F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

30 

 

hissilərini oyada bilməyib. Müəllif burada belə bir fikir söyləyir 



ki,  gəncliyin  ilk  oyanış  çağlarında  onun  mürgülü  həyatını 

pozmaq üçün bir təkan olmalıdır. Bəli, Allahverdi Sədəfin ona 

yazdığı sevgi məktubunu qətiyyən qiymətləndirə bilmir. Lakin 

kinooperatorun  Sədəfi  kinoya  çəkmək  istəməsi,  bu  barədə 

kənddə  gedən  söz-söhbətlər  Allahverdini  yuxulu  uşaqlıq 

günlərindən ayırır. Bu təkan onu uşaqlıqdan gəncliyə keçməsinə 

kömək  edir.  Allahverdi  Sədəfə  yenidən  baxa  bilir  və  qızı 

sevdiyini yalnız bu hadisədən sonra özü üçün aydınlaşdırır. 



Sonda kitabxanaçı diskussiyanı yekunlaşdırarkən Elçin 

Əfəndiyevin əsərlərinə konkret şəkildə fikrini bildirir. 

Kitabxanaçı:  Elçin  Əfəndiyev  ilk  hekayələrindən  həyata 

cəsarətlə  müdaxilə  edir.  İşdə  və  fəaliyyətdə,  düşüncə  və 

münasibətdə, ailə və məişətdə baş verən nöqsanlarla barışmır. 

Humanizm  və  vətənpərvərliyi,  xalq  məhəbbətini  zahiri 

əlamətlərdə  axtaran,  əslində  milli  hiss  və  qürurdan,  daxili 

yetkinliklərdən  məhrum  olan,  Füzuli  ilə  Vaqifi  bir-birindən 

ayıra bilməyən “qanlı oğlana” gülür. Elçin Əfəndiyev  gənclərin 

narahat və yaradıcı axtarışlarından, onların romantik xəyal, arzu 

və  düşüncələrindən,  məişətdən,  ailə  həyatından  yazanda  şirin 

söyləmə  üsulu  seçir,  mənalı  yumor  lirizmə  qarışır,  surətin 

mündəricəsini  sətiraltı  qənaətlər  tamamlayır.  Əgər  belə 

olmasaydı,  nə  “Baladadaşın  ilk  məhəbbəti”,  “Toyuğun  diri 

qalması”,    “Baladadaşın  toy  hamamı”,  nə  də  “Bir  görüşün 

tarixçəsi”ndə  haqqın,  işığın,  gözəlliyin  mövcudluğu,  hətta  bir 

çox hallarda təntənəsi barədə ürəkdən tikan çıxaran epizodlar və 

xallar olmazdı. Belə olmasaydı, Baladadaş, əli pulla, “brilyant 

medalyon”la oynayan Murada, on altı - on yeddi yaşlı məsum 

Məsməxanım  harınlamış  “Qızıl  Ağadadaş”a,  həssas  məktəbli 

Əbili  “çəhrayı  qızlara”,  “çəhrayı  oğlanlara”,  sürücü  Ağababa 



31 

 

“Gümüş  Malik”ə  qarşı  qoyulmazdı.  Elçin  Əfəndiyev  həyatı, 



bədii obrazı dərindən düşünür. İnsanı özünəməxsusluğu, daxili 

ziddiyyətləri  ilə  təsvir  edir.  Təkcə  hekayələrində  yox, 

povestlərində  də  geniş  tərcümeyi-hal  materialı  vermir,  portret 

yaradanda  təfərrüata  varmır.  Rənglərlə,  mükalimələrlə,  bədii 

mahiyyətdən  doğan  haşiyələrlə  surətin  mühiti,  ömür  yolu 

haqqında dolğun təsəvvür oyadır. 

Kitabxanada 

sevilən 


tədbirlərdən 

biri 


də 

rəsm 


müsabiqələridir. Bildiyimiz kimi Elçin Əfəndiyev bir-birindən 

maraqlı hekayələrin, povestlərin  müəllifidir. Müsabiqə zamanı 

həmin  hekayələrə,  povestlərə  uşaqlar  tərəfindən  illüstrasiyalar 

çəkilməsi  tapşırılır.  Şəkilərin  hazırlanması  üçün  uşaqlara  iki 

həftə  vaxt  verilir.  Bu  vaxt  ərzində  oxucular  həm  Elçin 

Əfəndiyevin    əsərlərini  oxuyur,  həm  də  oxuduqları  və  ən  çox 

bəyəndikləri hekayəyə, povestə illüstrasiyalar çəkirlər. Ən gözəl 

məna  kəsb  edən  rəsm  işləri  mükafatlandırılır.  Həmçinin  rəsm 

müsabiqələri  üçün  məktəblərarası  yarışmalar  da  təşkil  etmək 

olar.  Rəsm  müsabiqələri  ilə  yanaşı  başqa  müsabiqələrin  də 

təşkili  mümkündür.  Məsələn,  uşaqların  ifasında  Elçin 

Əfəndiyevin  hekayələri,  kinopovestləri  səhnələşdirilərək 

münsiflərə  təqdim  olunur

.

  Münsiflər  heyəti  kitabxana 



müdirindən,  teatrımızın  görkəmli  nümayəndələrindən  təşkil 

edilir. Əsəri ən gözəl səhnələşdirən uşaqlardan ibarət komanda 

mükafatlandırılır.  

Kitabxanada  keçiriləcək  kütləvi  tədbirlərin  ən  canlı  və 

maraqlısı  sual-cavab  gecəsi  və  viktorinalardır.  Sual-cavab 

gecələri  və  viktorinalar  canlı  söhbət  və  müsahibə  şəklində 

keçirilir. 

Bu 


da 

oxucuları 

maraqlandıran 

sualların 

aydınlaşdırılmasına xidmət edir. Tədbir zamanı suallar uşaqlara 

paylanır. Ən çox suala cavab verən oxucu kitabxana rəhbərliyi 

tərəfindən mükafatlandırılır. Suallardan bir neçəsini sizə təqdim 

edirik. 



32 

 

Sual 1: Elçin Əfəndiyev kimdir? 



Cavab:  Elçin Əfəndiyev İlyas Əfəndiyevin oğlu, lirik hekayələr 

ustası,  dramaturq, romançı,  mahir komediyalar müəllifidir. 



Sual 2: Elçin Əfəndiyev  hansı hekayələrin müəllifidir? 

Cavab:  “Zireh”,  “Mənlə  mən  arasında”,  “Qarabağ  şikəstəsi”, 

“Dünyanın  bəxtəvəri”,  “Ayaqqabı”,  “Bülbülün  nağılı”, 

“Baladadaşın  ilk  məhəbbəti”,  “Baladadaşın  toy  hamamı”, 

“Talvar”,  “Sarı  gəlin”,  “Qızıl  diş”,  “Araba”,  “Qış  nağılı”, 

“Parisdə avtomobil qəzası”, “Şuşaya duman gəlib”, “Gümüşü, 

narıncı, məxməri” və s. 



Sual 3: Elçin Əfəndiyev  hansı uşaq hekayələrinin müəllifidir? 

Cavab: “Səlimin hekayələri”, “Mənə niyə gülürlər?”, “Gör necə 

top vuraram...”, “Mən Lalə istəyirəm”, “Mən hər şeyi bilirəm”, 

“Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları”, 

“Balaca  qırmızı  çiçək”,  “Küləyin,  çinarın  və  qaranquşun 

balasının  hekayəti”,  “Humayın  yuxusu”,  “Gilas  qız”,  “Kukla, 

yoxsa Aysu?”, “Ayıca, Aysu yorulub”, “Axı nə oldu ki, birdən 

hamı güldü?” və s. 

Sual 4: Elçin Əfəndiyevin  hansı əsərləri ekranlaşdırılmışdır? 

Cavab:  “Əllər  və  rənglər”,    “Ömrün  səhifələri”,    “Alıcının 

sərgüzəşti”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”,  “Şəlalə”, 

“Gümüşü  furqon”,  “Bağ  mövsümü”,  “Humayın  yuxusu”, 

“Sahilsiz gecə”,  “Tikdim ki, izim qala”, “Bahar oğlu”,  “Milli 

bomba”,    “Bizim  qəribə  taleyimiz”,  “Mətbuat  fədaisi”, 

“Hökmdarın  taleyi”,    “Silinməyən  izlər...  Tofiq  Tağızadə”, 

“Mahmud və Məryəm” və s. 

Sual 5: “Gümüşü, narıncı, məxməri” hekayəsinin baş qəhrəmanı 

kimdir? 


Cavab: Bu əsərin baş qəhrəmanı Allahverdidir. 

Sual 6: Elçin Əfəndiyevin hansı povestləri, kinopovestləri var? 


Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə