F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

29 

 

tamaşaçıda  xoş  hisslər,  duyğular  yaranır,  şəxsiyyətin  xatirəsi 



ehtiramla yad edilir.   

        Respublikamızda  ilk  xatirə  muzeyi  böyük  Azərbaycan 

yazıçısı və filosofu M.F.Axundovun ev-muzeyi (Şəki) 1940-cı 

illərdə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini və 

ilk  gənclik  illərini  keçirib.  Muzey  iki  kiçik  otaqdan  ibarətdir. 

Məlumdur  ki,  M.F.Axundov  ömrünün  əsas  hissəsini  Tiflis 

şəhərində  yaşayıb  və  işləyib.  Bu  gün  böyük  yazıçının  bir 

vaxtlar  Tiflis  şəhərində  işləyərkən  yaşadığı  evdə  onun  xatirə 

muzeyi  fəaliyyət  göstərir.  M.F.Axundovun  ev-muzeyi  adlanan 

bu mədəniyyət ocağı Gürcüstanda yaşayan soydaşlarımızın tez-

tez  toplaşdıqları  yerdir.  Gürcüstan    Azərbaycanlılarının 

Mədəniyyət  Mərkəzi  burada  yerləşir.    Cəfər  Cabbarlının 

Bakıda  və  Xızıda,  Cəlil  Məmmədquluzadənin  Nehrəmdəki 

(Babək rayonu) xatirə muzeylərinin tarixi maraq doğurur. 



I iştirakçı:

 - 


Hər bir xalq onun  tarixində müstəsna rolu olmuş 

dahi  şəxsiyyətlərin  xatirəsini  həmişə  uca  tutaraq  onlara  həsr 

edilmiş  fondlar,  müxtəlif  xatirə    kompleksləri,  muzeylər, 

mərkəzlər  yaradır.  Bu  insanların  həyatı  və  fəaliyyəti  ilə  bağlı 

nə  varsa  mənəvi  dəyərlər  kimi  qorunub  saxlanılır  və 

böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində 

istifadə olunur. Xalqımızın taleyində mühüm rol oynayan belə 

şəxsiyyətlərdən biri də məhz Heydər Əliyevdir. Heydər Əliyev 

Fondu  bu  gün  respublikamızda  fəaliyyət  göstərən  Heydər 

Əliyev  Muzey  və  mərkəzləri  üçün  işin  düzgün  qurulmasında 

bir nümunədir. Fond tərəfindən göstərilən qayğının nəticəsidir 

ki,  son  illər  Bakıda,  həmçinin  respublikamızın  şəhər  və 

rayonlarında  50-dən  çox  Heydər  Əliyev  Muzeyi  və  Mərkəzi 

yaradılmışdır.  




30 

 

 Heydər  Əliyev  Mərkəzinin  binası  Bakı  şəhərində,  Heydər 



Əliyev  prospektində  inşa  edilmişdir.  Mərkəz  böyük  bir 

kompleksdən  ibarət  olmaqla,  özündə  iri  konqres  zalı,  Heydər 

Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. 

Mərkəzin  layihəsi  2007-ci  ildə  məşhur  memar  Zaha  Hadid 

tərəfindən  işlənmişdir.  Mərkəz  müasir  Bakının  simvollarından 

biri  hesab  edilir.

 

Mərkəzin  əsas  binası  üç  böyük  hissədən 



ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". 

Binanın  doqquz  mərtəbəli  hissəsində  sərgi  zalları,  ofislər, 

həmçinin kafelər yerləşir.  

  

Mərkəzin  birinci  mərtəbəsində  “Azərbaycan  inciləri” 



adlı  sərgi  fəaliyyət  göstərir.  Sərgidə  ölkənin  tarixi  və  mədəni 

irsini  əks  etdirən  unikal  eksponatlar  nümayiş  etdirilir.  Sərgidə 

Azərbaycan 

tarixinin 

bütün 

dövrlərini, 



həmçinin 

mədəniyyətinin  müxtəlif  sahələrini  özündə  əks  etdirən 

eksponatlar  vardır.  Eksponatlar  arasında  həmçinin  müxtəlif 

regionlara  məxsus  Azərbaycan  milli  geyim  nümunələri  və 

müxtəlif  məktəblərə  xas  Azərbaycan  xalçaları  da  vardır. 

Burada həm də qədim Azərbaycan musiqi alətləri də sərgilənir 

ki,  ziyarətçilər  onlara  yaxınlaşmaqla,  həm  də  alətlərin 

səslənməsini dinləyə bilirlər. 

 

Mərkəzin  ən  cəlbedici  hissələrindən  birində  Heydər 



Əliyev  Muzeyi  fəaliyyət  göstərir.  Dizaynı  və  burada  tətbiq 

olunan  yeni  texnologiyaları  ilə  fərqlənən  muzey  Heydər 

Əliyevin  həyat  və fəaliyyətinin  müxtəlif dövrlərini  əks etdirir. 

Burada  Heydər  Əliyevin  həm  Sovet  hakimiyyəti  dövründə, 

həm də müstəqillik illərindəki fəaliyyətinin müxtəlif aspektləri 

virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən 

filmləri  izləmək  istəyənlər  üçün  müasir  avadanlıqlarla  təchiz 

edilmiş  xüsusi  zal  fəaliyyət  göstərir.  Muzeydə  təqdim  olunan 




31 

 

Heydər  Əliyevin  hərbi  və  mülki  geyimləri,  iş  masası,  şəxsi 



əşyaları,  müxtəlif  illərdə  layiq  görüldüyü  orden  və  medallar, 

dünya  ölkələrinin  rəhbərləri  tərəfindən  aldığı  hədiyyələr  də 

nümayiş etdirilən eksponatlar siyahısındadır. 

         Respublikamızın  bir  çox  bölgələrində  umimmilli  Heydər 

Əliyev  muzeyləri  fəaliyyət  göstərir.  Bu  muzeylərdən  biri  də 

Naxçıvanda  fəaliyyət  göstərir.  Bu  muzey  ulu  öndərin  şərəfinə 

Azərbaycan 

Respublikasında  yaradılmış  ilk  muzeydir. 

Naxçıvanda  yaradılmış  Heydər  Əliyev  muzeyinin  ölkəmizin 

digər bölgələrindəki muzeylərdən fərqli cəhəti  ondadır ki, ulu 

öndərimizin  həyatı  və  fəaliyyətindən    bəhs  edən  bu  muzey  

onun  anadan  olduğu,  boya-başa  çatdığı,  əmək  fəaliyyətinə 

başladığı  torpaq  olmaqla  yanaşı,  həm  də  dahi  şəxsiyyətin 

haqqında  çox  zəngin  və  nadir  materialların,  eksponatların 

kifayət qədər olmasıdır.  

II  iştirakçı:  -  “Əgər  bütün  bəşəriyyət...”  adlı  çıxışımda  ölməz 

ədib Cəfər Cabbarlının ev- müzeyindən söhbət açmaq istərdik.

 

Cəfər  Cabbarlı  Xızıda  anadan  olub,  daha  sonra  ailənin  Bakı 



şəhərinə köçməsi  ilə əlaqədar olaraq  yazıçının  bütün  ömrü bu 

şəhərlə  bağlanıb.  Onun  Bakıdakı  ev  muzeyinin  yerləşdiyi 

binanı özü tikdirib.  C. Cabbarlının Bakı şəhərindəki ev-muzeyi 

ilə tanışlıq  həyətdən başlayır. Unudulmaz sənətkarın əkdiyi tut 

ağacı, bu ağaca sarmaşan üzüm tənəyi  habelə əncir, nar, armud 

ağacları əvəzsiz eksponatlardandır. Bəli, tut ağacını Cəfər bəy 

özü  əkib.  Amma  tut  ağacını  qollu-budaqlı  görmək  ona 

müyəssər  olmayıb.  Axı  nə  ömür  sürüb  ki,  Cəfər  Cabbarlı? 

Cəmi 35 il. Amma bu qısa ömürdə nə qədər iş görüb: pyeslər, 

hekayələr,  şeirlər,  poema,  məqalələr,  ssenarilər,  tərcümələr... 

Cəfər Cabbarlının ev- müzeyinin ekspozisiyasında da incəsənət 

əsərlərindən  geniş  istifadə  edilib.  Muzeyin  həyətində  rəssam 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə