F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   2   3   4   5   6   7   8   9   ...   18

 

                             Giriş 



 

     Azərbaycan  xalqının  tarixi-mənəvi  varlığını,  bədii  sözü 

ədəbiyyət aləmində inadkar inamla qoruyan, əks etdirən yazıçı 

və  tənqidçilərdən  biri  çağdaş  Azərbaycan  ədəbiyyatının  canlı 

klassiki Elçin Əfəndiyevdir. O, təkcə ədəbi-tarixi prosesdə yox, 

ümumiyyətlə,  milli-ictimai  fikirdə  özünəməxsus  yeri  olan 

əvəzolunmaz yazıçı, ictimai xadim, təəssübkeş vətəndaş, böyük 

ziyalı  və  nəcib  insandır.  Elçin  Əfəndiyevin  yaradıcılığı 

Azərbaycan  ədəbiyyatının  zəngin  bir  təmayülünü  təşkil  edir. 

Elçin  Əfəndiyev  təkcə  nəsr  və  dramaturgiyada  yox,  ədəbi 

tənqiddə də reforma aparmış müəllifdir. Elçin Əfəndiyev güclü 

düşüncələrin,  incə  duyğuların,  sarsılmaz  sevgilərin  yazarıdır. 

Əsərlərində milli kökə bağlılıq və milli heysiyyat, Azərbaycan 

xalqının  ruhundan  uzaqlaşmamaq,  mənəvi  təmizliyi  və  saflığı 

tərənnüm  etmək  geniş  yer  tutur.  Elçin  Əfəndiyevi  oxumaq 

Azərbaycan  xalqını  yaxından  tanımaq,  Azərbaycanın  uzun           

illər  boyu  milli-mənəvi  dəyərlər  və  istiqlal  uğrunda  apardığı 

müqəddəs  mücadiləni  öyrənməkdir.  Müasirlik,  həyat 

həqiqətərinə  həssas  və  iti  nəzər,  xəlqilik  və  romantik  pafos 

müasir bir sənətkar kimi Elçin Əfəndiyevin  yaradıcılığında öz 

əksini tapan məziyyətlərdir. Bəli, Elçin Əfəndiyev Azərbaycan 

nəsrinin  zirvəsinə  doğru  inamla  addımlayan  yazıçıdır.  Elçun 

Əfəndiyev zamanla, dövrlə ayaqlaşan, xalqı sevən ədibdir.  

Elçin  İlyas  oğlu  Əfəndiyev  –  Azərbaycanın  Xalq  yazıçısı, 

Əməkdar  incəsənət  xadimi,  filologiya  elmləri  doktoru, 

professordur.  Elçin  Əfəndiyev  13  may  1943-çü  ildə  Bakı 

şəhərində  XX  əsr  Azərbayçan  ədəbiyyatının  böyük 

nümayəndələrindən  biri,  Azərbaycanın  Xalq  yazıçısı  İlyas 

Əfəndiyevin  ailəsində  dünyaya  gəlib.  Uşaqlıq  çağlarından 

etibarən  ədəbi  mühitin  içində,  kitabların  əhatəsində  olub.  Bir 

tərəfdən  milli  ədəbiyyat,  folklor,  o  biri  tərəfdən  isə  dünya 



 

ədəbiyyatı  Elçin  Əfəndiyevin  daimi  mütaliəsinin  əsasına 



çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin müəllim 

özü  belə  cavab  verir:  “Özümü  xatırladığım  zamandan.  Hələ 

yazıb-oxumağı  bacarmırdım,  amma  özümdən  cürbəcür 

əhvalatlar uydurub danışırdım...” 

“İlk  hekayəsi  16  yaşı  olarkən,  1959-cu  ildə  “Azərbaycan 

gəncləri”  qəzetində  dərc  olunub.  Bakı  şəhərində  orta  məktəbi 

(1960),  Bakı  Dövlət  Universitetinin  filologiya  fakültəsini 

(1965),  Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına 

Ədəbiyyat 

İnstitutunun 

ədəbiyyat 

nəzəriyyəsi 

üzrə 

aspiranturasını  (1968)  bitirib,  “Azərbaycan  bədii  nəsri  ədəbi 



tənqiddə”  mövzusunda  namizədlik,  “Ədəbiyyatda  tarix  və 

müasirlik  problemi”  mövzusunda  doktorluq  dissertasiyalarını 

müdafiə  edib.  “Min  gecədən  biri”  adlı  ilk  hekayələr  kitabı       

1965-ci  ildə  çapdan  çıxıb.  Bundan  sonra  Elçin  Əfəndiyevin 

dünyanın  müxtəlif  dillərində  100-ə  yaxın  kitabı  nəşr  olunub, 

əsərləri  ingilis,  rus,  fransız,  alman,  ispan,  türk,  macar,  bolqar, 

ərəb,  fars,  çin,  çex,  slovak,  polyak,  xorvat,  gürcü,  litva, 

moldovan,  türkmən,  özbək,  qazax,  tacik,  serb  və  sairə  dillərə 

tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur. 

Yazıçı 


ABŞ-da, 

Rusiyada, 

Fransada, 

Türkiyədə, 

Almaniyada,  Hollandiyada,  Çində,  Belçikada,  İspaniyada, 

Yunanıstanda,

 

Tunisdə,  Lüksemburqda,  İsveçdə,  İsveçrədə, 



Danimarkada,  İranda,  Ukraynada,  Polşada,  Özbəkistanda, 

Çexoslovakiyada,  Yuqoslaviyada,  Bolqarıstanda,  İraqda, 

Avstriyada,  Qazaxıstanda,  Kanadada,  Səudiyyə  Ərəbistanında, 

Rumıniyada,  Macarıstanda,  Gürcüstanda,  Pakistanda  və  digər 

ölkələrdə  müxtəlif  elmi,  ədəbi,  ictimai,  siyasi  konfranslarda, 

simpoziumlarda,  qurultaylarda,  görüşlərdə,  rəsmi  dövlət 

danışıqlarında iştirak edib. Uzun illər Azərbaycan Ali Sovetinin 

deputatı olub.  




 

Yazıçının    hekayələri  ədəbi-bədii  jurnalların,  deyək  ki, 



“Smena”  və  “Nedelya”nın  mükafatlarına  layiq  görülüb.  Elçin 

Əfəndiyev  psixoloji  hekayələrin  ustasıdır.  Azərbaycan 

ədəbiyyatında  bu  hekayələr  həqiqi  bir  sənət  nümunəsi  kimi 

səslənir. Bu psixoloji hekayələrin ən dərin qatlarında müəllifin 

humanist  fikirləri  dayanır.  İlk  baxışda  yazıçı  qəhrəmanlarının 

heç birinə öz rəğbətini bildirmir, onları ancaq təsvir edir. Lakin 

hadisələrin  məntiqi  inkişafı  yazıçının  sadə  adamların  tərəfində 

dayandığını,  onları  ürəkdən  sevdiyini  göstərir.  Bəli,  Elçin 

Əfəndiyevin əsərləri real tarixi hadisələrə işıq salan ədəbi-bədii 

sənədlər salnaməsidir.  

Yazıçı  ədəbiyyatşünaslığımızı  bu  gün  də  məşğul  edən,      

ayrı-ayrı  hallarda  sənətşünaslıq  və  estetika  elmləri  ilə 

sərhədlənən  problemləri  iki  aspektdə  –  həm  bədii  nəsrin 

təcrübəsində,  həm  də  onun  tənqidində  diqqət  və  ehtiyatla 

araşdırır,  müqayisələr  aparır,  bədii  əsərləri  və  tənqidi  fikirləri, 

müxtəlif müəlliflərin rəylərini tutuşdurur, nəticə çıxarır, yüksək 

səviyyəli  elmi  xülasələr  əldə  edir.  Elçin  Əfəndiyev  həm  də       

60-  70-ci  illərdə  tənqidçi  həmkarları  ilə  birlikdə  təsvir 

tənqidindən təhlil tənqidinə keçidin əsasını qoydu. 

Elçin  Əfəndiyevin  xalqımızın  tarixi,  taleyi  və  bədii  irsi  ilə 

bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran 

əsərləri  XX  əsr  Azərbaycan  ədəbiyyatında  özünəməxsus  yer 

tutur.  Yazıçının  yaradıcılığı  yalnız  Azərbaycanda  deyil, 

sərhədlərimizdən  kənarda  da  elmi-tədqiqat  obyektinə  çevrilir. 

Yaradıcılığına  metafizik  realizm  üslubunda  hekayələrlə 

başlayan  yazıçı  Azərbaycan  ədəbiyyatının  qızıl  fonduna  tarixi 

romanları,  absurd  dramları,  sürrealist  və  realist  hekayə  və 

povestləri ilə daxil olmuşdur.  

 Ümumiyyətlə,  istedad  ali  vətənpərvərlik,  insansevərlik 

duyğusu  ilə  qovuşanda,  büllur  sənətkar  təbiəti  saf  əxlaqla 

qoşalaşanda  sənət  möcüzələri  yaranır.  Bəhs  etdiyimiz  bu 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə