F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   11   12   13   14   15   16   17   18   19

44 

 

“Hüseyn Cavid   həmişə öz iradəsi  ilə yaşamış, öz iradəsinə



millətinə  sadiq olmuşdur. Onun yaratdığı əsərlər Azərbaycan 

xalqının milli sərvətidir. Onlar  bu gün üçün, gələcək nəsillər 

üçün dərslik kitabıdır. Ümidvaram ki,  Cavid ocağı xalqımızın 

tarixinin, ədəbi irsinin milli-mənəvi dəyərlərinin gənc nəsillə 

aşılanmasında misilsiz rol oynayacaqdır.”      

                                                                           Heydər Əliyev,

 

                                                                         ümummilli lider 

  

 “Hüseyn Cavid  Azərbaycan teatrının Şekspridir”.  



                                                                         Mikayıl Müşfiq,   

                                                                                     Şair 

 

  “Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz.”  

                                                                           Cəfər Cəfərov,  

                                                                   tarix elmləri doktoru  

“Hər  şeyə  görə  -  atamı  Vətən  torpağına  qovuşdurduğuna, 

əzizlərimi 

bir 


sərdabədə 

Cavid 



 

məqbərəsində 

görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən yandırdığına 

görə unudulmaz Heydər Əliyevə minnətdaram.”  

                                                                            Turan Cavid,   

                                                        Əməkdar mədəniyyət işçisi 

 

  Turan  xanım  Cavid  irsinin  ən  böyük  pərəstişkarlarından  və 



təbliğatçılarından  biri  idi.  Şairin  ev-muzeyinin  yaradılması 

əsərlərinin  ən  mükəmməl  nəşrinin  hazırlanması  bilavasitə 

onun    adı  ilə  bağlıdır.  Sovet  dövrü  nəşrlərində  Cavidin 

imlasına müdaxilə olunmuş, bir çox yerlərdə  isə təhriflərə yol 

verilmişdir.  Turan  xanımın  hazırladığı  son  beşcildlik  

külliyatda Cavidin ilkin imlası, demək olar ki, bərpa olunmuş, 




45 

 

böyük  şair-dramaturqun  hətta  indiyə  qədər  çap  olunmamış 



əsərləri  də  ilkin  şəkildə  oxuculara  çatdırılmışdır.  Bu  gün 

Hüseyn  Cavidin  Ev-Muzeyində  şairin  irsinin  təbliği    və 

araşdırılması, eləcə də tərcüməsi və internet vasitəsilə dünyaya 

yayılması yönündə mühüm işlər görülür.  

Muzey  Bakıda  -  Hüseyn  Cavidin  1920-37-ci  illərdə  yaşadığı 

evdə  (İstiqlaliyyət küç.8) yerləşir. Hüseyn Cavidin ev muzeyi 

1981-ci  ildə  Azərbaycanın    dahi  mütəfəfəkkiri,  filosofu  şair-

dramaturqu    Hüseyn  Cavidin  anadan  olmasının  100  illiyi 

münasibətilə  ölkə  başçısı,

 

ümummilli  liderimiz    Heydər 



Əliyevin  25  noyabr  1981-ci  il  tarixli,  604  saylı  sərəncamı  ilə 

yaradılmışdır.  Muzey 

əvvəl  Mədəniyyət  Nazirliyinin  

tərkibində  Hüseyn  Cavidin  xatirə  muzeyi  adı  ilə,  sonra  isə, 

1995-ci ildə Azərbaycan  Respublikası Nazirlər Katinetinin 10 

iyul  1995-ci  il  160  saylı  qərarı  əsasında  AMEA-nın  tərkibinə 

daxil olmuşdur. Hüseyn Cavidin ev-muzeyinin açılışı 2002-ci il 

oktyabr ayının 24-də, şairin 120-ci doğum günündə olmuşdur. 

AMEA-nın    nizamnaməsi  və    AMEA-nın  Rəyasət  Heyətinin 

qərarına  müvafiq  olaraq  elmi-tədqiqat  idarəsi  hesab  edilir. 

Muzeydə 6 şöbə fəaliyyət göstərir.  

 Ekspozisiyası  4  otaqdan  ibarət  olan  muzeyin  ümumi  sahəsi 

245  kvadratmetrdir. Muzeyin  əsas  fondunda 15. 000  eksponat 

var.  Ekspozisiyada  850  eksponat  nümayiş  olunur.  Bu 

eksponatlar  Hüseyn  Cavidə  məxsus  sənədləri,  ailəyə  məxsus  

məişət  və  geyim  əşyalarını,

 

Hüseyn  Cavidin  əlyazmalarını, 



müxtəlif  illərdə  nəşr  olunmuş  kitabları,  səhnə  əsərlərinin 

proqram  və  afişalarını,  tamaşalardan  fotoşəkilləri  və  ailəvi 

fotoşəkilləri  əhatə  edir.    Muzeyə  2004-cü  ilin  sentyabr  ayına 

kimi  Turan Cavid  rəhbərlik etmişdir.  




46 

 

 Muzeyin girəcəyində hekəltəraş Ömər Eldarovun yaratdığı və 



əsli  Hüseyn  Cavid  prospektində  MEA-nın  əsas  binası  ilə 

üzbəüz  bağda  ucalan,  tuncdan  tökülmüş  Cavid  abidəsinin 

gipsdən  olan  kiçik  variantı  qoyulmuşdur  (1993).  Muzeyin 

ekspozisiyası 4 otaqda yerləşmişdir. 

 Son ildə muzeyə 4230 ədəd sənəd və eksponat daxil olmuş və 

qeydiyyatdan keçmişdir. Beləliklə, eksponatların sayı 5450-dən 

9680-ə  çatmışdır.  Hüseyn  Cavidin  doğma  vətəni  Naxçıvanda 

da  ev-muzeyi  açılmış  və  fəaliyyət  göstərməyə  başlamışdır. 

Hüseyn  Cavidin  Naxçıvan  şəhərində  ev-muzeyi

 

Azərbaycan 



KP  MK-nın  25  dekabr  1980-cı  il  tarixli  qərarı  və  Azərbaycan 

Nazirlər  Sovetinin  13  fevral  1981-ci  il  tarixli  sərəncamı  ilə 

yaradılıb.  Muzeyin  rəsmi  açılışı  1984-cü  il  iyun  ayının  9-da 

olmuşdur.  Muzeyin  ekspoziyası  və  mövzu-tematik  planı 

mərhum 

teatrşünas 



Tamilla 

Təhmasib 

tərəfindən 

hazırlanmışdır.  Hüseyn  Cavidin  ev-muzeyində  hazırda  7200-ə 

yaxın  eksponat  toplanmışdır.  Onların  içərisində  Hüseyn 

Cavidin  həyat  və  yaradıcılığını  əks  etdirən    foto-şəkillər, 

sənədlər,  əsərlərinin  ilk  nəşrləri,  üzərində  müəllifin  aftoqrafı 

olan 1934-cü ildə nəşr olunmuş “Səyavuş” və 1926-cı ildə nəşr 

olunmuş “İblis” əsərləri, böyük şairin yubileyləri, onu  müxtəlif  

teaqtrlarda tamaşaya qoyulmuş  afişa  və proqramları, müxtəlif 

xatirə  əşyaları  vardır.  Bu  eksponatlar  içərisində    ədibin  yaxın 

dostu  Əziz  Şərifin  muzeyə  şəxsən  üzünü  köçürüb  bağışladığı 

Cavidin  İstanbuldan  Qurbanəli  Şərifzadəyə    göndərdiyi  

məktublardan ibarət dəftəri, şairin qızı Turan Cavid tərəfindən 

hədiyyə edilmiş “Knyaz” əsərinin əlyazmasını və ailə şəkillərin 

orijinallarını,  Ərtoğrol  Cavidin  hərbi  xidmət  illərində  1942-ci 

ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi Hospitalından 

və  Naxçıvandan  Bakıya  -  anası  Mişkinaz  Cavidə    və  bacısı 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə