F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   10   11   12   13   14   15   16   17   18

43 

 

fərqli  olduğunu  dərk  edən  əsərin  qəhrəmanları,  əslində, 



ədəbiyyatımızın  əzəli mövzusu olan insan azadlığı  problemini 

müasir dövrdə bütün çalarları ilə təcəssüm etdirirlər. 



II  aparıcı:  Bəli,  Elçin  Əfəndiyev  yaradıcılığının  çoxşaxəli 

olması  ilə  seçilən,  müxtəlif  janrlarda  uğurla  işləməyi  bacaran 

qələm sahiblərindəndir. Teatr üçün yazdığı əsərlər ədəbi aləmdə 

yazıçını  dramaturq  kimi  tanıtmışdır.  Ölkəmizdə,  habelə, 

dünyada  gedən  ədəbi-bədii  proseslər  barədə  dövri  mətbuatda 

müntəzəm 

olaraq 

dərc 


etdirdiyi 

tənqidi 


məqalələr 

ədəbiyyatşünasların  yüksək  qiymətini  qazanmışdır.  Onun 

ssenariləri əsasında çəkilmiş bədii filmlər tamaşaçılar tərəfindən 

həmişə  rəğbətlə  qarşılanmışdır.  Bildiyimiz  kimi  Elçin 

Əfəndiyev  yaradıcılığı  boyu  bir  sıra  povestlər,  kinopovestlər 

yaratmışdır. Bunlardan “Bir görüşün tarixçəsi”, “Toyuğun diri 

qalması”,  “Dolça”,  “Bayraqdar”,  kinopovestlərdən    “Ox  kimi 

bıçaq”, “Aman ovçu, vurma məni...”, “Hökmdarın taleyi” və s. 

misal göstərmək olar.  Bu kinopovestlər içərisində “Hökmdarın 

taleyi”  tarixi  mövzuda  yazılmış  ən  gözəl  əsərdir.  Bu  əsəri 

oxuyan  hər  bir  oxucu  Azərbaycanın  keşməkeşli  tarixinə  bələd 

olur.  Bu  əsəri  oxuyan  hər  bir  oxucu  Azərbaycanın  keşməkeşli  

tarixinə bələd olur. Söhbət “Hökmdarın taleyi” kinopovestindən 

düşmüşkən, gəlin yuxarı sinif şagirdlərinin ifasında bu əsərdən 

bir parçaya tamaşa edək. 

Səhnə əsərə uyğun olan dekorasiyalarla bəzədilir. İfaçılar 

əsərə uyğun paltarlarda səhnəyə çıxırlar. Tamaşada Qarabağ 

xanı İbrahim xanı, Axund Mirmöhsün ağanı, Naxçıvan xanı 

Kəlbəli xanı, İrəvan xanı Məhəmməd xanı, Gəncə xanı Cavad 

xanı canlandıran yuxarı sinif şagirdləri iştirak edirlər. 

Aparıcı:  9 oktyabr 1803-cü il. Şuşa. Xan sarayı. Qarabağ xanı            

İbrahim  xan  Naxçıvan  xanı  Kəlbəli  xanı,  İrəvan  xanı 

Məhəmməd  xanı,  Gəncə  xanı  Cavad  xanı  Axund  Mirmöhsün 



44 

 

ağa  ilə  birlikdə  sarayında  qarşılayır.  Bu  görüşdə  məqsəd 



Xanların Padşah Aleksandrın böyük generalı Sisianovun Tiflisə 

gəlişindən  duyduğu  narazılıqdır.  Sisianovun  məqsədi  İrəvan 

Naxçıvan, Gəncə  xanlığını rus padşahına tabe etməkdir. 

İbrahim xan: Qarabağa təşrif buyurmağınız məni çox şad edib, 

qardaşlar. 



Kəlbəli  xan:    Məhəmməd  xan  qardaşımızla  qərar  verdik  ki, 

səninlə  məsləhətləşməyə  gələk,  İbrahim  xan.  Məsələ  vacib, 

zaman məhduddur. Padşah Aleksandrın böyük generalı Sisianov 

daha gəlib Tiflisdə əyləşib. 



Məhəmməd  xan:  O,  bizim  İrəvan  xanlığından  da,  Naxçıvan 

xanlığından da tələb edir ki, rus padşahına  tabe olaq! 



Mirmöhsün ağa: İbrahim xan neçə dəfə Azərbaycan xanlarına 

təklif  etdi  ki,  gəlin  xanlıqları  birləşdirib  vahid  Azərbaycan 

dövləti  yaradaq,  hətta  onu  da  buyurdu  ki,  biz  də  Nadir  şah 

Əfşarın  Muğanda  çağırdığı  kimi  qurultay  çağırıb  bu  məsələni 

orada həll edək. Amma bu təklifə qol qoyulmadı. Yoxsa ki, indi 

güclü  bir  orduya  malik  olardınız.  Peyğəmbər  əleyhissəlam 

yüzlərcə yerə bölünmüş ərəb qəbilələri birləşdirməsəydi, islam 

dünyası o qədər vüsətli qələbələrə nail ola bilməzdi. 



Məhəmməd  xan:  Cənab  Mirmöhsün  ağa,  sizin  sözlərinizdə 

həqiqət var. Ancaq indi təqsirkar axtarmaq vaxtı deyil. 



Kəlbəli  xan:    İbrahim  xan,  sən  Fətəli  şahla  qohum  olmusan. 

Oğlun  Əbülfət  ağa  da  hal-hazırda  onun  sarayında  yüksək 

mənsəbdədir.  Əgər  Fətəli  şah  xanlıqlarımızı  saxlamaq  şərtilə 

bizə kömək edərsə, biz də Sisianovun təklifini rədd  edərik. Mən 

rus padşahının cəngindən qurtarmağın başqa yolunu görmürəm. 

Cavad  xan:  Yekatrinanın  əmri  ilə  general  Zubov  Qafqaza 

yeriyib  Dərbəndi  mühasirə  eləyəndə, mən  sizə  dedim ki, təcili 

qoşunlarımızı birləşdirib Dərbəndin köməyinə gedək. Bu gün siz 

və eləcədə, Şəki, Şirvan, Bakı xanları hər bir xanlıqdan mənə iki 




45 

 

min-üç  min  nəfər  atlı  versəniz,  Sisianova  əlavə  kömək  gəlib 



çatınca, mən onu aşağı Qafqazdan qovub çıxarardım. 

İbrahim  xan:   Mən  general  Sisianovla  görüşüb  danışmamış 

heç bir qərara gələ bilmərəm. 



Cavad xan:  Mən görürəm ki, məsələnin nə qədər ciddi olduğu 

nə  sizi,  nə  də  qardaşlarımızı  mənim  qədər  narahat  etmir.  Ona 

görə də mən məclisinizi tərk edirəm və sizi xəbərdar edirəm ki, 

mən son nəfəsimə qədər rus padşahının qoşunu ilə vuruşacağam. 

Mən namusumuzu, torpağımızı axırıncı qülləmə qədər müdafiə 

edəcəyəm! 



İştirakçılar baş əyib, səhnədən ayrılırlar. 

I  aparıcı:  Elçin  Əfəndiyev  “Klassik  aşıq  poeziyasında  dünya 

obrazı”ndan da, “Ədəbiyyatda tarix və müasirlik” problemindən 

də, “Yaxın və uzaq Türkiyənin tarixi və müasir həqiqətlərindən 

də,  “qırmızı  qaranlıqlar”  dövrünün  “Ölüm  hökmündən  də, 

insani, bəşəri duyğuların “Mahmud və Məryəm” faciəsindən də, 

eyni  istedad  və  intellektlə,  eyni  yazıçı  yanğısı  və  sənətkar 

fədakarlığı ilə  yaza bilir. Elçin Əfəndiyevi həm lirik hekayələr 

ustası, həm müqtədir romançı, həm mahir komediyalar müəllifi, 

həm  psixoloji  faciələr,  tragediyalar  dramaturqu,  həm  ədəbi 

prosesə  hakimlik  etmək  səlahiyyəti  olan  ustad  tənqidçi,  həm 

fundamental  monoqrafiyalarıyla  özünəməxsus  elmi-nəzəri 

sistemini yaradan klassik ədəbiyyatşünas alim adlandırmaq olar.  



Hörmətli  tədbir  iştirakçıları!  Gəlin,  Çingiz  Əlioğlunun  Elçin 

Əfəndiyevə  həsr  etdiyi  “Portret  cizgiləri”  şeirini  oxucumuzun 

ifasında dinləyək: 

Oxucu:  


          “mənim ərim dəlidir” 

heç görün sözdür sən Allah 

“dəlixanadan dəli qaçıb” 

Çox elə ağ günə çıxıb o bədbəxt 

Güya ki bu dünya büsbütün tamam 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə