F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

 

cizgiləri  seçə  bilir.  Yazıçı  nə  elmi,  nə  də  bədii  yaradıcılığında 



rəng  adiliyi,  həyata  münasibətin  birtərəfliliyi  ilə  barışmır. 

Əsərlərində varlığın şeriyyətini açır, ehtiyac duyanda onun sərt 

və  acı  həqiqətlərini  göstərir.  Dinamiklik,  hadisələri  daxildən 

açıb  mənalandırmaq,  surəti  təbii  və  həyati  ifadə  etmək  onun 

hekayələri ilə povestləri arasında rabitə  yaradır.

 

Elçin müəllim 



mövzu  seçəndə,  həyatın  bir  “parçası”nı  təsvir  edəndə,  surətin 

daxili-mənəvi  aləminə  enəndə  heç  kimə  bənzəmir,  həmişə 

özünün üslubuna, şirin və axarlı yazı tərzinə sadiq qalır, geniş 

əhatəli təbiət təsvirləri vermir, əlavə haşiyələrlə düşünmür, bir 

qayda olaraq mahiyyətə, psixologiyaya, hiss və düşüncə aləminə 

enir,  surətin  daxilində  gizlətdiyi  ziddiyyətləri,  qeyri-adi 

keyfiyyətləri  açır.  Buna  görə  də  oxucu  bu  istedadlı  sənətkarın 

yaratdığı surətlərin taleyi, əxlaqi-mənəvi keyfiyyətləri, istək və 

arzuları,  onların  özlərinə  məxsus  hərəkət  və  fəaliyyətləri  ilə 

maraqlanır. 

     E.Əfəndiyev “Yaxın, uzaq Türkiyə” əsərində özünü işgüzar 

bir  tədqiqatçı  kimi  göstərir.  Türkiyədəki  kitabxanalardan, 

arxivlərdən  əldə  etdiyi  məlumat,  dövri  mətbuatı  hərtərəfli 

nəzərdən  keçirməsi  nəticə  etibarilə  onun  oçerklərinin  elmi  və 

faktik  sanbalını  daha  da  artırır.    Elçin  Əfəndiyevdə    görmək, 

seçmək, səciyyəvini sənətə  gətirə bilmək, ümumiləşdirmək və 

mənalandırmaq,  gözəlliyi  məişətdə,  yaşayışda,  davranış  və 

münasibətdə axtarıb tapmaq bacarığı çox güclüdür. Onun bədii 

nəsrində  hər  şeyin,  hər  kəsin  öz  yeri,  öz  məqamı,  öz  məna  və 

məzmunu var. Yazıçı rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin 

məcazdan  cəsarətli  istifadə  edir,  psixoloji  əhvali-ruhiyyəni 

detalda  əyaniləşdirən  mizanlar  və  cizgilər  axtarır,  onları 

görümlü, baxımlı, obrazlara çevirən epitetlər tapır. 

     Elçin  Əfəndiyevin  dünyanın  şah  əsərləri  arasına  girən  və 

ədəbi  dəyəri  üzərində  həssaslıqla  durulan  “Ağ  dəvə”,  “Ölüm 

hökmü”,  “Mahmud  və  Məryəm”  əsərlərini  də  türk 




12 

 

ədəbiyyatsevərlər  tanıyırlar,  bu  əsərlər  ədəbiyyat  tarixinə 



düşmüşdür. Mənim fikrimcə, insanlar nə ilə iftixar edərlər? Ya 

keçmişi,  tarixi,  ədəbiyyatı,  mədəniyyəti,  ya  da  bugünkü 

beynəlxalq  siyasət  səhnələrindəki  müvəffəqiyyətləri  ilə.  Bu 

xüsusiyyətlərin əksəriyyəti Elçin Əfəndiyevdə var. 

     Elçin  Əfəndiyev  atası,  müəllimi  olmuş  İlyas  Əfəndiyevdən 

müasir  həyatı  dərindən  duymağı,  insan  taleyinə,  insan 

mənəviyyat  və  psixologiyasına  sənət  qayğısı  ilə  yanaşmağı, 

mövzuya  vətəndaş  münasibəti  bəsləməyi,  bədii  yaradıcılığın 

sirlərini  və  dilin  daxili  imkanlarını  axtarışda  mənimsəməyi, 

oxucunun  zövqü  və  yüksək  tələbi  səviyyəsində  dayanmağı 

öyrənmişdir.  Çünki  yazıçıda  İlyas  Əfəndiyev  sənətinə  bir 

obyektiv yazıçı-tənqidçi məhəbbəti vardır. Elçin Əfəndiyev bu 

görkəmli  ədibi  yaradıcı  şəkildə  duyur,  onun  boya  və 

rənglərindən  təzə  axarda  istifadə  edir.  Sirr  deyildir  ki,  “Aman 

ovçu,  vurma  məni”  kinopovesti  İlyas  Əfəndiyevin  “Mahnı 

dağlarda qaldı” pyesinin motivləri əsasında, “Hökmdarın taleyi” 

kinopovesti isə İlyas Əfəndiyevin qələmə aldığı  “Hökmdar və 

qızı” faciəsinin motivləri əsasında yazılmışdır. Elçin Əfəndiyev 

fasiləsiz  yaradıcılıq  axtarışındadır,  onun  bədii  şəkillərin 

hamısından  eyni  dərəcədə  istifadə  edə  bilmək  imkanı  vardır.  

Ona  görə  də  oxucu  Elçin  Əfəndiyevin    istedadına,  onun  daha 

tutumlu,  daha  mənalı  əsərlər  yazacağına  inanır.  Gərgin  vəzifə 

işləri,  həm  də  milli  mədəniyyət,  dövlətçilik  üçün  vicdanla 

görülən  işlər  və  bununla  yanaşı  cild-cild  kitablar  –  Elçin 

Əfəndiyevin  həyat yolu belə əlamətlənir. Bu tək-tək insanlara 

qismət olan keyfiyyətdir. Bu gün Elçin Əfəndiyevin  adı hər bir 

azərbaycanlı üçün tanış və doğmadır. Çox maraqlı, həm də son 

dərəcə  qürur  doğuran  odur  ki,  milyonlarla  oxucuların  bu 

məhəbbət və ehtiramını illər, onilliklər də təsdiq edə bilər. Bir 

yazıçı kimi Elçin Əfəndiyev üçün yaradıcılıq axtarışları heç vaxt 

tükənməmişdir. 



13 

 

Keçiriləcək tədbirlər 

Bu  il  həmişə  oxucu  rəğbəti  qazanmış  Xalq  yazıçısı               

Elçin  Əfəndiyevin  75  yaşı  tamam  olur.  Bu  münasibətlə 

respublikanın bütün mədəniyyət müəssisələrində, eyni zamanda 

kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə 

tutulmuşdur. Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər 

keçirmək  olar.  Tədbiri  keçirmək  üçün  kitabxana  bağçalarla, 

məktəblərlə,  ali  təhsil  ocaqları  ilə  əməkdaşlıq  etməlidir.  Bu 

tədbirlər  arasında  sərgilər  mühüm  yer  tutur.  Sərgidə  Elçin 

Əfəndiyev haqqında kitablar və müxtəlif mətbuat səhifələrində 

nəşr olunmuş məqalələr, onun fotoları nümayiş olunur. Sərgiyə 

kitablarla  yanaşı,  Elçin  Əfəndiyev  haqqında  dövri  mətbuatda 

çap  olunan  məqalələrin  kartotekasını,  onun  haqqında  çəkilmiş 

sənədli  və  bədii  filmlərin  video-yazılarını  yazıçının  əsərlərinə 

çəkilmiş filmlərin, kaset və disklərini də əlavə etmək olar. Təşkil 

edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər – söhbətlər, 

biblioqrafik  icmallar  keçirmək  planlaşdırılmalıdır.  Sərgi 

müxtəlif  başlıqlar  altında  keçirilə  bilər:  “Möhtəşəm  qələmin 

möcüzələri”,  “Müqəddəs  söz-sənət  ocağının  nurlu  varisi”, 

“Romantika  və  əxlaqi  kamillik  yaradan  yazıçı”,  “Adiliyin          

qeyri-adi bədii təcəssümü”, “Yazıçı və zaman”, “Komediya və 

dramlar  yaradan  yazıçı”,  “Rənglər,  duyğular  aləminin  mahir 

yaradıcısı  Elçin”, “Milli dramaturgiyamızda Elçin mərhələsi”, 

“Xalqın və sənətkarın obrazı”, “ Nəsrin və əsrin yaddaşı” və s. 

Başlıq:  “Müqəddəs söz-sənət ocağının nurlu varisi” 

1.

 

Elçin Əfəndiyevin portreti



3.  Görkəmli  insanların  Elçin  Əfəndiyev  haqqında 

söylədikləri sitatlar

4. Dövri mətbuatda çap olunan məqalələrin kartotekası; 

5. Kitablarının nümayişi

6. Şeir parçası..  



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə