F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   11   12   13   14   15   16   17   18   19

41 

 

mədəniyyət  müəssisələri  fəaliyyət  göstərir.    Şaiqin  Mənzil 



Muzeyi  XX  əsrin  ədəbi-mədəni  mühitini,  dövrün  bir  çox 

ziyalılarının  həyatını  və  içtimai  yaradıcı  fəaliyyətini  özündə 

əks  etdirir.  Böyük  maarif  xadimi,  gözəl  ədib  Abdulla  Şaiq 

Azərbaycanda  milli  məktəbin  yaranması,  pedaqogikanın 

inkişafı, poeziyanın, nəsrin, bədii tərcüməçilik sənətinin, uşaq 

ədəbiyyatı  və  dramaturgiyasının  yaranmasında  əvəzsiz 

xidmətlər  göstərmişdir.  Abdulla  Şaiqin  Mənzil  Muzeyinin 

fəaliyyəti  daim  Mədəniyyət  və  Turizm  Nazirliyinin  diqqət 

mərkəzində olmuşdur. 

  Abdulla  Şaiqin  xidmətləri  Azərbaycan  dövlətçiliyinin  bütün 

dövrlərində yüksək qiymətləndirilmişdir. Muzeyin çox  zəngin 

fondu  var  ki,  burada  Abdulla  Şaiqin  şəxsi  kitabxanasına 

məxsus  nadir  bibloqrafik  nəşrlər,  onun  yaratdığı  dərsliklər, 

əsərləri ilk dəfə nəşr olunan dövrü mətbuat nümunələri, ədibin 

yaradıcılığına,  şəxsiyyətinə  həsr  edilmiş    zəngin  ədəbiyyat, 

oğlu  Kamal  Talıbzadənin  ədəbi  yaradıcılığını  əks  etdirən 

nəsrlər  toplanmışdır.  Muzeyin  ekspoziyası    dörd  otaqdan 

ibarətdir.  Bu  otaqların  hər  biri  Abdulla  Şaiq  şəxsiyyətini 

müəyyən  mənada  açır.  Birinci  otaq  Abdulla  Şaiqin  dünya 

şöhrətinə  həsr  edilib.  Burada  şairin  müxtəlif  dillərdə  tərcümə 

edilib,  xarici  ölkələrdə  nəşr  olmuş  əsərləri,

 

Abdulla  Şaiqin 



özünün  rus,  ərəb,  fars  dillərindən  tərcümə  etdiyi  əsərləri, 

görkəmli  elm  və  maarif  xadimlərinin  Şaiq  haqqında  yüksək 

fikirləri həkk olunmuş tablolar nümayiş etdirilir. Abdulla Şaiq 

N.Gəncəvinin, 

Ə.Firdovsinin,  V.Şekspirin,  A.Puşkinin, 

M.Lermantovun,  L.Tolstoyun,  İ.Krılovun  və  başqalarının 

əsərlərini  Azərbaycan  dilinə  tərcümə  etmiş,  dərsliklər 

yazmışdır. Muzeydə dramaqturqun  tərcümə etdiyi  əsərlərdən 

ibarət  geniş  bir  stend  tamaşaçıların  böyük  marağına  səbəb 



42 

 

olur.  Abdulla  Şaiqin  yaradıcılığının,  demək  olar  ki,  bütün 



sahələri  tədqiq  olunmuşdur  və  bununla  bağlı  dərc  edilmiş 

onlarla kitab və  çoxsaylı məqalələrə  ekspozisiyada xüsusi  yer  

ayırılmışdır. İkinci otaq - qonaq otağında Abdulla Şaiqin nəsli, 

ailəsi haqda geniş məlumat almaq olar. Ekspozisiyanın üçüncü 

otağına  epiqraf  Abdulla  Şaiqin  məşhur  bir  kəlamı,  “Mən 

yazıçılığımdan  ziyadə,  müəllimliyimlə  fəxr  edirəm”  ifadəsi 

götürülmüşdür.  O,  uzun  illər  Gənc  Tamaşaçılar  Teatrının 

ədəbi-bədii  hissə  müdiri  olmuş,  Azərbaycanda  uşaq 

dramaturgiyasının  əsasını  qoymuş,  uşaq  teatrı  yaratmışdır. 

Onun  dramaturji  fəaliyyəti  ilə  bağlı  sənədlər  və  fotolar 

ekspozisiyanın  üçüncü  otağında  yer  almışdır.  Dördüncü  otaq   

Abdulla  Şaiqin  iş  otağıdır.  Burda  onun  müxtəlif  illərdə  nəşr 

edilən əsərləri, repressiya dövrü yaradıcılığı, ədəbiyyatşünaslıq 

fəaliyyətinə dair informasiya təqdim edilib. Bu otaqda Abdulla 

Şaiqə  aid  olan  memorial  eksponatlar,  yazı  masası,  şəxsi 

əşyalar  nümayiş  etdirilir.  Abdulla  Şaiqin  iş  otağı  muzey 

ziyarətçilərində sonsuz maraq doğuran məkanlardandır. Çünki 

burada onlar  Şaiq  yaradıcılığı  ilə tanış  olmaqla  yanaşı,  ədibin 

şəxsi  əşyaları,  yazı  masası,  geyimi  ilə  interaktiv  əlaqəyə 

girmək imkanı əldə edirlər.  Qeyd etmək lazımdır ki, muzeyin 

ekspozisiyası  fonda  qəbul  oluna  yeni  eksponatların  istifadəsi 

ilə daim dəyişir, yeniləşir.  

   Muzey  əməkdaşları  hər  eksponat  haqqında  qonaqlara  ətraflı 

məlumat  verməklə,  onların  ədib  haqqındakı  təəssüratlarını 

zənginləşdirir,  dünya  görüşlərinin  genişlənməsinə  şərait 

yaradır. Bu da, öz növbəsində, Abdulla Şaiqin  yaradıcılığının 

əsas məqsədi hesab edilən təlim-tərbiyə prosesinin davamıdır. 

Muzeydə  hazırlanan  hər  bir  tədbir  uşaq  və  yeniyetmələrin  




43 

 

mənəvi  tərbiyəsi  işində  görüləcək işlərin həyata  keçirilməsinə 



təkan verir.  

 

  Respublikamızın  müxtəlif  bölgələrinin,  eləcə  də 



Bakının  təhsil  ocaqlarınının  tələbələri,  məktəbliləri  ədibin 

xatirə  muzeyini  vaxtaşırı  ziyarət  edir,  onun  dramaturgiyasını, 

lirikasını,  nəsr  əsərlərini  indi  də  sevə-sevə  mütailə  edirlər.  F. 

Köçərli    adına  Respublika  Uşaq  Kitabxanasının  saytında 

Abdulla Şaiqlə bağlı elektron məlumat bazası yerləşdirilmişdir.  

Burada  ana  səhifə,  yazıçının  həyat  və  yaradıcılığı,  həyat  və 

fəaliyyətinin  əsas  tarixləri,  A.Şaiqin  müdrik  deyimləri, 

görkəmli  şəxslər  Şaiq  haqqında,  əsərləri,  sözlərinə  yazılmış 

mahnılar,  A.Şaiqə  həsr  olunmuş  şeirlər,  fotoqalereya, 

videoqalereya  verilmişdir.  Həmçinin  Mədəniyyət  və  Turizm 

Nazirliyinin  təşəbbüsü  ilə,  A.Şaiqin  bibloqrafiyası  F.  Köçərli 

adına  RUK-un  ölkəşünaslıq  şöbəsi  tərəfindən  hazırlanmış  və 

nəşr edilmişdir.  

A.Şaiqin Mənzil Muzeyinə həsr olunmuş tədbir sona çatdıqdan 

sonra  kitabxanaçı ikinci bir muzey haqqında “Cavid dünyasına 

səyahət  -  Hüseyn  Cavidin  Ev-Muzeyi”  haqqında  məlumata 

keçid alır. O, əvvəlcə “Hüseyn Cavidin Ev-Muzeyi”  kitabının 

annotasiyasını nəql edir.   



Kitabxanaçı:  -  Kitab

 

Hüseyn  Cavidin  Ev-Muzeyinə  həsr 



edilmişdir.  Kitabda  muzeyin  yaranma  tarixindən,  oradakı 

eksponatlardan,  muzeyə  verilmiş  hədiyyələrdən    və    Hüseyn  

Cavidin    Naxçıvandakı  ev  muzeyindən  bəhs  edilir.  Sözlərimi 

görkəmli şəxsiyyətlərin dahi şair haqqında söylədikləri fikir və 

kəlamlarla  davam etdirmək istərdim.  

 

 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə