F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   10   11   12   13   14   15   16   17   18

49 

 

bilmiş,  tam,  bütöv  bir  həyat  parçasının  bədii  atributlarına 



çevirmişdir.  

II aparıcı:  Elçin Əfəndiyevin  yaradıcılığında “yazıçı yaddaşı” 

güclü  bir  faktordur.  Misal  üçün  yazıçının  həcm  etibarilə  ən 

böyük  əsəri  olan  və  60-70  illik  bir  dövrü  əhatə  edə  “Ölüm 

hökmü”  romanı  mürəkkəb  kompozisiyaya  malikdir.  Əsərdə 

çoxlu  personajlar  iştirak  edir,  ancaq  onların  heç  biri                    

“gəldi-gedər” deyildir. Onların hamısı yazıçının yaddaşındadır, 

buna  görə  də  kiçikliyindən-böyüklüyündən  asılı  olmayaraq 

tamamlanırlar. Yazıçı hər bir xarakterlə əlaqədar bədii nöqtəni 

qoymağı bacarır. 

I aparıcı: Elçin Əfəndiyevi bir yazıçı, dövlət xadimi, ziyalı, ata 

kimi həmişə uşaqların həyatı,  onların təlim-tərbiyə məsələləri, 

uşaq ədəbiyyatı və onun problemləri maraqlandırmışdır. Yazıçı 

hər  bir  xarakterlə  əlaqədar  bədii  nöqtəni  qoymağı  bacarır. 

Yazıçının  bu  xüsusiyyəti  sənət  yoldaşları  tərəfindən  yüksək 

qiymətləndirilir.  Sevimli  şairəmiz  Xalidə  xanım  Elçin 

Əfəndiyevin  uşaqlara  həsr  etdiyi  nağıllara    müraciət  edərkən 

“Qorxu”  adlı  bu  şeiri  yazmışdır.  Gəlin  bu  şeiri  balaca 

oxucumuzun ifasında dinləyək: 

Oxucu:  


           Zəncir qollu aya baxma, 

Zəncir görən göz əsirdi. 

Körpə beyni yeyir ilan, 

Bu da belə bir əsrdi. 

Yeməyinin tamı qaçıb, 

Əllərindən qanı qaçıb, 

Bu qorxudan hamı qaçıb, 

İgid barmağın kəsirdi. 

Tamahına düşməz əsir, 

Qan kötüyü – ölüm nəfsi. 

Bu “uşaq” div başı kəsir, 

Şahdan törəyən nəsildi. 




50 

 

Öz içində soyuq düşüb, 



Ölümündən sayıq düşüb, 

Yuxusundan oyaq düşüb

Bədəndən başlar kəsildi. 

II  aparıcı:    1980-ci  ildə  “Günay,  Yalçın,  Nigar,  bir  də  bir  

Səlim”  kitabında  çap  olunan  hekayələr  göstərdi  ki,  Elçin 

Əfəndiyev  uşaq  ədəbiyyatına  barmaqarası  baxmır,  öz  balaca 

qəhrəmanlarının  daxili  dünyasına  nüfuz  etməyi  bacarır. 

Yazıçının  uşaq  mətbuatında  ara-sıra  çap  olunan  hekayələrini 

balaca  oxucular  həmişə  maraqla  qarşılamışlar.  Yazıçının 

“Günay, Humay, bir dənə Günəbaxan və qırt toyuğun cücələri”, 

“Hamı  niyə  güldü”  və  s.  bu  kimi  hekayələri  uşaq  nəsrimizin 

gözəl  nümunələridir.  “Humayın  yuxusu”  kitabında  Aysunun, 

Humayın,  Günayın,  Yalçının  və  Nigarın  hekayələri  olduqca 

maraqlı  və  mənalıdır.  Bu  hekayələrdə  uşaqların  başına  gələn 

əhvalatlardan söhbət açılır. Bu arada sevimli şairimiz Teymur 

Elçinin Elçin Əfəndiyevin uşaq hekayələrində xüsusi yeri olan 

ilk övladı Günaya həsr etdiyi “Nənənin, babanın  sevməcələri” 

şeirinə balaca oxucumuzun ifasında qulaq asaq. 

Oxucu:  


           Günəşi aya qatdım, 

Mən bir nəğmə yaratdım. 

Bu nəğmə Günayımdır, 

Körpə torağayımdır. 

Aydı bu, 

Günaydı bu, 

Nənəsinə paydı bu, 

Babasına haydı bu! 

Aydı bu, 

Günaydı bu! 

Gün çıxdı, 

Gündüz oldu. 

Düzənlər düm-düz oldu. 



51 

 

Oyandı Günay balam, 



Bir sevincim yüz oldu

Ay balam, 

Günay balam! 

Ay çıxdı, 

Axşam oldu, 

Göy üzü şam-şam oldu. 

Günay beşiyə girdi, 

Beşiyi bağçam oldu; 

Ay balam, 

Günay balam!  



I aparıcı: Miniatürlər silsiləsində isə Abşerondan, bu bərəkətli 

torpağın  dadlı  meyvələrindən  bəhs  olunur.  Burada  üzüm,  gül, 

dana,  dam  kimi  sözlərin  mənaları  verilib.  Elçinin  uşaq 

hekayələrinin hamısı maraqla oxunur, adamı düşündürür. Elçin 

Əfəndiyevin baş məsləhətçi olduğu “Mən və mənim dünyam” 

layihəsi əsasında körpələrimiz üçün  çoxlu kitablar nəşr olunub: 

“Hacı  Zeynalabdin  Tağıyev”,  “Osmanlı  təpələri”,  “Surxay 

qalası”, “Hüseynqulu xan”, “Şeyx Şamil”, “Duz dağı”, “Fətəli 

xanın  beşiyi”,  “Çarıqdaş”,  “Yeddi  gəlin  dağı”,  “Tomris  ana”, 

“Mətə  xan”,  “Gavur  quyusu”  və  s.  Bu  kitablar  kitabxanamıza 

verildiyi gündən balaca oxucularımız tərəfindən həvəslə oxunur. 

Elçin Əfəndiyevin həyata keçirdiyi bu layihə təqdirəlayiqdir. Bu 

kitablar  sayəsində  balaca  oxucularımız  Azərbaycanın  tarixi, 

tarixi şəxsiyyətləri, coğrafiyası ilə yaxından tanış olurlar.   

Uşaqlar, indi isə gəlin Elçin Əfəndiyevin uşaqlar üçün yazdığı 

“Sözlər,  yanıltmaclar,  tapmacalar”  kitabında  yer  alan  

yanıltmaclardan  bir  neçəsini  məktəbli  oxucularımızın  ifasında  

dinləyək.  



İştirakçılar səhnəyə çıxıb yanıltmacları söyləyirlər. 

I oxucu: 



           “Nənəm yaman hirsləndi..” 

Bizim kəndimiz dağdadı.  




52 

 

Biz də yayda getdik dağa, 



Dağ nə dağ!.. Elə xoşlayıram, elə 

xoşlayıram dağ!.. Meşələr, bulaqlar

yarğanlar...  

Bir də ki, bizim gözəlimiz kənd... 

Nə yaxşı ki, biz bütün yayı qalacağıq   

dağda! 


Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı 

əritmək üçün qazana töküb ocağa qoydu. 

Yağ əridi, qaynadı, dağ oldu. 

Mən də qaçanda, az qaldı ayağım dəyə 

qazana, az qaldı dağıdam yağı. Yaxşı ki, 

dağ yağ dağılmadı, məni də yandırmadı. 

Nənəm yaman qorxdu, hirsləndi: 

Sənin ayağına, dedi. 

Dağ basacağam! 

Amma mən bilirəm, nənəm məni çox 

istəyir, ayağıma dağ basmayacaq!... 

Nənə elə deyir ki, mən eləcə qaçmayım, 

Dağ yağı yerə dağıtmayım! Axı, dağ yağ 

yandırar məni... 

 

II oxucu:     



           “Qar yağıb, yağmayıb?” 

Qar!.. Qar!,, 

                 

           Vay... Qar yağıb? Yazda bəyəm 

                                   Qar yağar? 

Yox...  Sən  demə,  qarğadı,  ağacın    

budağına qonub, qar-qar salıb: 

                 

 

Qar-r-r... Qar-r-r... 



III oxucu:  

 

“Qumru quşları” 



O qumru quşlarına bax, nə hirslə 

Quruldayırlar... 




Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə