F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

32 

 

Mirzəağa  Qafarovun  “Cabbarlı  dünyası”  adlı  mozaik 



pannosunda bu obrazların bir neçəsi ilə görüşürük.  Pannonun 

mərkəzində  ədibin  portreti,    onun    ətrafında  isə  obrazları  öz 

əksini  tapıb.  Girəcəkdə  sənətkarın  heykəli  qoyulub.  Heykəlin 

fonunda uşaqlıq və gənclik illəri ilə bağlı materiallar nümayiş 

etdirilir.   

III  iştirakçı:  -  Söhbət    görkəmli  şəxsiyyət  Mirzə  Cəlildən 

gedirsə,  icazənizlə    mən    “Səni  deyib  gəlmişik,  ustad!”  adlı 

çıxışımı      şairin  ev-muzeyi  haqqında  məlumata  həsr  etmək 

istərdim. 

Mirzə 

Cəlilin 


ədəbiyyatımızda, 

milli 


mədəniyyətimizdə  müstəsna  xidmətləri  olmuşdur.  Böyük 

yazıçı  Cəlil  Məmmədquluzadə  XIX  əsrin  90-cı  illərində 

Nehrəm  kənd  məktəbində  müəllim  işləyib  və  burada 

diyarşünaslıq muzeyi təşkil edib. Muzeydə Azərbaycan tarixinə 

aid, 

habelə 


etnoqrafik 

materiallar 

toplayıb. 

Cəlil 


Məmmədquluzadə bu sahədə fəaliyyətinə görə Xalq məktəbləri 

müdriyyətinin  təşəkkürünü  alıb.  Bu  gün  Naxçıvan  Muxtar 

Respublikasında    yazıçının  adı  ilə  bağlı  yerlərdə  yaradılan  üç 

xatirə  muzeyi  fəaliyyət  ğöstərir.  Bu  muzeylərdən  biri    Cəlil 

Məmmədquluzadənin  doğulub  boya-başa  çatdığı  Naxçıvan 

şəhərində,  digər  ikisi  isə  ədibin  müəllimlik  etdiyi  Babək 

rayonunun  Nehrəm  kəndində  və  Şərur  rayonunun  Cəlilkən 

kəndindədir.  Bundan  başqa,    Naxçıvan  Muxtar  Respublikası 

Dövlət  Ədəbiyyat  Muzeyi  də  böyük  yazıçının  adını  daşıyır. 

Əlbəttə,  bütün  bunlar  Mirzə  Cəlil  sənətinə  dövlət  qayğısı  və 

ümumxalq  məhəbbətinin  nəticəsi  kimi  dəyərləndirməlidir. 

Yazıçının  Bakı şəhərində yaradılmış xatirə muzeyi də özündə 

maraqlı tarix  yaşadır. Məlumdur ki,  C.Məmmədquluzadə eyni 

zamanda,  Azərbaycanda  ilk  satirik  jurnalının,  bütün  Yaxın 

Şərqdə  geniş  yayılmış  və  şöhrət  qazanmış  “Molla  Nəsrəddin” 



33 

 

in  yaradıcısı  və  naşiri  olub.  Jurnal  əvvəllər  Tiflisdə  (1906-



1917), sonra Təbrizdə  (1921), daha sonra  Bakıda (1922-1931) 

nəşr  olunub.  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri 

Nəriman  Nərimanov  1921-ci  ildə  Cəlil  Məmmədquluzadəni 

Bakıya  dəvət  edib  və  həmin  il  iyunun  21-də  indi  muzeyin 

yerləşdiyi mənzilin açarını şəxsən özü ona təqdim edib.   

  Uzun  illər  respublikamıza  rəhbərlik  edən  Heydər  Əliyevin 

təşəbbüsü 

ilə 


1978-ci 

ildə 


Azərbaycanın 

görkəmli 

şəxsiyyətlərinin  ev-muzeylərinin  yaradılması  barədə  qərar  

qəbul olunub. Cəlil Məmmədquluzadənin ev-muzeyi də həmin 

qərar  əsasında  yaradılıb.  Yazıçının  həyat  və  yaradıcılığının 

müxtəlif  dövrələrini  əhatə  edən  nümunələrlə  tanış  olduqdan 

sonra  onun  yazı  stolunun  yanında  ayaq  saxladıq.  Stolun  bir 

küncündə yazılmışdı: “dünyada hər bir kəs üçün  sözdən böyük 

yadigar yoxdur”-

 

Cəlil Məmmədquluzadə.    



IV  iştirakçı:  -  Mən “Cavid  dünyasına pəncərə”  adlı çıxışımda 

vətən  fədaisi    Hüseyn  Cavidin  ev  muzeyi  haqqında  məlumat 

vermək istəyirəm. 

 Hüseyn  Cavid  yaradıcılığı  ədəbiyyat  tariximizdə  çox  mühüm 

və  təkrarolunmaz  bir  mərhələdir.  1882-ci  ilin  24  oktyabrında 

Şərqin  qapısı  sayılan  qədim  Naxçıvan  diyarının  Əlixan 

məhəlləsində  dünyaya  göz  açan  Cavid  cəmi  acılı-şirinli  59  il 

ömür yaşamışdır. Bu ömrün bir hissəsi Təbrizdə və İstanbulda, 

bir  hissəsi  Tiflisdə,  Gəncədə,  Bakıda  və  bir  hissəsi  isə  soyuq 

Sibirin ən ucqar yerində keçmişdir.  

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi şairin irsinə 

verdiyi  yüksək  dəyərin  təcəssümü  olan  H.  Cavidin  ev  muzeyi 

1981-ci  ildə  yaradılmışdır.  O  gündən  indiyədək  ev-muzey 

Cavid  əfəndinin  zəngin  ədəbi  irsini  tədqiq  və  təbliğ  edir. 

Muzey ekspozisiyasında bədii və elmi tərtibat işləri aparılmış, 



34 

 

1984-cü  ilin  iyun  ayının  9-da  rəsmi  açılışı  olmuşdur.  2000-ci 



ildə  burada  yenidən  əsaslı  təmir  və  bərpa  işləri  aparılmış  və 

muzey  əvvəlki  görkəminə  qaytarılmışdır.  Ulu  öndər  Heydər 

Əliyevin  təşəbbüsü  ilə  1982-ci  ildə    Cavidin  nəşinin  uzaq 

Sibirdən  vətəninə  gətirilməsindən  sonra  sovetlər  birliyində 

Cavid irsinə maraq daha da artmışdır. Elə o vaxtdan Cavidin ev 

muzeyi  Cavid  sənəti  pərəstişkarlarının  yaradıcılıq  və  tədqiqat 

mərkəzinə çevrilmişdir.  

V iştirakçı:  - Mən “Yarımçıq qalmış sinfoniya...” adlı  çıxışımı 

dahi bəstəkarımız  Üzeyir Hacıbəylinin  Bakıdakı ev-muzeyinə 

həsr etmək istəyirəm.  

Muzeydə 


olduğum 

müddətdə 

sanki 

keçmişimizə, 



mədəniyyətimizin  Uzeyirli  çağlarına  baş  çəkib  qayıtdım  və 

həmin dövrü təsəvvürümdə canlandırmağa çalışdım. Bəstəkarın 

qonaqlı-qaralı  evi...  Ətrafa  şən  səslər  yayılır.  Divar  saatının 

donmuş  əqrəbləri  sanki  hərəkətə  gəlir.    Mənə  elə  gəlir  ki,  bir 

azdan  Üzeyir  bəy  masanın  arxasına  keçərək  yarımçıq  qalmış 

simfoniya bitirəcək...  

  Üzeyir  Hacıbəyli  Azərbaycan  professonal  musiqi  sənətinin 

banisi,  müsəlman  Şərqində  ilk  operanın    müəllifidir.  Bu  evdə 

neçə-neçə  ölməz  əsərlər,  bəstələr  yaranıb,  dövlət  himnimizin  

ilk  notları  burada  səslənib.  Dahi  bəstəkar  1948-ci  il  noyabrın 

22-dən  23-ə  keçən  gecə,  saat  2-də  dünyasını  dəyişib.  Yataq 

otağında  köhnə  dolab,  kamod,  ipək  saplarla  işlənmiş  qobelen, 

digər əşyalar var. Divarda Üzeyir bəyin  həyat yoldaşı Məleykə 

xanımla Sank-Peterburqda çəkdiyi fotoşəkli, digər ailə fotoları 

asılıb. Divarda bəstəkarın dəfn mərasimini əks etdirən fotolar, 

Səttar  Bəhlulzadənin  “Şuşanın  Cıdır  düzü”  rəsmi  asılıb. 

Muzeyi tərk etdikdə insan sanki muzeylə deyil, dahi bəstəkarın 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə