www.vivo-book.com
741
ver, gör o, məktubu necə oxuyacaq, nə deyəcək, nə
eləyəcək... Sən onun qabağında dizi üstə dur, onu öp, yalvar
ki, sənin ananı bağışlasın... Anam çox ağladı, məni çox
öpdü, yola salmamışdan qabaq məni xaçladı, Allaha dua
elədi, ikonaların qabağında özü də dizi üstə durdu, məni də
dizi üstə qoydu, çox bərk xəstə olsa da, məni ötürmək üçün
darvazadan bayıra çıxdı, mən dönüb baxanda gördüm ki, o
yenə də orada durub dalımca baxır...
Mən babamgilə gəlib qapını açdım – qapı cəftəsiz idi.
Babam stol arxasında oturub kartofla çörək yeyirdi, Azorka
da onun qabağında durub, quyruğunu bulaya-bulaya onun
çörək yeməsinə baxırdı. Babamın o biri otağının da
pəncərələri alçaq idi, qaranlıq idi, bu otaqda da bircə stolla
stulu var idi. O, tək yaşayırdı. Mən içəri girdim. Məni
görəndə o elə qorxdu ki, ağappaq ağardı, bütün bədəni əsdi.
Mən də qorxdum, heç bir söz demədim, ancaq yaxına gedib,
məktubu stolun üstünə qoydum. Babam məktubu görəndə
elə acıqlandı ki, tez yerindən qalxdı, əlağacını qapıb üstümə
qolaylandı, ancaq vurmadı, məni dəhlizə çıxarıb bayıra
itələdi. Mən hələ heç birinci pilləkəndən düşməmişdim ki, o
www.vivo-book.com
742
yenə də birdən qapını açdı, məktubu heç açılmamış halda
dalımca atdı. Mən evə qayıdıb bunun hamısını anama
danışdım. Anam yenə də bərk xəstələndi...
www.vivo-book.com
743
VIII FƏSİL
Bu anda göy bərk guruldadı, yağan leysan pəncərə
şüşələrinə dəyərək səsləndi, otaq qaranlıqlaşdı. Anna
Andreyevna sanki qorxaraq xaç vurdu. Biz hamımız birdən
susduq.
Nikolay Sergeiç pəncərəyə baxaraq:
– Bu saat dayanacaq, – dedi və sonra yerindən qalxıb
otaqda var-gəl etməyə başladı.
Nelli çəp-çəp ona baxırdı, özü də böyük həyəcan və
iztirab içində idi. Mən bunu görürdüm, lakin o mənə
baxmaqdan çəkinirdi.
Nikolay Sergeiç yenə də öz kreslosunda oturdu:
– Yaxşı, sonra?
Nelli qorxa-qorxa ətrafını gözdən keçirtdi.
– Sən sonra daha öz babanı görmədin?
– Gördüm...
Anna Andreyevna onun sözünə qüvvət verdi:
– Hə, hə, əzizim, danış, danış!
Nelli yenə də sözə başladı:
www.vivo-book.com
744
– Mən onu üç həftə görmədim, lap qışa kimi. Qış girdi,
qar yağdı. Mən yenə də əvvəlki yerdə babama rast gələndə
çox sevindim... Ona görə sevindim ki, anam onun
gəlməməsindən çox dərd çəkirdi. Mən babamı görən kimi
qəsdən küçənin o biri tərəfinə qaçdım ki, görsün mən ondan
qaçıram. Dönüb geri baxdım: babam əvvəl tez-tez mənim
dalımca gəldi, sonra yüyürməyə başladı, mənə çatmaq
istəyirdi, sonra da: “Nelli, Nelli!” – deyib çığırdı. Azorka da
onun ardınca qaçırdı. Babama yazığım gəldi, dayandım. O
yaxınlaşıb əlimdən tutdu, məni özü ilə apardı, görəndə ki
ağlayıram, dayandı, mənə baxdı, əyilib məni öpdü. Bu
zaman gördü ki, mənim ayaqqabılarım yırtıqdır, soruşdu ki,
sənin başqa ayaqqabın yoxdur? Mən o saat tələsə-tələsə ona
dedim ki, anamın heç pulu yoxdur, mənzil yiyələri yazıqları
gəldiyindən, bizə yemək verir. Babam heç bir söz demədi,
ancaq məni bazara apardı, mənə ayaqqabı aldı, elə o saat da
dedi ki, geyin. Mən də geyindim. Sonra məni Qoroxova
küçəsində olan evinə apardı, yolda bir dükana girib mənə bir
qutab, iki də konfet aldı, evə gələndə dedi ki, qutabı ye.
Qutabı yeyəndə mənə baxırdı, sonra da konfetləri verdi.
www.vivo-book.com
745
Azorka qabaq pəncələrini stolun üstünə qoyub qutab
istəyirdi, qutabdan kəsib ona da verdim, babam bunu görüb
güldü. Sonra məni götürüb öz yanına qoydu, başımı
sığallaya-sığallaya soruşdu: “Sən heç oxumusanmı, bir şey
bilirsənmi?” Mən də ona oxuyub-oxumadığımı, bir şey
bilib-bilmədiyimi dedim. O mənə tapşırdı ki, əlinə fürsət
düşən kimi, hər gün saat üçdə yanıma gəl, mən özüm sənə
dərs deyəcəyəm. Sonra mənə dedi ki, çevril pəncərəyə bax,
ancaq mən deyəndə yenə də mənə tərəf çevrilərsən. Mən də
o deyəni elədim, ancaq gizlincə dönüb geri baxdım, gördüm
ki, o öz balışının aşağı qulağını sökdü, oradan dörd manat
pul çıxartdı. Çıxardandan sonra gətirib mənə verdi, dedi ki:
“Bunu tək sənə verirəm”. Mən əvvəl pulu almaq istədim,
sonra fikirləşib dedim: “Tək mənə verirsənsə, onda
almıram”. Babam birdən acıqlanıb dedi ki: “Yaxşı, al get,
necə bilirsən, o cür də elə”. Mən otaqdan çıxdım, o məni heç
öpmədi də.
Evə gələn kimi, bunun hamısını anama dedim. Anamın
halı getdikcə xarablaşırdı. Tabutçunun yanına bir tələbə
www.vivo-book.com
746
gəlirdi, o anamı müalicə edirdi, tapşırırdı ki, dərmanları
içsin.
Mən babamın yanına tez-tez gedirdim, bunu anam
demişdi. Babam Əhdi-cədid, bir də coğrafiya kitabı alıb
mənə dərs verməyə başladı. Hərdən də nağıl edərdi ki,
dünyada necə yerlər var, necə insanlar yaşayır, hansı
dənizlər var, əvvəllər nələr olub. İsa necə bizim hamımızı
bağışlayıb... Mən özüm ona sual verməyə başlayanda o çox
sevindi, buna görə də mən tez-tez sual verməyə başladım, o
da cürbəcür şeylər danışırdı. Allahdan da çox şeylər
danışırdı. O mənə hərdən dərs demirdi, mən də Azorka ilə
oynayırdım. Azorka məni çox istəyirdi, mən də ona ağac
üstündən atılmağı öyrədirdim, babam bunu görüb gülürdü,
həmişə bə başımı sığallayırdı. Ancaq o çox az gülürdü.
Hərdən çox danışırdı, birdən susurdu, elə otururdu ki, elə bil
yatıb, ancaq gözləri açıq olurdu, hava qaralana kimi bu cür
otururdu, hava qaralmağa başlayanda çox qorxunc, çox qoca
görünürdü... Hərdən də onun yanına gələndə görərdim ki, o
öz stulunda oturub fikirləşir, heç bir şey eşitmir, Azorka da
onun qabağında uzanıb. Mən durub gözləyirdim,
Dostları ilə paylaş: |