F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   10   11   12   13   14   15   16   17   18

53 

 

Qumru  quşu  qur-qur  quruldayır.  Elə  bil 



deyir ki, mənə yuva qur

                

 

Qurmaram, ay tənbəl qumru quşu, 



                                    özün qur

                

 

Sən qura bilməsən, yaxşı mən 



                                    quraram. 

                

 

Quruldama qur-qur, uç özün qur.                        



IV oxucu:  

 

“Kim uçundu, nə uçdu, nə uçmadı “ 



                

 

Birdən külək əsdi. 



                

 

Birdən də pırıldayıb bir qaranquş uçdu. 



 Mənim ürəyim uçundu. Elə bildim    

 qaranquşun yuvası uşdu. 

               

 

Amma yox... Qaranquşun yuvası  



                                    Uçmadı, özü uçdu

               

 

Mənim də ürəyim daha uçunmadı. 



V oxucu: 

   


Abşeronda 

               

 

Getdum meynədən qara üzüm üzüm.                  



               

 

Üzümü üzdüm, yedim. 



                

 

Vay... 



               

 

Bulaşdı üzüm!.. 



              

 

Getdim dənizdə üzüm...             



              

 

Dənizdə üzdüm, təmizləndi üzüm. 



Uşaqlar yanıltmacları söyləyib, alqışlar altında səhnədən 

ayrılırlar. 

 

II aparıcı: Bəli,  Elçin Əfəndiyev  canlı, biçimli və köksəyatımlı 

obrazlar  yaradır.  Onun  əsərlərində  surətlər  həyatın  axarından 

çıxmır, öz daxili məntiqləri ilə hərəkət edir, cizgilərinin bolluğu 

ilə  fərqlənirlər.  Eyni  zamanda,  yazıçı  hekayələrində  rəmz  və 

şərtilikdən,  öz-özü  ilə  söhbət  və  daxili  dialoqlardan  tutarlı 

məcaz, əfsanə və nağıl ünsürlərindən sıx-sıx istifadə edir. Bunlar 




54 

 

da əsərlərə bədii məziyyət və hərarət gətirir, təsiri dilin şirinlik 



və oynaqlığını artırır. Öz əsərlərində uşaqların həyatını qələmə 

alan  bir  yazıçı,  heç  şübhəsiz,  onların  özü  üçün  yazmaya 

bilməzdi.  Yazıçının  uşaqlar  üçün  yazdığı  hekayələrində 

romantika,  işıq,  həyat  nəfəsi,  sadə,  böyük  bir  dünya  öz  əksini 

tapır. Səlim, Günay, Humay və başqa uşaqların həyatı, onların 

işıqlı  və  maraqlı  aləmi,  dünyaya  baxışları,  təsəvvürləri, 

xəyalları,  bütün  bunlarla  sıx  bağlı  olan  əhvalatlar,  hadisələr 

Elçin  Əfəndiyevin   hekayələrində  geniş,  hərtərəfli  verilmişdir. 

Ən ümdəsi Elçin Əfəndiyev uşaqları həyata qarışmağa, həyatla 

sıx  təmasda  görməyə  çağırır.  Məsələn,  “Humayın  yuxusu” 

hekayəsi  balaca  Humayın  bir  günlük  işıqlı,  mənalı  həyatı 

haqqında  aydın  təsəvvür  oyadır.  Bu  anda  Elçin  Əfəndiyevin  

uşaq hekayələri yada düşür. “Səlimin hekayələri”, “Mənə niyə 

gülürlər?”, “Gör necə top vuraram...”, “Mən hər şeyi bilirəm”, 

“Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları”, 

“Humayın yuxusu” və s. 



Hörmətli tədbir iştirakçıları, söhbət Elçin Əfəndiyevin “Uşaq 

hekayələri”ndən düşmüşkən, gəlin balaca oxucularımızın 

ifasında “Humayın yuxusu”səhnəciyinə tamaşa edək. Səhnə 

hekayəyə uyğun dekorasiyalarla bəzədilir. Səhnəyə Humayı, 

onun topunu, siçanını, pişiyini, zürafəsini, yaşıl karandaşını, 

milisioner rolunu ifa edən balaca oxucular çıxırlar. 

Aparıcı:  Humay  yaxşı  qızdır.  O,  valideynlərinin  ona  aldığı 

qırmızı  topu  çox  sevir.  Ancaq  hərdən  köhnə  oyuncaqları  ilə 

yaxşı  rəftar  etmir.  Yaşıl  karandaşını  ağzına  salıb  çeynəyir, 

cıqqılı  siçanı  ilə  oynamır,  onu  evin  bir  küncünə  tullayır, 

parçadan  düzəlmiş  bığlı  pişiyinin  bığlarını  dartır,  Uzunboy 

zürafənin  şəklini  cırır.  Bir  gün  Humay  yatıb  yuxuda  nə  görsə 

yaxşıdır? Oyuncaqların ondan inciyib, küsüb getdiklərini. Gəlin 

tamaşa edək! 




55 

 

Aparıcı:  Humayın  topu  evdən  çıxdı,  pilləkənləri  aşağı  düşdü, 

küçəyə  çıxdı,  hoppana-hoppana  getməyə  başladı.  Onun 

qarşısına Cıqqılı siçan çıxdı. 



Cıqqılı siçan: Ay Humayın topu, hara gedirsən belə? 

Humayın  Topu:  Gedirəm  Humayın  dostlarını  yığam  aparam 

Humayın yanına. Humay onlarla oynasın, onları incitməsin. 



Cıqqılı  siçan:  Humay  yaxşı  qızdı.  O,  məni  bığlı  pişiklə 

barışdırmışdı. İnanıram ki, o, məni daha incitməyəcək. Məni də 

apar Humayın yanına.  

Aparıcı:  Humayın  topu  düşdü  qabağa,  Cıqqılı  siçan  da  onun 

dalınca. Qabaqlarına bığlı pişik çıxdı. 



Bığlı pişik: Məni də apar Humayın yanına. Humay söz verib ki, 

bir də heç vaxt mənim bığlarımı dartmayacaq. 



Aparıcı: Pişik də onlara qoşuldu. Birlikdə gedirdilər, qarşılarına 

Uzunboy zürafə çıxdı.  



Uzunboy  zürafə:  Məni  də  apar  Humayın  yanına.  Humay  söz 

verib  ki,  bir  də  heç  vaxt  mənim  şəklimi  cırmayacaq.  Məni 

incitməyəcək, mənimlə oynayacaq. 

Aparıcı: Zürafə də onlara qoşuldu. Qarşılarına Yaşıl karandaş 

çıxdı. 


Yaşıl  karandaş:  Ay  Humayın  topu  məni  də  Humayın  yanına 

apar.  Humay  söz  verib  ki,  bir  də  heç  vaxt  məni  ağzına  salıb 

dişləməyəcək. Mənimlə qəşəng yarpaq şəkilləri çəkəcək. 

Aparıcı:  Oyuncaqlar  birlikdə  Humaygilə  yollandılar. 

Qarşılarına Polis əmi  çıxır. 



Polis əmi: Belə cərgəyə düzülüb hara gedirsiniz? 

Humayın topu: Polis əmi, biz Humayın oyuncaqlarıyıq. O daha 

bizimlə yaxşı rəftar edəcək. Onun yanına gedirik. 



Polis əmi: Düzdür. Humay mənə də söz verib ki, bir də heç vaxt 

ağlamayacaq,  bundan  sonra  həmişə  anasının  sözünə  baxacaq, 

yeməyini  yeyəcək,  böyük  bacısı  Günayla  dalaşmayacaq, 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə