F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   10   11   12   13   14   15   16   17   18

46 

 

 dəli yığıncağı deyilmiş balam 



indi biz neyləyək 

küllü əhli dəliyə “ölüm hökmü” 

oxutduraq 

of yandı içim “dolça” ver içim 

səninki bir cüt ağlar gözdü Elçin 

ağrıyırsan için-için 

əfsanədi bu dünya gümüş əfsanə 

həyat “bir görüşün tarixçəsi”dir 

hər gecə dumduru röya gölünə 

dipdiri gözlücə ölü batıram 

uşaqtək tovlayıb özüm özümü 

“bülbülün nağlı”yla mən baş qatıram 



II  aparıcı:  Elçin  Əfəndiyevin  son  iki  elmi-tənqidi  kitabları 

“Tənqid və nəsr” və “Ədəbiyyatımızın yaradıcılıq problemləri” 

bir  daha  əyani  şəkildə  göstərir  ki,  professional  tənqidçi  və 

ədəbiyyatşünas kimi də Elçin Əfəndiyev maraqlı və orijinal bir 

simadır, o, ədəbiyyata, ümumiyyətlə, sənətə, klassik və müasir 

əsərlərə, ədəbi problemlərə öz fərdi münasibəti ilə seçilir. Elçin 

Əfəndiyev tənqidçi kimi obyektiv və prinsipialdır, cəsarətlidir. 

O, ədəbiyyatşünas kimi də tarixi faktlara dərindən təmas etməyi 

bacarır, ədəbi faktları, məlumat və informasiyaları elmi həqiqətə 

çevirir  və  bütün  bunları  yüksək  nəzəri  səviyyədə  ifadə  edir. 

Onun tənqidçiliyi ilə yaradıcılığı arasında ziddiyyət olmamışdır. 

1980-ci  illər...  Müasir  mövzular  ustası  kimi  tanınan  yazıçı 

gözlənilmədən  tarixə  müraciət  edir,  folklordan  bəhrələnərək    

fəlsəfi-romantik  “Mahmud  və  Məryəm”  romanını  oxucuların 

ixtiyarına  verir.  Yazıldığı  vaxtdan  keçən  onilliklər  ərzində 

“Mahmud və Məryəm” artıq klassikaya çevrilib. 



I  aparıcı:  “Mahmud  və  Məryəm”  romanı  ilə  Elçin 

yaradıcılığının ikinci mərhələsi başlayır, bir-birinin ardınca “Ağ 

dəvə”,  “Ölüm  hökmü”  romanları  yaranır.  “Mahmud  və 



47 

 

Məryəm”dəki  fəlsəfi  romantik  əhvali-ruhiyyə  bu  romanlarda, 



xüsusən  “Ölüm  hökmü”ndə  sərt  realizmə  çevrilir,  yazıçı 

cəmiyyət  hadisələrinə  dərindən  nüfuz  edir,  sovet  dönəmində 

yazıla-yazıla  sovet  cəmiyyətinin  iç  üzünü  açır.  1990-cı  illərin 

əvvəlləri...  Realist  romanlar  müəllifi  yenə  də  gözlənilmədən 

absurdlar yazmağa başlayır. Oxucular milli ədəbiyyatımızda ilk 

dəfə olaraq bu janrla rastlaşırlar. Həqiqi istedadın bəhrəsi olan 

bu  absurdları  biz  Elçin  Əfəndiyevin  yaradıcılığının  üçüncü 

mərhələsinə  keçid  kimi  qəbul  edirik.  Bu  üçüncü  mərhələ  isə 

absurdlardan  sonrakı  90-cı  illərdən  başlayaraq  növbəti  dəfə, 

tamamilə, gözlənilmədən meydana çıxan “Ah, Paris, Paris!...”, 

“Mən  sənin  dayınam”,  “Mənim  sevimli  dəlim”, “Mənim  ərim 

dəlidir”  kimi  komediyalarla  başlayır.  Bu  komediyalar 

tamaşaçıların dərin rəğbətini qazanır, tənqid tərəfindən yüksək 

qiymətləndirilir,  ölkəmizin  sərhədlərini  aşaraq  xaricdə  uğurla 

tamaşaya qoyulur, müxtəlif dillərə tərcümə edilir. 

Söhbətin bu yerində Elçin Əfəndiyevin yazdığı komediyalar 

əsasında çəkilmiş tamaşalardan fraqmentlər tədbir 

iştirakçılarına təqdim olunur. 

II  aparıcı:  Görkəmli  tənqidçimiz  Yaşar  Qarayev  yazırdı:           

“Elçin  Əfəndiyev  dramaturgiyamızda  ilk  dəfə  olaraq  xaosun,                     

hərc  mərcliyin  obrazını  yaradır!  Onların  əsasında  duran          

mənəvi-əxlaqi,  ideoloji  stereotipə,  normativ  düşüncə  və  rəftar 

tərzinə  ən  müasir,  ayıq,  oyaq  ədəbi,  estetik  münasibət  ifadə 

edir”.  Yaşar  Qarayev  daha  sonra,  bu  komediyaların 

mövzusundan bəhs edərək, onları “Elçinin həyatda və səhnədə 

yüksək sənətkarlıqla təsvir etdiyi hadisələr” kimi qiymətləndirir. 

Eyni  zamanda,  2000-ci  illərdən  başlayaraq  Elçinin  müasir 

Azərbaycan  ədəbiyyatında  hadisəyə  çevrilmiş  “Pera  Palas” 

otelində,  “Göy  üzünün  ulduzlu  vaxtları...”,  “Sarı  gəlin”, 

“Araba”,  “Qarabağ  şikəstəsi”  kimi  hekayələri  yazıçının 

yaradıcılığını başqa rakursdan işıqlandırdı. “Bayraqdar” povesti  



48 

 

isə  müasir  ədəbiyyatımızın  XXI  əsrdəki  bədii-estetik 



xarakterinin  formalaşma  prosesinin  başladığını  göstərir. 

Povestdə  mövzu  son  dərəcə  aktualdır.  Ermənistanın  təcavüzü 

nəticəsində  xalqımızın  düçar  olduğu  ağır  qaçqınlıq  həyatı 

“Bayraqdar” povestində bütün çılpaqlığı ilə göstərilmişdir. Bu 

əsərdə Elçin Əfəndiyev xalqımızın başına gələn böyük faciəni 

dramatik  səhnələrlə,  canlı  fraqmentlərlə  əks  etdirmişdir. 

Yazıçının  özünəməxsus bədii təhkiyəsi, sintaksisi “Bayraqdar” 

povestində qabarıq nəzərə çarpır. Elçin Əfəndiyev Azərbaycan

 

ədəbiyyatının sayca az nümayəndələrindən biridir ki, bir abzas, 



hətta  bir  cümlə  oxuduqda,  onun  müəllifliyini  dərhal  müəyyən 

etmək olur. Akademik Məmməd Arif yazırdı: “Elçinin sadə və 

rəvan  təhkiyəsində  cəzbedici  bir  qüvvə  vardır”.  Bəli,                    

Elçin  Əfəndiyevin    bədii  sintaksisindəki  “cəzbedici  qüvvə”  

daha  da  inkişaf  etmiş,  milli  ədəbiyyatımızı  zənginləşdirən 

sənətkarlıq  xüsusiyyətinə  çevrilmişdir.  Bu  nöqteyi  nəzərdən 

“Bayraqdar”  povestinin  təhkiyə  dolğunluğu,  eyni  zamanda 

axıcılığı oxucunu ələ alır. “Bayraqdar”ın mövzusu qaçqınların 

faciəli həyatından götürülmüşdür. Povestin əsl mövzusu böyük 

insani kədərdir. 



Kitabxananın fəal oxucuları  “Bayraqdar”povestindən bir 

parçanı səhnələşdirib, iştirakçılara təqdim edirlər. 

I  aparıcı:  Yazıçı  povestdə  heç  nəyi  gizlətmir.  Ağır  həyat 

tərzinin xırda detallarınacan sənətkarlıqla təsvir edir. Müəllifin 

böyük  nailiyyətidir  ki,  qaçqın  həyatının  bu  cür  sərt  təsviri 

qaçqınların  güzəranına  acımaqdan  daha  çox,  oxucuda 

təcavüzkara  qarşı  olduqca  güclü  nifrət  hissi  oyadır.  Hətta            

öz-özlüyündə erməni Arsenin obrazı da elə incə təsvir vasitələri 

ilə  yaradılmışdır  ki,  təcavüzkara  nifrəti  daha  da  artırır.  Bu 

povestdə  sırf  epizodik  surət  yoxdur.  Müəllif  elə  situasiyalar 

təsvir etmişdir ki, surət canlı xarakter kimi oxucunun gözlərinin 

qarşısında  canlanır.  Elçin  bu  sujetləri  məharətlə  bir  yerə  yığa 




Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə