F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

33 

 

Cavab:  “Bir  görüşün  tarixçəsi”,  “Toyuğun  diri  qalması”, 

“Dolça”,  “Bayraqdar”,  “Ox  kimi  bıçaq”,  “Aman  ovçu,  vurma 

məni”, “Hökmdarın taleyi” vəs. 



Sual 7: Elçin Əfəndiyevin əsərləri hansı dillərə tərcümə olunub? 

Cavab: Elçin Əfəndiyevin  dünyanın müxtəlif dillərində 100-ə 

yaxın  kitabı  nəşr  olunub,  əsərləri  ingilis,  rus,  fransız,  alman, 

ispan,  türk,  macar,  bolqar,  ərəb,  fars,  çin,  çex,  slovak,  polyak, 

xorvat,  gürcü,  litva,  moldovan,  türkmən,  özbək,  qazax,  tacik, 

serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 

milyondan çoxdur; 



Sual  8:  Elçin  Əfəndiyevin  hansı  kinopovestləri  İlyas 

Əfəndiyevin    “Mahnı  dağlarda  qaldı”  pyesinin,  “Hökmdar  və 

qızı” faciəsinin  motivləri əsasında çəkilmişdir? 

Cavab:  “Aman  ovçu,  vurma  məni”  kinopovesti  İlyas 

Əfəndiyevin  “Mahnı  dağlarda  qaldı”  pyesinin  motivləri 

əsasında,  “Hökmdarın  taleyi”  kinopovesti  isə    “Hökmdar  və 

qızı” faciəsinin motivləri əsasında  yazılmışdır. 



Sual  9:  Elçin  Əfəndiyevin  “Bayraqdar”  povestinin    əsas 

mövzusu nədir? 



Cavab:  “Bayraqdar”  povestində  ağlagəlməz  hadisələrdən, 

ictimai-tarixi dəyişikliklərin qurbanı olan insanlardan, qaçqınlıq 

əzabına,  mənəvi  təhqirinə  düçar  olmuş  cəmiyyətdən  söhbət 

açılır.  Povestdə  Ermənistanın  Qarabağ  iddiası,  ölkəmizə 

təcavüzü,  tökülən  qanlar,  zəhərlənmiş  talelər  yazıçı  tərəfindən 

ustalıqla işıqlandırılır. 



Sual 10:   Elçin   Əfəndiyevin   “Dolça”   povesti   haqqında  nə             

bilirsiniz? 



Cavab:  Elçin  Əfəndiyevin  “Dolça”  povesti  heç  bir  əsərinə 

oxşamır. Povest boyaların sərtliyi, gülüş və ifşanın aşkarlıq və 

dərinliyi  ilə  fərqlənir.  Elçin  Əfəndiyev  “Dolça”da  meşşanlığı, 

müasirliyin,  yeni  əxlaq,  davranış  və  münasibətin  antipodlarını 

ifşa edir. 



34 

 

Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə 



“Müqəddəs söz – sənət ocağının nurlu varisi” adlı  konfrans da 

təşkil  etmək  mümkündür.  Konfransdan  öncə  onun  proqramı 

tərtib  olunmalı,  konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən 

olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək  qonaqların, 

ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış 

edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd 

olunur.  Konfrans  zamanı  Elçin  Əfəndiyevin  yaradıcılığına 

yaxından  bələd  olan  jurnalist,  yazıçı  və  şairlərin  çıxışları 

dinlənilir.  Yaxşı  olar  ki,  konfransa  Elçin  Əfəndiyevin  özü  də, 

dəvət olunsun. Oxucu konfransının planını sizə təqdim edirik: 

1. Giriş hissə (Elçin Əfəndiyevin həyat və yaradıcılığı haqqında 

məruzə); 

2.  Elçin  Əfəndiyevin  yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları;  

3.  Yuxarı  sinif  şagirdlərindən  ibarət  olan  oxucuların  Elçin 

Əfəndiyevin müxtəlif əsərləri ətrafında müzakirələri; 

4. Yazıçının əsərlərindən bir neçə parçanın səhnələşdirilməsi;  

5. Konfransın yekunu.  

     Elçin Əfəndiyevin irsinin təbliği üçün ədəbi-bədii gecələrin 

keçirilməsi zəruridir. Gecəni  “Möhtəşəm qələmin möcüzələri” 

başlığı  ilə  adlandırmaq  olar.  Tədbirin  ssenarisini  sizə  təqdim 

edirik: 


    Tədbirin 

əvvəlində 

iştirakçılara 

Elçin 

Əfəndiyevin 

yaradıcılığından bəhs edən slayd təqdim olunur. Səhnə yazıçının 

portreti,  əsərlərindən  ibarət  sərgi  ilə,  uşaqlar  üçün  yazdığı 

hekayələri  əks  etdirən  şəkillərlə,  haqqında  yazılmış  sitatlarla 

bəzədilir.  Gecəyə  Elçin  Əfəndiyev,  onun  yaradıcılığına 

yaxından bələd olan tanınmış yazıçılar, tənqidçilər, jurnalistlər 

dəvət olunur. Aparıcılar səhnəyə çıxıb, tədbiri açıq elan edirlər.   

I aparıcı: Salam əziz və hörmətli tədbir iştirakçıları! 


35 

 

Bugünkü  tədbirimiz  xalq  yazıçısı,  görkəmli  nasir,  dramaturq, 



tənqidçi,  ədəbiyyatşünas,  publisist  və  ictimai  xadim  Elçin 

Əfəndiyevin həyat və sənət yoluna həsr olunmuşdur. Hamımıza 

məlumdur  ki,  Azərbaycan  nəsrində  müşahidə  olunan  maraqlı 

keyfiyyət  dəyişikliyi  prosesində  özünü  təsdiq  etmiş  yazıçılar 

içərisində  Elçin Əfəndiyev xüsusi yer tutur. Yazıçının povest və 

hekayələri bu cəhətdən səciyyəvi olub, nəsrimizdəki məzmun və 

sənətkarlıq axtarışlarının bəzi cəhətləri haqqında aydın təsəvvür 

oyatmağa kömək edir.  



II aparıcı: Vətənimizin dünəni ilə bu günü, cəmiyyətimizin bu 

günü  ilə  sabahı  arasındakı  əlaqə  və  vəhdətin  sarsılmazlığı      

ideyası  Elçin  Əfəndiyevin  əsərlərində  öz  təcəssümünü 

tapmışdır.  İnsan  şəxsiyyətinin,  xarakterin  təşəkkülündən 

mühüm mərhələ olan yeniyetməlik çağlarında bu yeniyetmələrin 

düşdüyü  vəziyyətlər,  keçirdiyi  həyəcanlar,  yaşadığı  fikir  və 

duyğular  vasitəsilə  yazıçı  inandıra  bilir  ki,  onlar  sabahın 

ləyaqətli vətəndaşı kimi yetişəcək. 40-45 il bundan əvvəl Elçin 

Əfəndiyev  dilinin  gözəlliyi,  təzəliyi,  süjetlərinin  orijinallığı, 

üslubunun  əlvanlığı  ilə  diqqətimizi  çəkirdi.  Bu  əlamətlər  bu 

qələm  sahibinin  yazıçı  gələcəyinə  inam  təlqin  edirdi.  Bununla 

da  Elçin  Əfəndiyev  hələ  çox  cavan  yaşında,  ilk  yaradıcılıq 

nümunələrindən  istedadını  elan  etdi.  O,  bu  gün  75  yaşının 

tamam olduğu bir dövrdə də yaradıcılığının monumentallığı ilə 

bizi  heyrətləndirir.  Hörmətli  tədbir  iştirakçıları!  Gəlin 

oxucumuzun  ifasında  sevimli  şairimiz  Fikrət  Qocanın  Elçin 

Əfəndiyevin yubileyi münasibəti ilə qələmə aldığı “Altmış yaşın 

mübarək”  şeirinə  “Yetmiş  beş  yaşın  mübarək”  deyək  və 

dinləyək: 

Oxucu:  

           Dostumuz, qardaşımız 

El yanında üzün ağ! 

Dünyanı seldə boğar 

Bir damla göz yaşımız 




Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə