43
fərqli olduğunu dərk edən əsərin qəhrəmanları, əslində,
ədəbiyyatımızın əzəli mövzusu olan insan azadlığı problemini
müasir dövrdə bütün çalarları ilə təcəssüm etdirirlər.
II aparıcı: Bəli, Elçin Əfəndiyev yaradıcılığının çoxşaxəli
olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran
qələm sahiblərindəndir. Teatr üçün yazdığı əsərlər ədəbi aləmdə
yazıçını dramaturq kimi tanıtmışdır. Ölkəmizdə, habelə,
dünyada gedən ədəbi-bədii proseslər barədə dövri mətbuatda
müntəzəm
olaraq
dərc
etdirdiyi
tənqidi
məqalələr
ədəbiyyatşünasların yüksək qiymətini qazanmışdır. Onun
ssenariləri əsasında çəkilmiş bədii filmlər tamaşaçılar tərəfindən
həmişə rəğbətlə qarşılanmışdır. Bildiyimiz kimi Elçin
Əfəndiyev yaradıcılığı boyu bir sıra povestlər, kinopovestlər
yaratmışdır. Bunlardan “Bir görüşün tarixçəsi”, “Toyuğun diri
qalması”, “Dolça”, “Bayraqdar”, kinopovestlərdən “Ox kimi
bıçaq”, “Aman ovçu, vurma məni...”, “Hökmdarın taleyi” və s.
misal göstərmək olar. Bu kinopovestlər içərisində “Hökmdarın
taleyi” tarixi mövzuda yazılmış ən gözəl əsərdir. Bu əsəri
oxuyan hər bir oxucu Azərbaycanın keşməkeşli tarixinə bələd
olur. Bu əsəri oxuyan hər bir oxucu Azərbaycanın keşməkeşli
tarixinə bələd olur. Söhbət “Hökmdarın taleyi” kinopovestindən
düşmüşkən, gəlin yuxarı sinif şagirdlərinin ifasında bu əsərdən
bir parçaya tamaşa edək.
Səhnə əsərə uyğun olan dekorasiyalarla bəzədilir. İfaçılar
əsərə uyğun paltarlarda səhnəyə çıxırlar. Tamaşada Qarabağ
xanı İbrahim xanı, Axund Mirmöhsün ağanı, Naxçıvan xanı
Kəlbəli xanı, İrəvan xanı Məhəmməd xanı, Gəncə xanı Cavad
xanı canlandıran yuxarı sinif şagirdləri iştirak edirlər.
Aparıcı: 9 oktyabr 1803-cü il. Şuşa. Xan sarayı. Qarabağ xanı
İbrahim xan Naxçıvan xanı Kəlbəli xanı, İrəvan xanı
Məhəmməd xanı, Gəncə xanı Cavad xanı Axund Mirmöhsün
44
ağa ilə birlikdə sarayında qarşılayır. Bu görüşdə məqsəd
Xanların Padşah Aleksandrın böyük generalı Sisianovun Tiflisə
gəlişindən duyduğu narazılıqdır. Sisianovun məqsədi İrəvan
Naxçıvan, Gəncə xanlığını rus padşahına tabe etməkdir.
İbrahim xan: Qarabağa təşrif buyurmağınız məni çox şad edib,
qardaşlar.
Kəlbəli xan: Məhəmməd xan qardaşımızla qərar verdik ki,
səninlə məsləhətləşməyə gələk, İbrahim xan. Məsələ vacib,
zaman məhduddur. Padşah Aleksandrın böyük generalı Sisianov
daha gəlib Tiflisdə əyləşib.
Məhəmməd xan: O, bizim İrəvan xanlığından da, Naxçıvan
xanlığından da tələb edir ki, rus padşahına tabe olaq!
Mirmöhsün ağa: İbrahim xan neçə dəfə Azərbaycan xanlarına
təklif etdi ki, gəlin xanlıqları birləşdirib vahid Azərbaycan
dövləti yaradaq, hətta onu da buyurdu ki, biz də Nadir şah
Əfşarın Muğanda çağırdığı kimi qurultay çağırıb bu məsələni
orada həll edək. Amma bu təklifə qol qoyulmadı. Yoxsa ki, indi
güclü bir orduya malik olardınız. Peyğəmbər əleyhissəlam
yüzlərcə yerə bölünmüş ərəb qəbilələri birləşdirməsəydi, islam
dünyası o qədər vüsətli qələbələrə nail ola bilməzdi.
Məhəmməd xan: Cənab Mirmöhsün ağa, sizin sözlərinizdə
həqiqət var. Ancaq indi təqsirkar axtarmaq vaxtı deyil.
Kəlbəli xan: İbrahim xan, sən Fətəli şahla qohum olmusan.
Oğlun Əbülfət ağa da hal-hazırda onun sarayında yüksək
mənsəbdədir. Əgər Fətəli şah xanlıqlarımızı saxlamaq şərtilə
bizə kömək edərsə, biz də Sisianovun təklifini rədd edərik. Mən
rus padşahının cəngindən qurtarmağın başqa yolunu görmürəm.
Cavad xan: Yekatrinanın əmri ilə general Zubov Qafqaza
yeriyib Dərbəndi mühasirə eləyəndə, mən sizə dedim ki, təcili
qoşunlarımızı birləşdirib Dərbəndin köməyinə gedək. Bu gün siz
və eləcədə, Şəki, Şirvan, Bakı xanları hər bir xanlıqdan mənə iki
45
min-üç min nəfər atlı versəniz, Sisianova əlavə kömək gəlib
çatınca, mən onu aşağı Qafqazdan qovub çıxarardım.
İbrahim xan: Mən general Sisianovla görüşüb danışmamış
heç bir qərara gələ bilmərəm.
Cavad xan: Mən görürəm ki, məsələnin nə qədər ciddi olduğu
nə sizi, nə də qardaşlarımızı mənim qədər narahat etmir. Ona
görə də mən məclisinizi tərk edirəm və sizi xəbərdar edirəm ki,
mən son nəfəsimə qədər rus padşahının qoşunu ilə vuruşacağam.
Mən namusumuzu, torpağımızı axırıncı qülləmə qədər müdafiə
edəcəyəm!
İştirakçılar baş əyib, səhnədən ayrılırlar.
I aparıcı: Elçin Əfəndiyev “Klassik aşıq poeziyasında dünya
obrazı”ndan da, “Ədəbiyyatda tarix və müasirlik” problemindən
də, “Yaxın və uzaq Türkiyənin tarixi və müasir həqiqətlərindən
də, “qırmızı qaranlıqlar” dövrünün “Ölüm hökmündən də,
insani, bəşəri duyğuların “Mahmud və Məryəm” faciəsindən də,
eyni istedad və intellektlə, eyni yazıçı yanğısı və sənətkar
fədakarlığı ilə yaza bilir. Elçin Əfəndiyevi həm lirik hekayələr
ustası, həm müqtədir romançı, həm mahir komediyalar müəllifi,
həm psixoloji faciələr, tragediyalar dramaturqu, həm ədəbi
prosesə hakimlik etmək səlahiyyəti olan ustad tənqidçi, həm
fundamental monoqrafiyalarıyla özünəməxsus elmi-nəzəri
sistemini yaradan klassik ədəbiyyatşünas alim adlandırmaq olar.
Hörmətli tədbir iştirakçıları! Gəlin, Çingiz Əlioğlunun Elçin
Əfəndiyevə həsr etdiyi “Portret cizgiləri” şeirini oxucumuzun
ifasında dinləyək:
Oxucu:
“mənim ərim dəlidir”
heç görün sözdür sən Allah
“dəlixanadan dəli qaçıb”
Çox elə ağ günə çıxıb o bədbəxt
Güya ki bu dünya büsbütün tamam
Dostları ilə paylaş: |