F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

35 

 

özü  ilə  vidalaşıram.  Gələcəyə  adımlayaraq  keçmişi  arzulamaq 



qəribə deyilmi?  

VI  iştirakçı- Mən “Şair, nə tez qocaldın sən...” adlı çıxışımda 

böyük şairimiz Səməd Vurğunun ev-muzeyi haqqında məlumat 

vermək  istəyirəm.  Qırx  ildən  çoxdur  ki,  Xalq  şairi  Səməd 

Vurğunun ev muzeyi yaradılıb. 

Muzeydə şairin  naturadan  

çəkilmiş iki portreti var. Muzeydə maraq doğuran kiçik ölçülü 

başqa bir rəsm əsəri də var. Bu rəsm əsərini şairin böyük oğlu 

Yusif  (Xalq  yazıçısı  Yusif  Səmədoğlu)  çəkib.  Yusifin  onaltı 

yaşında 

olarkən 


çəkdiyi 

rəsm 


Qazax 

Müəllimlər 

Seminariyasının  tələbəsi  olan  Səməd  Vurğunun    fotoşəklinin 

surətidir. Muzeydə nümayiş etdirilən başqa bir boyakarlıq əsəri 

“Şair,  nə  tez  qocaldın  sən...”  adlanır.  Bu  əsəri  rəssam 

Nəcəfqulu  İsmayılov  işləyib    və  Səməd  Vurğunun    poetik 

portretini  çox  yaddaqalan  şəkildə  tamamlayıb  .  Tablo 

qarşısında şairin bu misraları yada düşür:  

 

 

 



Saç ağardı, ancaq ürək 

 

 



 

Alovludur əvvəlki tək. 

 

 

 



Saç ağardı, ancaq nə qəm!  

Əlimdədir hələ qələm. 

Bilirəm ki, deməyəcək  

Bir sevgilim, bir də Vətən: 

Şair, nə tez qocaldın sən?! 

Muzeydə şairin 50 illik yubileyində ona bağışlanmış incəsənət 

əsərləri  də  nümayiş  etdirilir.  Üzərində  Səməd  Vurğunun  

portreti  olan  xalça  Elmlər  Akademiyasının,  böyük  böyük 

rəssamımız 

Səttar 


Bəhlulzadənin 

fırçasından 

çıxmış 

“Qudyalçayın 



sahilində” 

əsəri 


Rəssamlar 

İttifaqının 

hədiyyəsidir. 1976-cı ildə şairin 70 illk yubileyi münasibəti ilə 



36 

 

üzərində  onun  portreti  olan  yeni  bir  xalça  da  toxunub  və 



muzeyə təqdim olunub...   

 VII  iştirakçı:  -  Mən  “Amalı  xeyir  olan  şəxsiyyət”  adlı 

çıxışımda  məşhur  sahibkar  və  xeyriyyəçi  Hacı  Zeynalabdin 

Tağıyevin  ev-muzeyi  haqqında  söhbət  açmaq  istəyirəm. 

Muzeyin binası Bakının ən gözəl memarlıq abidələridən biridir 

və  1895-1896-cı  illərdə  tikilib.  Hacı  Zeynalabdin  Tağıyevin 

yaşayış  mülkü  olan  bu  sarayda  1920-ci  ildən  bəri  fasilələrlə 

muzey fəaliyyət göstərir. Hacı Zeynalabdinin muzeyə çevrilmiş 

malikanəsində  300  minədək  maddi  mədəniyyət  nümunəsi 

saxlanılır.  Prezident  İlham  Əliyevin  göstərişi  ilə  muzeyin 

binası  2004-2007-ci  illərdə,  əvvəlki  görkəmi  saxlanılmaqla, 

əsaslı  təmir  olunub.  Hazırda  bu  muzeydə  6  şöbə,  1 

labarotoriya,  12  fond,  4  qrup  və  kitabxana  fəaliyyət  göstərir. 

Kitabxanada  əsasən  XIX-XX  əsrin  əvvəlində  çap  olunmuş  80 

mindən çox nadir jurnal, kitab və qəzet nüsxələri toplanıb.  



VIII  iştirakçı- Mənim  “Notların izinə çevrilən muzey” adlı 

çıxışım  Xalq  artisti,  professsor,  içtimai  xadim,    Bülbülün 

memorial  muzeyi  haqqındadır.    Bülbül  Azərbaycan  musiqi 

sənətinin  inkişafında  yeni  bir  dövr  açmışdır.  O,  nəhəng 

diapazonlu  fəaliyyətə  malik  şəxsiyyət  idi.  O,  hərtərəfli  inkişaf 

etmiş  bir sənətkar idi.  İstedadı  onun geniş  qəlbi ilə həmahəng 

idi.  Azərbaycan KP MK-nın və  Respublika Nazirlər Sovetinin 

qərarı ilə 10 iyun 1982-ci ildə Bakıda Azərbaycan professonal 

vokal    sənətinin  banisi  Bülbülün  memorial  muzeyi  açılmışdır. 

Muzeydə  Bülbülün  yaradıcılığı,  elmi-tədqiqi,  pedaqoji  və 

içtimai fəaliyyəti demək olar ki,

 geniş əks olunub. Burada 

9000-

dən  artiq  sənəd  və  material  toplanmışdır.  Bülbül  bu  mənzildə 



1937-ci  ildən  ömrünün  son  günlərinədək,  yəni  1961-ci  ilin 

sentyabrınadək yaşayıb-yaratmışdır.   




37 

 

  



Kitabxanaçı  bir  həfrtə  ərzində  daimi  oxucularla 

Könlümüzdən keçən evlər - işğal altında qalan muzeylər” adlı  



divar  qəzeti  hazırlayır.  Əvvəlcə  oxucular  bu  mövzudan  bəhs 

edən  ədəbiyyatlarla  tanış  olub,  məlumat  toplayırlar.  Hər  bir 

oxucu bu mövzuda öz fikrini divar qəzetində qeyd edir və slayd 

hazırlayır.  Ən  yaxşı  rəy  bildirən,  slayd  hazırlayan  oxucu 

kitabxananın müdriyyəti tərəfindən mükafatlandırılır.  

Qəzet  bu  səpkidədir:  “Qədim  insan  məskənlərindən  sayılan 

Azərbaycan  maddi  mədəniyyət  abidələri  və  tarixi  özündə 

yaşadan  sərvətlərlə  zəngindir.  Azərbaycanın    bir  parçası  olan 

Qarabağda  belə  sərvətlər  sayagəlməz  dərəcədə  idi.    XX  əsrin 

otuzuncu  illərindən  başlayaraq  bu  bölgədə  bir-birinin  ardınca 

mahiyyətinə  görə  müxtəlif  təmayüllü  muzeylər,  xatirə 

kompleksləri,  qoruqlar  və  sair  yaradılmışdı.  Təəssüf  ki, 

Ermənistanın  ölkəmizə  təcavüzü  nəticəsində  100  mindən  artıq 

əşyanın  toplandığı  22  muzey  işğal  olunmuş  ərazidə  qalıb. 

Həmin  ərazilərimizdə  xalqımıza  məxsus  83. 500  ədəddən  çox 

eksponat,  14  xatirə  kompleksi  və  1891  maddi  mədəniyyət 

resursu  talan  olunub,  738  tarixi  abidə,  28  muzey  və  4  rəsm 

qalereyası  tamamilə  məhv  edilib.    Azərbaycan  xalqının  tarixi 

və  mədəniyyəti  ilə  bağlı  qiymətli  əşyalar,  rəsm  və 

heykəltəraşlıq  əsərləri,  dünya  şöhrətli  Azərbaycan  xalçaları, 

xalça  məmulatları,

 

Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin 



xatirə  əşyaları  və  digər  eksponatlar  toplandığı  bu  muzeylər 

düşmən  tərəfindən  qarət  olunub.  Təkcə  Şuşa  şəhərində  8 

muzey  fəaliyyət  göstərirdi:  Dövlət  Qarabağ  Tarixi  Muzeyi, 

Uzeyir Hacıbəylinin, Azərbaycanın görkəmli  xanım yazarı xan 

qızı  Natavanın,  musiqi  sənətimizin  alovlu  təbliğatşısı  və 

tədqiqatçısı  Bülbülün,  Mir  Möhsün  Nəvvabın  və  başqalarının 

ev-muzeyləri.  Azərbaycan  Xalça  Muzeyinin  Şuşa  filialı, 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə