F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   10   11   12   13   14   15   16   17   18

40 

 

aliləşdirilən, bəkağətlə saydırılan nitqin üzündən, necə deyərlər, 



ənliyini-  kirşanını  silir.  Abşeron  camaatının  evdə,  küçədə, 

məclisdə  işlətdiyi  danışığın  dadını-duzunu  eynən  çatdıran 

təbiiliyi saxlayır. Ədəbilik pərdəsinin parıltılı cilasını təmizləyir 

və canlı dil Mirzə Cəlil dilinin sadəlik gücü ilə görünür.  



II  aparıcı:  Bəli,  əsərin  gücü  oxunuşundadır.  Rəvan  oxumaq, 

həvəslə oxumaq Elçin Əfəndiyevin istedadına rəvac verən əsas 

gücdür.  Yazıçı  Elçin  ana  dilinin  bilicisidir.  Elçin  Əfəndiyev 

istedadlı söz ustası kimi, təbii ki, Azərbaycan türkcəsinin bütün 

zəriflik  və  gözəlliklərinə  bələddir.  Onun  Abşeron  mövzuları 

ədəbiyyatımızın 

şedevrlərindən 

sayılır. 

Əsərlərindəki 

obrazlardan biri də yazıçı özüdür. O, obrazları ilə yazıçıdan çox, 

həmkar kimi danışır. Elçin  Əfəndiyev hər əsərinə görə, hətta bir 

əsərdəki hər obraza görə özünü, öz dilini xüsusi kökləyir. Ona 

görə  Elçin  Əfəndiyev  çox  oxunan  yazıçılardandır.  Ənənəvi 

ədəbiyyatımızda buna xəlqilik deyiblər. Əgər yaradıcılığın boyu 

min obraz yaradıb hərəsini öz dili ilə danışdırırsansa, deməli sən 

min  nəfərin  düşüncə  aləminə  girə  bilmisən.  Bu  humanizmdir, 

psixoloq  səriştəsidir  –  yazıçının  əsl  yazıçı  keyfiyyəti  də 

humanizmdir, psixoloq idrakıdır. Elçin Əfəndiyev  hər mövzuya 

görə dilini xüsusi kökləyə bilir. 

I aparıcı: Elçin Əfəndiyev müasir həyatdan, uşaq vaxtlarından 

bələd  olduğu  adamlardan  və  mənbələrdən  yazır.    Təsadüfi 

deyildir  ki,  Abşeron  bağları  və  kəndləri,  Xəzər  dənizi  onun 

əsərlərində  poetikləşdirilir.  Bizi  əhatə  edən  xarici  aləm, 

yaşadığımız  evlər,  gəzdiyimiz  dəniz  sahilləri,  Bakı  bağlarının 

sarı qumu, dadlı üzüm gətirən meynələri, çadır kimi kölgə salan 

tut  ağacı,  çılpaq  qayaları  Elçin  Əfəndiyevin  hekayə  və 

povestlərində  daim insan hissilərinin  hərarətini,  insan ürəyinin 

romantik çırpıntılarını əks edir; çünki yazıçı onları təsvir xatirinə 

deyil,  qəhrəmanlarının  həyəcan  və  iztirablarının,  hisslərinin 

tərcümanı  kimi  əsərə  daxil  edir.  Bu  təsvirlərin  yığcamlığı  və 



41 

 

təbiiliyi  oxucunu  daima  cəlb  edir.  Xalq  yazıçısı  Elçin 



əfəndiyevin    dramaturgiyası  bu  gün  nəinki  ölkəmizin,  hətta 

dünyanın bir çox teatrlarının diqqət mərkəzindədir. Yazıçının bu 

xüsusiyyəti  sənət  dostları  tərəfindən  həmişə  yüksək 

qiymətləndirilmişdir. İndi isə gəlin oxucumuzun ifasında Əjdər 

Qiyaslının  xalqımızın  yüksək  ləyaqətli  yetirməsi,  el-obamızın 

qədirkeşi  və xeyirxahı  sevimli Xalq  yazıçısı Elçinə həsr etdiyi 

“Parlasın səmada tale ulduzun” şeirindən bir parçanı dinləyək. 

Oxucu:  


           ... Ağac var tükənmir barı, bəhrəsi, 

Bol bəhrə verməkdir eşqi, həvəsi. 

Bütün budaqları barla doludur

Qeyrət ağacı da ömür yoludur... 

Sən belə ağacdan daha barlısan, 

Elinə, obana etibarlısan! 

Səni bənzətsəm də barlı ağaca, 

Sən ondan daha çox ucasan, uca! 

Hər ağac bir dəfə ildə verir bar

Səninsə həmişə bəhrə - barın var. 

Sənətin yolları olsa da çətin

Ölçüyə sığmazdır sənin xidmətin! 

... Çinartək açmısan qol-qanadını. 

Uca saxlamısan təmiz adını... 

Yaxşılıq etmisən bəsdi deyincə, 

Bəhrəsi tükənməz min il yeyincə! 

Sənə arzularam dünya varından: 

Açılsın ürəyin övladlarından! 

Gözünə nur olsun hər gözəl qızın, 

Parlasın Səmada Tale Ulduzun... 



II  aparıcı:  Cəmiyyətimizdə  baş  verən  hadisələrin  iti  yazıçı 

qələmi  ilə  bədiiləşdirilməsi,  zəmanənin  qarşılığında  həqiqəti 

görmək və onu estetik ideala çevirmək, sonda isə oxuculara və 

tamaşaçılara  yüksək  mənəvi-əxlaqi  dəyərlər  aşılamaq  bu 




42 

 

sənətkarın  yaradıcılığı  üçün  xarakterikdir.  Yaradıcılığına 



metafizik  realizm  üslubunda  hekayələrlə  başlayan  yazıçının 

dünya  ədəbiyyatı  səviyyəsində  dünyəvi  dəyərləri  əks  etdirən 

əsərləri  öz  müəllifinə  çoxmilyonlu  oxucu  auditoriyası 

qazandırıb.  Onun  yaradıcılığının  coğrafi  əhatə  dairəsi  çox 

genişdir.  Yazıçının  bədii  əsərləri  tərcümə  edilərək  dünyanın 

müxtəlif ölkələrində sevilə-sevilə oxunur. Müxtəsərlik, aydınlıq 

və 

sadəlik 


onun  ilk  yazılarından  özünü  göstərən 

keyfiyyətlərdəndir.  Yazıçının  yaradıcılığında  müasirlik,  dərin 

psixoloji hisslər, humanist ideyalar, nəcib duyğular, saf arzular 

mükəmməl şəkildə özünü göstərir. Elçin Əfəndiyev Azərbaycan 

ədəbiyyatının Qızıl fonduna düşmüş həm tarixi romanların, həm 

absurd dramların, həm sürrealist və realist hekayə və povestlərin 

müəllifidir. 

I  aparıcı:  Elçin  Əfəndiyevin  70-ci  illərdəki  yaradıcılığı 

haqqında yazan bu yaradıcılığın orijinallığını xüsusi qeyd edən, 

onu  yüksək  qiymətləndirən  müəlliflərin  sadəcə  olaraq,  yalnız 

adlarını çəkmək kifayətdir ki, yazıçının əsərlərinin hələ o zaman 

Azərbaycan  ədəbiyyatında  qazandığı  mövqe  barədə  təsəvvür 

əldə edək: Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Məmməd Cəfər 

Cəfərov,  Həmid  Araslı,  Mirzə  İbrahimov,  Mehdi  Məmmədov, 

Əziz  Mirəhmədov,  Yəhya  Seyidov,  Kamal  Talıbzadə,  Bəkir 

Nəbiyev, Yaşar Qarayev, Xəlil Rza Ulutürk... Eləcə də onlarla 

başqa görkəmli tənqidçilər, yazıçılar. Elçin Əfəndiyev ləyaqətlə 

yaşanmış bir ömrün 40 ildən  artıq müddətini ədəbiyyata həsr 

etmişdir.  Onun  yaradıcılıq  dünyasının  sərhədləri  heyrətamiz 

genişliyi,  əslində,  sərhədsizliyi  ilə  seçilir.  Müasir  cəmiyyətdə 

insan  fenomeni  həmişə  Elçin  Əfəndiyevin  diqqət  mərkəzində 

olub.  Ölkəmizdə  cərəyan  edən  mürəkkəb  ictimai-siyasi 

proseslər, 

gərgin 

mənəvi-əxlaqi 



axtarışlar 

yazıçının 

qəhrəmanlarının  daxili  aləmində  öz  əksini  tapmışdır.  Həyat 

haqqında  olan  ideal  təsəvvürlərin  həyatın  özündən  nə  qədər 




Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə