 

hansılardır? 

 

a. Məlumat verən muzey işçisinə sual vermək. 



 

b. Eksponatlara toxunmaq və onu özünlə götürmək. 

 

c. Eksponatın qarşısında dayanmaq.   



14.  Hər  hansı  bir  muzeyə  səyahət  etdikdən  sonra  hansı  hisləri 

keçirirsiz?  

 

  __________________ 



Sualların cavabları:   1. c;  2. b;  3... ;  4. a;  5. c;  6. a;  7. b;   

8. b;  9. b;  10. a;  11, c;   12. a;  13. b;  14. .... 

 

    Muzeylərlə  bağlı  kitabxanada  keçirilə  biləcək  tədbirlərdən 

biri  də  viktorinalardır. Sual-cavab “Muzeydə  öyrəndiklərim...” 

adı  altında  keçirilir.  Bunun  üçün  iştirakçılar  və  oxucular  

əvvəlcədən  bir  çox  muzeylərə  səyahət  edib  yaxından  tanış 

olurlar.  Kifayət  qədər  material  əldə  etdikdən  sonra  müəyyən 

olunmuş  tarixdə  kitabxanaya  gələrək  tədbirdə  iştirak  edirlər. 

Tədbirin  əvvəlində  iştirkçılardan  biri  şair  Sabir  Arazlının 

Muzey baba, görüşünə gəlmişəm!” şeirini söyləyir. 

 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə